JUST IN: Stenford f%C9%99ls%C9%99f%C9%99 ensiklopediyas%C4%B1

Vikipediya, azad ensiklopediya
Stenford fəlsəfə ensiklopediyası
URL plato.stanford.edu
plato.stanford.edu/archi…
Tipi akademik jurnal,onlayn ensiklopediya
Dilləri ingilis dili[1]
Serverin yeri
Açılma tarixi 14 sentyabr 1995[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stenford fəlsəfə ensiklopediyası (ing.The Stanford Encyclopedia of Philosophy) — Stenford universiteti tərəfindən təqdim olunan və dəstəklənən fəlsəfə üzrə onlayn ensiklopediyadır.

Ensiklopediya 1995-ci ildə Edvard N. Zalta tərəfindən yaradılmışdır. Hər bir məqalə bu sahə üzrə ekspertlər tərəfindən yaradılaraq nəzarət olunur. Ekspertləri dünyanın 65 akademik institutlarının professorları təşkil edirlər. Onlayn statusundan əlavə ensiklopediya ənənəvi akademik yanaşmaya da sadiqdir, yəni, bir çox ensiklopediyalarda və ensiklopedik jurnallarda olduğu kimi məqalələrin keyfiyyətini artırmaq üçün müəllif-mütəxəssislərdən istifadə olunur və məqalələrin kompetent redaksiya şurası tərəfindın diqqətlə yoxlanılması həyata kerçirilir. Ensiklopediya ingilis dilində olub, dinamikdir və daim təzələnir.

  • Eric M. Hammer, Edward N. Zalta. A Solution to the Problem of Updating Encyclopedias (PDF). 31 (Computers and the Humanities). SEP. 1997. 47–60.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1095-5054
  2. InPhO Topic Explorer: Stanford Encyclopedia of Philosophy (Fall 2021) (ing.).