BREAKING: Sirk%C9%99 kasas%C4%B1 %C3%A7uxuru
| Sirkə kasası çuxuru, | |
|---|---|
| Çanağın quruluşu | |
| Sirkə kasasını əmələ gətirən çanağın sümükləri (hüdudları mavi rənglə verilmişdir) | |
| Bitişir | |
| MeSH | Acetabulum |
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat.acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat.os ilium), oturaq (lat.os ischii) və qasıq (lat.os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat.Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.limbus acetabuli) əmələ gətirmiş olur. Beləliklə bud sümüyünün oynaq başı oynaq yuvasında — sirkə kasasında oturmuş və qeyd olunan qığırdaqla əhatələnmiş olur ki, bu da onun luksasiyasının (oynaqdan sürüşüb çıxmasının) qarşısını almış olur.
- ↑ Вертлужная впадина (rus.). // Венгрия — Вильно 1928. Т. 10. С. 369.