LATEST: Ramil %C5%9Eeydayev - Complete Analysis
| Ramil Şeydayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Ramil Teymur oğlu Şeydayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 15 mart 1996[1][2][…] (30 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 187 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 77 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Əsas ayağı | Sağ ayaqlı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 77 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ramil Şeydayev (15 mart 1996[1][2][…], Sankt-Peterburq) — "Qarabağ" futbol klubunda və Azərbaycan milli futbol komandasında[4] hücumçu mövqeyində çıxış edən futbolçu.
Klub karyerası
[redaktə | vikimətni redaktə et]Zenit
[redaktə | vikimətni redaktə et]Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb.[5] 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub.[6] Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014–15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.[7]
Rubin
[redaktə | vikimətni redaktə et]7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib.[8]
5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.[9]
Trabzonspor
[redaktə | vikimətni redaktə et]Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.[10]
Jilina və Qarabağda icarə
[redaktə | vikimətni redaktə et]Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda Qarabağ FK-na icarəyə verilib.
Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçirib[11].
31 oktyabr 2017 ildə Atletiko Madrid — Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib[12].
Krılya Sovetov
[redaktə | vikimətni redaktə et]2018-ci ilin avqust ayında, Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunub.[13] Burada 18 oyuna 4 qol vurub.
Dinamo Moskva
[redaktə | vikimətni redaktə et]2019-cu ilin iyul ayında Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub.[14] Burada 9 oyuna 1 qol ötürməsi ilə yadda qalıb.
Sabah
[redaktə | vikimətni redaktə et]2020-ci ilin fevral ayında Azərbaycanın "Sabah" klubuna transfer olunub.[15]
Qarabağ
[redaktə | vikimətni redaktə et]2021-ci ilin yayında Ağdamın "Qarabağ" klubuna keçib. R.Şeydayev "Qarabağ" heyətində bu müddətdə 2 dəfə Azərbaycan çempionu, 1 dəfə isə Azərbaycan kubokunun qalibi olub. Bundan başqa Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümündə 22 qol vuraraq mövsümün bombardiri olub.[16]
Kocaelispor
[redaktə | vikimətni redaktə et]2023-cü ilin yayında Qarabağ ilə müqaviləsi bitən Şeydayev müqaviləsini uzatmayaraq Taylandın Buriram Yunayted klubuna keçsə də, bu klubun heyətində möhkəmlənə bilmədiyi üçün 2024-cü ilin əvvəlində Türkiyənin birinci divizionundakı Kocaelispor klubu ilə 1,5 illik müqavilə imzalayıb. Şeydayevin klubda mövsümün sonuna qədər 250 min avro, yeni mövsüm üçün isə 450 min avro qazanc götürəcəyi bildirilib.[17]
Neftçi
[redaktə | vikimətni redaktə et]2024-cü ilin iyul ayında Şeydayev Kocaelispor ilə müqaviləsini qarşılıqlı razılaşma şəklində pozduqdan sonra Azərbaycan Premyer Liqasının Neftçi klubu ilə 3 illik müqavilə imzalayıb.[18] "Neftçi" ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan R.Şeydayev zəif göstəricilərinə görə klubla olan müqaviləsinə xitam verilməsi təklif olunsa da, R.Şeydayev bundan imtina edib. Bu səbəbdən 2025-26 mövsümünün əvvəlində "Neftçi"də əsas komandadan kənarlaşdırılaraq əvəzedici heyətə göndərilib.[19]
Qarabağ
[redaktə | vikimətni redaktə et]18 sentyabr 2025-ci ildə "Qarabağ" Şeydayev ilə müqavilə imzaladığını açıqlayıb.[20]
Milli karyerası
[redaktə | vikimətni redaktə et]Rusiya
[redaktə | vikimətni redaktə et]Ramil 2012-ci ildə 17 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində ilk rəsmi görüşə çıxıb. 2013-cü ildə Slovakiyada keçirilən 17 yaşa qədər yeniyetmələr arasında Avropa çempionatı zamanı Ramil Rusiya komandasının heyətinə cəza səbəbindən sonradan qoşulub.[21] Ramilin də iştirak etdiyi final oyununda Rusiya millisi İtaliya komandasına oyunsonrası 11 metrlik cərimə zərbələri seriyasında qalib gələrək Avropa çempionu tituluna sahib olub.
Daha sonra o, 2015-ci ildə 19 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatında iştirak edib. Bu yarışda Rusiya ikinci yeri tutub və beş görüşdə iki qol vuran Ramil turnirin ən yaxşı oyunçularından ibarət rəmzi komandasının heyətinə seçilib.
Azərbaycan
[redaktə | vikimətni redaktə et]2016-cı ilin yay aylarında Dünya Çempionatının seçmə mərhələsinin başlamağına qısa müddət qalmış AFFA tərəfindən Ramilə müraciət ünvanlanır və Şeydayev bir neçə dəfə cəhddən sonra Azərbaycan millisində oynamağı qəbul edir. Razılıq əldə olunandan sonra FİFA-ya müraciət olunur və ali futbol qurumu Ramilin Azərbaycan millisində oynamasına icazə verir.[22] Sankt-Peterbuqrun "Zenit-2" komandasında Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov iddia edib ki, Ramil Şeydayev pul qarşılığında Rusiyadan imtina edərək Azərbaycan millisində oynamağa razılıq verib. Onun iddiasına görə bunun üçün Ramil Şeydayevə 500 min dollardan bir milyona qədər pul verilib.[23][24]
2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə San-Marino millisi ilə oyuna 88-ci dəqiqədə daxil olan Şeydayev Azərbaycan millisində debüt etmişdir.[25] Qrupun II turunda Bakı Olimpiya Stadionuda Norveç seçməsi ilə keçirilən oyuna 80-ci dəqiqədə daxil olaraq 13 dəqiqə meydanda olmuşdur.[26] Norveç ilə oyundan 3 gün sonra Çexiya ilə Ostrava şəhərində keçirilən oyunda start heyətdən mübarizəyə qoşuldu.[27] Ramil Şeydayev AVRO-2020 Seçmə mərhələsində Xorvatiya ilə səfər oyununda komandamızın yeganə qolunun müəllifi oldu.[28] Şeydayev AVRO-2020 Seçmə mərhələsində komandamızın üçüncü oyununda Slovakiyanın qapısına vurulan yeganə qolun müəllifidir.[29]
Uğurları
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]
Zenit Sankt-Peterburq- Rusiya çempionu (1)
- 2014–15
Jilina- Slovakiya çempionu (1)
- 2016–17
Qarabağ- Azərbaycan çempionu (3)
- 2017–2018, 2021–2022, 2022–2023
- Azərbaycan Kuboku (1)
- 2021–2022
Milli komanda
[redaktə | vikimətni redaktə et]Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Ramil Şeydayev Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. R. Şeydayev həm Rusiya, həm də Azərbaycan vətəndaşlığına malikdir.[30]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Ramil Sheydaev // Transfermarkt (çd.). 2000.
- 1 2 Ramil Sheydayev // FBref (ing.).
- ↑ Nationality: Russia, Azerbaijan Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine (ing.)
- ↑ "Arxivlənmiş surət". 30 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2019.
- ↑ Новоиспеченный чемпион Европы Рамиль Шейдаев подписал контракт с "Зенитом" Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine (rus.)
- ↑ "Зенит" — "Мордовия": Рамиль Шейдаев дебютировал в основном составе (rus.)
- ↑ 2. DIVISION — West Zone Arxivləşdirilib 2022-05-26 at the Wayback Machine (ing.)
- ↑ Рамиль Шейдаев перешёл в "Рубин" Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine (rus.)
- ↑ "Дмитрий Богаев, Рамиль Шейдаев и Павел Киреенко покидают «Зенит»". fc-zenit.ru (Russian). 5 iyul 2016. 8 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
- ↑ "Ramil Sheydaev Trabzonspor'da". www.ligtv.com.tr (Turkish). Lig TV. 12 iyul 2016. 11 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
- ↑ http://www.uefa.com/european-qualifiers/season=2018/teams/player=250055133/domestic/
- ↑ "Arxivlənmiş surət". 21 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2017.
- ↑ Рамиль Шейдаев: "Просто я захотел вернуться в Россию" Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine (rus.)
- ↑ "Arxivlənmiş surət". 6 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2020.
- ↑ "Ramil Şeydayev "Sabah"da!" (az.). Sabah FK. 17 fevral 2020. 6 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2020.
- ↑ "Ramil Şeydayev bombardir oldu, "Qarabağ" "Neftçi"yə çatdı". azertag.az (az.). İstifadə tarixi: 21 avqust 2025.
- ↑ "Şeydayevin Türkiyə klubundakı gəliri açıqlandı". qol.az (az.). 13 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2024.
- ↑ "Ramil Şeydayev rəsmən "Neftçi"də". qol.az (az.). 16 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ "Ramil Şeydayev "Neftçi"də əsas komandadan kənarlaşdırıldı - Rəsmi". qol.az (az.). İstifadə tarixi: 21 avqust 2025.
- ↑ "Ramil Şeydayev yenidən "Qarabağ"da - RƏSMİ". Apasport.az (az.). İstifadə tarixi: 18 sentyabr 2025.
- ↑ "Юношеская сборная России заняла второе место на турнире памяти Банникова" (rus). football.kulichki.net. 7 may 2012. 19 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2015. (#apostrophe_markup)
- ↑ "Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan yığmasında" (az.). lent.az. 7 may 2012. 7 avqust 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2016. (#apostrophe_markup)
- ↑ ""Ramil Şeydayevin diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi"". qol.az (az.). İstifadə tarixi: 1 noyabr 2024.
- ↑ "Qürbətçilərimizin saxta "Vətən sevgisi" və ya ehtiyatda qalan yığma". sportnet.az. 21 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2024.
- ↑ "Emin Mahmudov və Ramil Şeydayev yığmamızda debüt etdi" (az.). qol.az. 7 may 2012. 7 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2016. (#apostrophe_markup)
- ↑ "AZERBAIJAN 1 - 0 NORWAY" (ingilis). soccerway.com. 7 may 2012. 6 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2016. (#apostrophe_markup)
- ↑ "CZECH REPUBLIC 0 - 0 AZERBAIJAN" (ingilis). soccerway.com. 7 may 2012. 7 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2016. (#apostrophe_markup)
- ↑ "Arxivlənmiş surət". 20 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
- ↑ "Arxivlənmiş surət". 21 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2019.
- ↑ "Ramil Şeydayev rəsmən "Trabzonspor"da!". qol.az (az.). 16 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Soccerbase.com Ramil Şeydayev
- Fifa.com Ramil Şeydayev Arxivləşdirilib 2013-10-31 at the Wayback Machine
- RFS.com Ramil Şeydayev Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- 15 martda doğulanlar
- 1996-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Sankt-Peterburqda doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Rusiya futbolçuları
- Rusiya azərbaycanlıları
- Zenit Sankt-Peterburq FK oyunçuları
- Rubin Kazan FK oyunçuları
- Trabzonspor FK oyunçuları
- Dinamo Moskva FK oyunçuları
- Qarabağ FK oyunçuları
- Sabah FK oyunçuları
- Rusiya U-21 milli futbol komandasının oyunçuları
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Legioner Azərbaycan futbolçuları
- Futbol hücumçuları
- Neftçi PFK oyunçuları
- Azərbaycan U-21 milli futbol komandasının oyunçuları
- Azərbaycan Premyer Liqası oyunçuları
- Tailand Liqası 1 oyunçuları
- Rusiya Premyer Liqası futbolçuları
- Türkiyə Super Liqası oyunçuları
- Rusiya milli gənclər futbol komandasının oyunçuları
- Slovakiya Superliqası oyunçuları
- Azərbaycanın kişi futbolçuları