SHOCKING: R%C9%99%C5%9Fad Eyyubov | Breaking Tech News

Vikipediya, azad ensiklopediya
Rəşad Eyyubov
Ümumi məlumatlar
Doğum tarixi 3 dekabr 1992(1992-12-03)[1][2] (33 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 175 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
2002—2008 Ukrayna "Çernomorets"
2008—2009 Ukrayna "Metallurq"
2009—2011 Ukrayna "Çernomorets"
Klub karyerası[* 1]
2011—2015 Azərbaycan Simurq 79 (16)
2015 Azərbaycan Xəzər Lənkəran 0 (0)
2015 Azərbaycan Kəpəz 13 (1)
2016—2017 Azərbaycan Qəbələ 25 (3)
2017—2018 Azərbaycan Sumqayıt 23 (3)
2018 Azərbaycan Neftçi 5 (0)
2019—2020 Azərbaycan Sabah 24 (3)
2020 Azərbaycan Zirə 3 (0)
Milli yığma[* 2]
2008 Ukrayna Ukrayna U-17 1 (1)
2009 Azərbaycan Azərbaycan U-17 5 (1)
2009—2010 Azərbaycan Azərbaycan U-19 7 (2)
2013—2014 Azərbaycan Azərbaycan U-21 5 (0)
2015—2019 Azərbaycan Azərbaycan 7 (0)
Məşqçisi olduğu klublar [* 3]
2024 Azərbaycan Sabah köm.
2025 Azərbaycan Azərbaycan məşqçi
2025– Azərbaycan Azərbaycan U-21

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  3. 14 yanvar 2026 tarixində redaktə olunub.

Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; 3 dekabr 1992[1][2], Sumqayıt) — Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi və keçmiş futbolçu.

Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.[3]

2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb.

Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi.

Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir.

Odessa futbol məktəbinin yetirməsidir.[3] Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

2002–2008-ci illərdə "Çernomorets" (Odessa), 2008–2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009–2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.[3]

2011-ci ildə Sergey Yuranın çalışdırdığı "Simurq"a transfer olunub.[3]

2008-ci ildə Ukrayna U-17 millsinin baş məşqçisi Aleksandr Borisoviç Qolovko tərəfindən yığmaya cəlb edilib. Sonradan Rəşad karyerasını Azərbaycan yığmasının aşağı yaş qruplarında davam edib. 2015-ci ildə "Şaxtyor"la (Donetsk) yoxlama matçında əsas millidə debüt edib.

Məşqçi karyerası

[redaktə | vikimətni redaktə et]

Eyyubov futbol karyerasını bitirdikdən sonra "Sabah" klubunda U-19 komandasının, əvəzedici komandanın, o cümlədən əsas komandanın məşqçisi olub. O, 7 yanvar 2025-ci ildə Azərbaycan milli futbol komandasının məşqçisi təyin olunub.[4]

4 oktyabr 2025-ci ildə Eyyubov Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin olunub.[5]

  1. 1 2 Rashad Eyyubov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Rashad Eyyubov // FBref (ing.).
  3. 1 2 3 4 10. Rəşad Eyyubov Arxivləşdirilib 2015-06-12 at the Wayback Machine. simurqpfk.az (az.)
  4. "Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub". Report İnformasiya Agentliyi (az.). 7 yanvar 2025. 9 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2025.
  5. "Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi açıqlanıb". Report.az (az.). İstifadə tarixi: 14 yanvar 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]