NEW: Ozan K%C3%B6k%C3%A7%C3%BC - The Verge Report
| Ozan Kökçü | ||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| türk. Ozan Kökçü | ||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
| Doğum tarixi | 18 avqust 1998[1][2] (27 yaş) | |||||||||||||||||||||||||||
| Doğum yeri |
|
|||||||||||||||||||||||||||
| Vətəndaşlığı |
|
|||||||||||||||||||||||||||
| Boyu | 1,76 m [5] | |||||||||||||||||||||||||||
| Çəkisi | 66 kq | |||||||||||||||||||||||||||
| Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||
| Əsas ayağı | sağ-sol | |||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
| Klub | Helsinki FK | |||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
Ozan Can Kökçü (18 avqust 1998[1][2], Harlem[d][3][4]) — Veikkausliiga klubunun HJK Helsinki klubunda hüçumçu kimi çıxış edən peşəkar futbolçu.[6]
Həyatı
[redaktə | vikimətni redaktə et]1998-ci il 8 avqust tarixində Niderlandda anadan olub, Azərbaycan millisində çıxış edir.
Klub Karyerası
[redaktə | vikimətni redaktə et]Bursaspor
29 mart 2017-ci ildə Ozan Kökçü Bursaspor ilə 4 illik müqavilə imzalayıb. O. Kökçü "Bursaspor"da debütünü 26 oktyabr 2017-ci il tarixində, Türkiyə kubokunda "Yeni Altındağ Belediyespor"la səfər oyununda edib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Valveyk
28 dekabr 2017-ci ildə RKC Valveyk klubu Ozan Kökçü ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan edib. O, 12 yanvar 2018-ci ildə Yonq AZ-a qarşı ev oyununda 1:0 hesablı qələbə qazanaraq Valveyk üçün I Diviziyada debüt edib. O, klubda qol hesabını 6 aprel 2018-ci il tarixində, oyunun 4-cü dəqiqəsində açıb. Oss-a qarşı 3–1 məğlub olub. Kökçü 2017–2018-ci illər mövsümündə 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Giresunspor
2 avqust 2018-ci ildə Kökçü TFF Birinci Liqa təmsilçisi Giresunspor ilə üç illik müqavilə imzalayıb.
O, 12 avqust 2018-ci ildə "Eskişehirspor" a qarşı evdə 3:1 hesablı qələbə qazanaraq "Giresunspor"un heyətində liqada debüt edib.
Sabah
21 avqust 2019-cu ildə Kökçü Azərbaycan Premyer Liqa təmsilçisi "Sabah" la iki illik müqavilə imzalayıb. 13 yanvar 2021-ci ildə o, Hollandiyanın ikinci dərəcəli I Diviziyasında Telstar klubuna altı aylıq icarəyə göndərilib.
Telstar
2021-ci ilin avqustunda Kökçü Telstar ilə iki illik daimi müqavilə imzalayıb.
PSV Eyndhoven
Kökçü 6 avqust 2022-ci ildə "PSV Eyndhoven"ə qoşulub və əlavə bir il icarə ilə iki illik müqavilə imzalayıb.
HJK Helsinki
31 iyul 2024-cü ildə Finlandiyanın Veikkausliiga klubu HJK Helsinki ilə 2026-cı ilin sonuna qədər müqavilə imzaladığını açıqlayıb.[6]
Beynəlxalq karyera
Kökçü UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 31 avqust 2017-ci ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İsrail U21-ə qarşı keçirilən oyunun iştirak ərizəsinə daxil edilib.[7]
Həyatı
[redaktə | vikimətni redaktə et]Kökçü türk əsilli futbolçudur. O, Benfika klubunda çıxış edən və Türkiyə millisinin futbolçusu olan peşəkar futbolçu Orkun Kökçünün böyük qardaşıdır. 2021-ci ilin yanvar ayında Kökçü Hollandiyada uzun müddətdir sevgilisi olan Sevillə ailə qurub.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Ozan Kökcü // Transfermarkt (çd.). 2000.
- 1 2 Ozan Kökcü // FBref (ing.).
- 1 2 Soccerway (çd.).
- 1 2 Transfermarkt (çd.). 2000.
- ↑ Soccerway.com saytında profili (ing.)
- 1 2 "Arxivlənmiş surət". 1 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- ↑ "Ozan Kokcu. transfermarket.com". 2 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2024.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 18 avqustda doğulanlar
- 1998-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Şimali Hollandiyada doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Azərbaycan U-21 milli futbol komandasının oyunçuları
- Sabah FK oyunçuları
- Niderlandın kişi futbolçuları
- Bursaspor oyunçuları
- Legioner Azərbaycan futbolçuları
- Azərbaycan Premyer Liqası oyunçuları
- Niderland Birinci Diviziyası oyunçuları
- Giresunspor FK oyunçuları
- Azərbaycan milli gənclər futbol komandasının oyunçuları
- Feyenoord FK oyunçuları
- Qroningen FK futbolçuları
- Azərbaycanın kişi futbolçuları