CONFIRMED: Nenad Zoni%C3%A7 | Latest Update

Vikipediya, azad ensiklopediya
Nenad Zoniç
Technology news and reviews image
Şəxsi məlumatlar
Doğum tarixi 11 dekabr 1971(1971-12-11) (54 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Rütbəsi

Nenad Zoniç (serb.Ненад Зонић; 11 dekabr 1971, Tuzla) — Serbiya hərbi xadimi, Serbiya Silahlı Qüvvələrinin briqada generalı, hazırda 63-cü Paraşüt Briqadasının komandiri. Keçmişdə Serbiya Silahlı Qüvvələrinin Xüsusi Briqadasının qərargah rəisi vəzifəsini icra etmişdir.

1990-cı ildə Belqrad Hərbi Gimnaziyasını, 1994-cü ildə isə Yuqoslaviya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını (piyada fakültəsi) bitirmişdir. 2011-ci ildə komanda-qərargah heyətinin ixtisasartırma kurslarını, 2018-ci ildə isə Paris Hərbi Məktəbinin general qərargah kurslarını tamamlamışdır.[1]

1994-cü ildən Yuqoslaviya Silahlı Qüvvələrində, sonradan isə Serbiya Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. O, vaxtının böyük hissəsini 63-cü Paraşüt Briqadasında keçirmişdir.[1]

Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində və Serbiya və Monteneqro Silahlı Qüvvələrində 63-cü Paraşüt Briqadasında Paraşüt diversiya-kəşfiyyat taqımının komandiri, Axtarış-xilasetmə xidməti taqımının komandiri, Təhlükəsizlik orqanlarında referent, Hərbi polis məsələləri üzrə referat rəhbəri vəzifələrini tutmuşdur.[1]

63-cü Paraşüt Briqadasının 63-cü Paraşüt Batalyonuna çevrilərək Serbiya Silahlı Qüvvələrinin Xüsusi Briqadasına daxil edilməsindən sonra[1] Nenad Zoniç yeni briqadada Əməliyyat məsələləri və təlim qrupunda (63-cü batalyon) paraşütlə tullanma üzrə 1-ci dərəcəli referent və təlimatçı, 63-cü batalyonun komandir müavini, 63-cü batalyonun komandiri (podpolkovnik rütbəsində) vəzifələrini tutmuşdur.[2]

Quru Qoşunları Komandanlığının əməliyyat mərkəzinin rəis müavini Xüsusi Briqadanın qərargah rəisi 21 dekabr 2019-cu ildə Serbiya Prezidenti Aleksandr Vuçiçin fərmanı və Serbiya Silahlı Qüvvələri Baş Qərargahının sərəncamına əsasən 63-cü Paraşüt Batalyonu əvvəlki formasını bərpa edərək yenidən 63-cü Paraşüt Briqadasına çevrilmişdir.[3][4] Bu andan etibarən və hazırkı dövrə qədər briqada generalı Zoniç 63-cü Paraşüt Briqadasının komandiridir.[1][5][6] 2021-ci il aprelin 5-də briqada generalı rütbəsinə yüksəlmişdir.[7]

Nenad Zoniçin qardaşı döyüş əməliyyatlarında iştirakçı olmuş və hərbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.[2]

Technology news and reviews image
Briqada generalı Zoniç 63-cü briqadanın bayrağı ilə. Takovo, 2020-ci il.

Nenad Zoniç aşağıdakı orden və medallarla təltif edilmişdir:[1]

  • III dərəcəli "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" ordeni (1999)
  • "Sülhməramlı əməliyyatlarda iştirakına görə" xatirə medalı (2007)
  • "32 illik səylə xidmətə görə" xatirə medalı (2014)
  • "Belqrad-2014 Hərbi Paradında iştirakçı" xatirə medalı (2015)
  • "Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatlarında iştirakçı" medalı (2015)
  • "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2015)
  • "Serbiya Respublikası ərazisində döyüş əməliyyatlarında iştirakçı" medalı (2016)
  • "Səylə xidmətə görə" gümüş medalı (2016)
  • "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi" xatirə medalı (2019)
Verilmiş hərbi rütbələr [1]
Podporuçik Leytenant Kapitan Baş kapitan Mayor Polkovnik-leytenant Polkovnik Briqada generalı
Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image Technology news and reviews image
1994 1997 1999 2002 2006 2011 2019 2021
  1. 1 2 3 4 5 6 7 Војска Србије
  2. 1 2 "Председник Владе обишао 63. падобрански батаљон" (serb). Министерство обороны Сербии. 14 oktyabr 2016. 29 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2024.
  3. "Поново постоје 63. падобранска и 72. специјална бригада" (serb). Политика. 21 dekabr 2019 tarixində arxivləşdirilib.
  4. "Počelo formiranje 63. padobranske brigade i 72. brigade za specijalne operacije" (serb). Данас[serb.]. 21 dekabr 2019. 23 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2024.
  5. "Ускоро ће поново постојати 63. падобранска бригада (ФОТО)" (serb). Политика. 8 may 2020. 9 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2024.
  6. "63. padobranska brigada" (serb). Specijalne-jedinice.com. 16 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2024.
  7. "ROĐEN U BOŠNJAČKOJ PORODICI: Ukazom Aleksandra Vučića Tuzlak postao general Vojske Srbije". Slobodna Bosna. 17 may 2021. 29 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2024.