REPORT: Murad V%C9%99liyev - Complete Analysis

Vikipediya, azad ensiklopediya
Murad Vəliyev
Ümumi məlumatlar
Doğum tarixi 27 mart 2002(2002-03-27)[1] (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
Karyerası
Gənclik karyerası
2007–2011 Estoniya Levadiya
2012–2018 Estoniya Portimonense
2018–2019 Almaniya DBİ Bad-Aylinq
2019–2020 Almaniya Rozenhaym 1860
Klub karyerası[* 1]
2020–2021 Estoniya Kalev 044 0(0)
2022–2024 Estoniya Levadiya 041 0(2)
2022–2023  Estoniya Levadiya U-21 024 0(9)
2024  Estoniya Nımme Yunayted 31 0(2)
2025–h.h. Azərbaycan Şamaxı 010 0(0)
Milli yığma[* 2]
2017 Estoniya Estoniya U-17 02 0 (0)
2019 Estoniya Estoniya U-18 02 0 (0)
2022–hazırda Azərbaycan Azərbaycan U-21 015 0 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Murad Vəliyev (27 mart 2002[1], Tallin[1]) – Estoniya və Azərbaycan futbolçusu. Azərbaycan çempionatında çıxış edən "Şamaxı" klubunun oyunçusudur.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Murad Vəliyev Estoniyanın "Levadiya" və "Kalev" klubularının yetirməsidir. Daha sonra Almaniyanın "DBİ Bad-Ayblinq" futbol məktəbinə və "Rozenhaym 1860" klubuna qoşulmuşdur. 2020-ci ilin iyulunda "Kalev" klubuna qayıtmışdır. 31 iyul 2020-ci ildə "Flora" klubuna qarşı baş tutmuş qarşılaşmada debüt etmişdir.[2] O, əsas heyətdə möhkəmlənmiş və komandanın əsas oyunçularından birinə çevrilmişdir.

26 avqust 2020-ci ildə Estoniya Kuboku çərçivəsində "Transfervays" klubuna qarşı baş tutmuş oyunda klubdakı ilk qolunu vurmuşdur.[3] Estoniya çempionatında ilk qolu 28 noyabr 2020-ci ildə "Kuressaare" klubuna qarşı baş tutmuş oyunda qeydə alınmışdır.[4] Komandası çempionatında sonuncu yeri tutmuş və aşağı liqaya düşmüşdür. Vəliyev mövsüm ərzində bütün turnirlərdə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdır.

Növbəti mövsüm ilk oyununu 4 mart 2021-ci ildə "Nımme Yunayted" klubuna qarşı keçirmişdir. Oyuna əsas heyətdə başlayan Vəliyev mövsümdəki ilk qolunu vurmuşdur.[5] Mövsüm oyunca klubun əsas heyətində çıxış etməyə davam etmişdir. "Kalev" mövsümü ikinci yerdə başa vurmuş və yuxarı liqaya çıxmaq üçün "Tammeka" klubu ilə pley-off oyununa çıxmaq fürsəti əldə etmişdir. Lakin klub oyunu uduzaraq yuxarı liqaya vəsiqəni əldən vermişdir. Vəliyev mövsüm ərzində 9 qol vurmuşdur.

Vəliyev 2022-ci ilin yanvarında "Levadiya" klubu ilə üçillik müqavilə imzalamışdır.[6] O, klubun ikinci komandasında çıxış etməyə başlamış və bu komandadakı debütü 3 mart 2022-ci ildə "Elva" klubuna qarşı oyunda baş tutmuşdur.[7] Klubdakı ilk qolunu 3 aprel 2022-ci ildə "Viymsi" klubuna qarşı oyunda vurmuşdur.[8] 22 may 2022-ci ildə "Alyans" klubuna qarşı oyunda dubl etmişdir.[9] Əsas komandadakı debütünü 24 may 2022-ci ildə "Legion" klubuna qarşı oyunda gerçəkləmiş və bu oyunda əsas komandadakı ilk qolunu vurmuşdur.[10]

Vəliyev 2022-ci ilin iyununda klubu ilə UEFA Çempionlar LiqasındaKonfrans Liqası oyunlarında meydana çıxmışdır. Lakin klubu əvvəlcə "Vikinqur",[11] daha sonra "Hibernians" klubuna uduzaraq mübarizəni dayandırmışdır. Vəliyev mövsüm ərzində həm start heyətində, həm də sonradan meydana daxil olaraq oyunlara çıxmışdır. O, mövsüm ərzində 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdır. Mövsümün sonunda həm əsas komandası ilə, həm də ikinci komanda ilə çempionatda ikinci yeri tutmuşdur.

Vəliyev növbəti mövsümə 5 mart 2023-cü ildə "Vaprus" klubuna qarşı oyunla başlamışdır.[12] O, mövsüm ərzində ikinci komandada da çıxış etmişdir. 15 mart 2023-cü ildə "Tammeka" klubuna qarşı oyunda məhsuldar ötürmə ilə yadda qalmışdır.[13] Vəliyev mövsümün ikinci yarısını əsasən ehtiyatda keçirmiş, sadəcə bir neçə oyunda meydana çıxmışdır. Mövsümün sonunda klubu ilə çempionatda ikinci yeri tutmuşdur. Mövsüm ərzində 1 məhsuldar ötürmə ilə yadda qalmışdır.

"Nımme Yunayted"

[redaktə | vikimətni redaktə et]

Vəliyev 2024-cü ilin fevralında icarə əsasında "Nımme Yunayted" klubunda çıxış etməyə başlamışdır.[14] Klubdakı debütünü 1 mart 2024-cü ildə "Flora" klubuna qarşı oyunda gerçəkləşdirmişdir.[15] Klubdakı ilk qolunu 5 aprel 2024-cü ildə "Tammeka" klubuna qarşı oyunda vurmuşdur.[16] 31 iyul 2024-cü ildə Estoniya Kuboku çərçivəsində "Kohtla-Yarve" klubuna qarşı baş tutmuş oyunda dubl etmişdir.[17] O, mövsümün sonunda klubu ilə sonuncu yeri tutmuş və aşağı liqaya düşmüşdür. O, mövsüm ərzində klubun əsas heyət oyunçusu olmuş və bütün turnirlərdə 4 qol vurmuşdur. İcarə müddəti başa çatdıqdan sonra klubdan ayrılmışdır.

Vəliyev 2025-ci ilin yanvarında Azərbaycanın "Şamaxı" klubu ilə 2026-cı ilin iyuluna qədər müqavilə imzalamışdır. 17 yanvar 2025-ci ildə "Qarabağ" klubuna qarşı keçirilmiş oyunda 86-cı dəqiqədə meydana çıxaraq klubdakı debütünü gerçəkləşdirmişdir.[18]

Milli karyerası

[redaktə | vikimətni redaktə et]

Murad Vəliyev Estoniyanın U-16 və U-18 milli komandalarında çıxış etmişdir.[19] Daha sonra Azərbaycan U-21 milli komandasından dəvət almışdır.[20] Bu komandadakı debütü 27 sentyabr 2022-ci ildə Moldova komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda baş tutmuşdur. 2023-cü ildə Azərbaycan komandasının tərkibində U-21 Avropa Çempionatının təsnifat oyunlarında iştirak etmişdir.

  1. 1 2 3 4 Murad Velijev // Transfermarkt (çd.). 2000.
  2. "Tallinna Kalev vs. Flora". soccerway.com (ingilis). 31 iyul 2020. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  3. "TransferWise vs. Tallinna Kalev". soccerway.com (ingilis). 26 avqust 2020. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  4. "Tallinna Kalev vs. Kuressaare". soccerway.com (ingilis). 28 noyabr 2020. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  5. "Tallinna Kalev vs. Nõmme United". soccerway.com (ingilis). 4 mart 2021. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  6. "Ряды "Левадии" пополнил Мурад Велиев". err.ee (rus). 27 yanvar 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  7. "Elva vs. FCI Levadia II". soccerway.com (ingilis). 3 mart 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  8. "FCI Levadia II vs. Viimsi". soccerway.com (ingilis). 3 aprel 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  9. "Alliance vs. FCI Levadia II". soccerway.com (ingilis). 22 may 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  10. "Legion vs. FCI Levadia". soccerway.com (ingilis). 24 may 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  11. "FCI Levadia vs. Víkingur Reykjavík". soccerway.com (ingilis). 21 iyun 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  12. "FCI Levadia vs. Vaprus". soccerway.com (ingilis). 5 mart 2023. 6 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  13. "FCI Levadia vs. Tammeka". soccerway.com (ingilis). 15 mart 2023. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  14. "Põnev! Nõmme United laenas FCI Levadialt poolkaitsja". soccernet.ee (eston). 19 fevral 2024. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  15. "Flora vs. Nõmme United". soccerway.com (ingilis). 1 mart 2024. 4 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  16. "Nõmme United vs. Tammeka". soccerway.com (ingilis). 5 aprel 2024. 8 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2024.
  17. "Nõmme United vs. Kohtla-Järve". soccerway.com (ingilis). 31 iyul 2024. 25 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2025.
  18. "Qarabag vs. Shamakhi". soccerway.com (ingilis). 17 yanvar 2025. 23 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2025.
  19. "Хавбека сборной Азербайджана хотят привлечь в сборную Эстонии". azerisport.com (rus). 14 sentyabr 2022. 20 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.
  20. "Четыре игрока «Левадии» вызваны в главную сборную". postimees.ee (rus). 20 sentyabr 2021. 25 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2024.