SHOCKING: Metan%C9%99sr - The Verge Report

Vikipediya, azad ensiklopediya

Metanəsr (rus.Метапроза; ing.Metafiction) və ya metanəql (rus.метаповествование) — əsas mövzusu mətnin özünün yaranma prosesi və ədəbi mətnin təbiətinin tədqiqi olan ədəbi əsər.[1]

Əsas xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

1980-ci illərdən bəri işlədilən və ehtimal ki, Vilyam Qess tərəfindən dövriyyəyə daxil edilmiş metafikşn (ing.metafiction) anlayışı, ədəbi fənd kimi "roman daxilində roman" termininin sinonimi kimi çıxış edirdi.[2] "Metanəsr" və "metanəsrlik" terminlərinin isə ilk daxil edildiyi mənbə kimi Dmitri Seqalın yaradıcılığı göstərilir.[3]

Mark Lipovetski metanəsr üzərində aparılan bir sıra tədqiqatları ümumiləşdirərək qeyd edir ki, metanəsr xarakterli əsərlərin mərkəzində çox vaxt müəllifin dublyoru və nümayəndəsi kimi çıxış edən "yazıçı-personaj" obrazı dayanır. Mətnin strukturu oxucuya imkan verir ki, birbaşa və ya dolayı şərhlər vasitəsilə diqqəti "mətn daxilindəki mətn"dən "çərçivə mətn"ə keçirərək bu iki reallıq arasındakı qarşılıqlı əlaqəni izləsin. Nəticədə, oxucunun əsas diqqəti mətnin yaratdığı bütöv dünya obrazından, həmin hələ tamamlanmamış obrazın yaradılması və yenidən yaradılması prosesinə yönəlir. Beləliklə, oxucu "yaradıcılıq oyununun iştirakçısı" mövqeyinə yüksəlir.[4]

Adətən metanəsr modernizm və postmodernizmlə əlaqələndirilsə də, onun elementlərinə Servantesin "Don Kixot" (qəhrəmanın öz macəraları haqqında kitabı oxuması və qeyri-dəqiqlikləri şərh etməsi), Samuel Riçardsonun "Pamela" (mənfi qəhrəmanın öz bəd əməlləri haqqında oxuyaraq peşman olması), Yan Pototskinin "Saraqosada tapılmış əlyazma" əsərlərində və digər klassik nümunələrdə rast gəlmək olar.

XX əsrdə metanəsr Xorxe Luis Borxes, Vladimir Nabokov, Con Bart kimi müəlliflərin yaradıcılığında əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Metanəsrin öyrənilməsi

[redaktə | vikimətni redaktə et]

Ədəbiyyatda metanəqlin məqsədyönlü öyrənilməsi ehtimal ki, 1980-ci illərdən başlayır. Bu sahədə X. L. Borxesin yaradıcılığını təhlil edən Borton Hatlen, həmçinin bu mövzu üzrə monoqrafiyaların müəllifləri Patrisiya Vo, Rüdiger İmxof və Linda Hatçionun adları xüsusi çəkilir.[5][6][7] Rus ədəbiyyatı materialları əsasında metanəsr problemlərini ilk dəfə Dmitri Seqal tədqiq etmişdir.[3] Metaromanın poetikasına dair isə V. B. Zuseva-Ozkanın tədqiqatı mövcuddur.[8]

  1. Rüdiger Imhof. Contemporary metafiction: A poetological study of metafiction in English since 1939. — Winter (Heidelberg), 1986.
  2. Gass, William H. Fiction and the Figures of Life (ingilis). New York: Alfred A. Knopf. 1970. 24—25.
  3. 1 2 Сегал Д. М. Литература как вторичная моделирующая система // Slaviса Hierosolymitana. 1979. No. 4. Р. 1—35.
  4. Липовецкий М. Н. Русский постмодернизм: очерки исторической поэтики (Arxiv surəti 20 mart 2022 tarixindən Wayback Machine saytında). — Екатеринбург, 1997. — С. 46—47.
  5. Hatlen B. Borges and metafiction // Simply a man of letters. Panel discussion and papers from the proceedings of a symposium on J. L. Borges held at the University of Maine at Orono. — 1982.
  6. Patricia Waugh. Metafiction. The Theory and Practice of Self-Conscious Fiction. — New York / London: Methuen, 1984.
  7. Linda Hutcheon. Narcissistic Narrative: The Metafictional Paradox. — Ontario: Willford UP, 1981.
  8. Зусева-Озкан В. Б. Историческая поэтика метаромана. — Şablon:M.: Intrada, 2014.

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]
  • Coonrod Martínez, Elizabeth. The Latin American Innovative Novel of the 1920s: A Comparative Reassessment // McClennen, Sophia A.; Fitz, Earl E. (redaktorlar ). Comparative Cultural Studies and Latin America. Indiana, United States: Purdue University Press. 2004. 34–55. ISBN 978-1-55753-358-6.
  • Currie, Mark (ed.). Metafiction, Longman, 1995.
  • Dean, Andrew. Metafiction and the Postwar Novel: Foes, Ghosts, and Faces in the Water, Oxford University Press, 2021.
  • Gass, William H., Fiction and the Figures of Life, Alfred A. Knopf, 1970
  • Heginbotham, Thomas "The Art of Artifice: Barth, Barthelme and the metafictional tradition" (2009) PDF
  • Linda Hutcheon, Narcissistic Narrative. The Metafictional Paradox, Routledge 1984, ISBN 0-415-06567-4.
  • Hutcheon, Linda. A Poetics of Postmodernism: History, Theory, Fiction, Routledge, 1988, ISBN 0-415-00705-4.
  • Levinson, Julie, "Adaptation, Metafiction, Self-Creation," Genre: Forms of Discourse and Culture. Spring 2007, vol. 40: 1.
  • Scholes, Robert, Fabulation and Metafiction, University of Illinois Press 1979.
  • The Metafiction Database. Metafiction
  • Waugh, Patricia, Metafiction – The Theory and Practice of Self-Conscious Fiction, Routledge 1984.
  • Werner Wolf, ed., in collaboration with Katharina Bantleon and Jeff Thoss. The Metareferential Turn in Contemporary Arts and Media: Forms, Functions, Attempts at Explanation. Studies in Intermediality 5, Rodopi 2011.