TRENDING: Google M%C9%99lumat Paneli | Latest Update

Vikipediya, azad ensiklopediya
Google Məlumat Paneli
Technology news and reviews image
Ümumi məlumatlar
Təsis tarixi 2012
google.com/insidesearch/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google Məlumat Paneli (Knowledge Graph), GoogleGoogle Axtarış xidmətləri tərəfindən müxtəlif mənbələrdən toplanan məlumatlarla axtarış motoru nəticələrini təkmilləşdirmək üçün istifadə edilən bir bilik bazası vəya məlumat löhvəsidir. Məlumat Paneli qutuları Google-ın axtarış motoruna 2012-ci ilin may ayında əlavə edildi. Məlumatlar istifadəçilərə Google axtarış nəticələrinin ana ekranda sağda qutu şəklində göstərirdi.[1][2]

16 may 2012-ci ildə Google, Google axtarışlarından əldə edilən məlumatların dəyərini əhəmiyyətli dərəcədə artırmaq üçün Məlumat Panelini aktiv elan etdi. Əvvəlcə yalnız ingilis dilində mövcud olan Məlumat Paneli 2012-ci ilin dekabr ayında İspan, Fransız, Alman, Portuqal, Yapon, Rus, İtalyan və Türk dillərini əhatə etməklə genişləndirildi.[3] 2014-cü ilin avqust ayında New Scientist, Google Məlumat Qrafiklərinin imkanlarını əldə etmək üçün yeni bir təşəbbüs olan "Məlumat Deposunu başlatdığını bildirdi. Rəqəmlərlə işləyən verilənlər bazasından fərqli olaraq, Məlumat bazası, faktlarla işləmək, internetdən məlumatları avtomatik olaraq toplamaq və "Madonna harada anadan olub?" kimi birbaşa suallara cavab verə biləcək bir bilik bazasına birləşdirmək üçün hazırlanmışdır. Məlumat Panelinin əsas funksiyası, insanlar tərəfindən tərtib edilmiş kütləvi mənbələrdən əldə edilən faktlara etibar etmək əvəzinə, avtomatik olaraq məlumat toplamaq qabiliyyətidir.[4]

Məlumat Panelində olan verilənlər məlumatlar axtarış nəticələrinin sağındakı qutusu kimi təqdim olunur. Google-a görə, bu məlumatlar CIA World Factbook , WikidataWikipedia-da daxil olmaqla bir çox mənbələrdən götürülmüşdür. Bilik bazası sürətlə böyüdü və ictimaiyyətə açıqlandıqdan sonra yeddi ay ərzində ilkin ölçüsünü üç dəfə artırdı. 2016-cı ilin oktyabr ayında Google Məlumat Paneli sayının 70 milyardı keçdiyini elan etdi. Məlumat Panelində olan qrafikindəki məlumatlar Google Assistant və Google Home səsli sorğularında birbaşa danışıq suallarına cavab vermək üçün istifadə olunur.[5][6]

Həmçinin baxın

[redaktə | vikimətni redaktə et]
  1. "Google Knowledge Graph Search API" (ingilis).
  2. "Search Engine Watch" (ingilis).
  3. "Knowledge Graph Özelliği Artık Türkçe de Kullanılabilecek". 9 Ocak 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Ocak 2018.
  4. "Google Knowledge Graph Explained by Search Engine Land" (ingilis).
  5. "a speaker to finally take on the Amazon Echo" (ingilis).
  6. "Google is going to win the next major battle in computing".