URGENT: Georgi Jarkov | Breaking Tech News
| Georgi Jarkov | |||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 1 (14) sentyabr 1915 | ||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||
| Vəfat tarixi | 22 oktyabr 1981 (66 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||
| Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
| Dəfn yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 175 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 73 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili).
Sovet İttifaqı Kommunist Partiyası üzvü olub[1].
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Futbolçu karyerası
[redaktə | vikimətni redaktə et]Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib.
SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub.
Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi. Zərbələri sağ ayağı ilə vururdu. Futbolçu karyerasında müxtəlif texnika və hücum üsullarından istifadə edib. Onun verdiyi ötürmələrdən Pyotr Petrov və Aleksandr Ponomaryov bir çox qol vurublar.
Məşqçi karyerası
[redaktə | vikimətni redaktə et]- "Torpedo" (Moskva): Məşqçi (1952-54) və baş məşqçi (1962)
- SSRİ İdman Komitəsinin futbol şöbəsi: Dövlət məşqçisi (1955-1957 may)
- "Zenit" (Leninqrad): Baş məşqçi (1957 iyul-1960 avqust). 1958-ci ildə Jarkovun rəhbərliyi altında "Zenit" milli çempionatda 4-cü yeri tutub[2]. Jarkovun çalışdığı dövrdə "Zenit"in gələcək liderləri komandada yer alıblar — Lev Burçalkin, Vadim Xrapovitski, Anatoli Derqaçyov, Nikolay Ryazanov, Yuriy Morozov.
- "Lokomotiv" (Moskva): Məşqçi (1961)
- "Serp və Molot" (Moskva): Baş məşqçi (1963)
- "Ararat" (İrəvan): Baş məşqçi (1964)
- "Uralmaş" (Sverdlovsk): Baş məşqçi (1969)
- Moskva Dövlət Univirsiteti: Bədən tərbiyəsi kafedrasının müəllimi (70-ci illər)
- "Neftçi" (Bakı): Baş məşqçi (1972 iyul)
Moskvadakı Vaqankovo qəbiristanlığının 4-cü hissəsində dəfn edilib.
Nailiyyətləri
[redaktə | vikimətni redaktə et]- SSRİ çempionatının 3-cü medalçısı: 1945
- SSRİ Kubokunun qalibi: 1949
- SSRİ Kubokunun finalçısı: 1947
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Материалы из архива ЗИЛа. Часть 6 Arxivləşdirilib 2017-05-11 at the Wayback Machine Torpedo klubunun paylaşımı. 26 fevral 2014-cü il (rus.)
- ↑ zenit-history.ru saytında profili Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine (rus.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 14 sentyabrda doğulanlar
- 1915-ci ildə doğulanlar
- Moskva quberniyasında doğulanlar
- 22 oktyabrda vəfat edənlər
- 1981-ci ildə vəfat edənlər
- 66 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Vaqankovo qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- SSRİ futbolçuları
- Neftçi PFK məşqçiləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- MOİK Moskva FK oyunçuları
- SSRİ Yüksək Liqası oyunçuları
- SSRİ futbol məşqçiləri
- SSRİ idman ustaları
- Moskva Dövlət Universitetinin müəllimləri