NEW: Fran%C3%A7esko Qraziani - The Verge Report

Vikipediya, azad ensiklopediya
Françesko Qraziani
Technology news and reviews image
Ümumi məlumatlar
Doğum tarixi 16 dekabr 1952(1952-12-16)[1] (73 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1970–1973 Arettso 48 (11)
1973–1981 Torino 221 (97)
1981–1983 Fiorentina 52 (14)
1983–1986 Roma 57 (12)
1986–1988 Udineze 33 (8)
1988 APIA Leichhardt 2 (0)
Milli yığma[* 2]
1973 İtaliya U-21 1 (0)
1975–1983 İtaliya 64 (23)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Francesco Qraziani (it.Francesco Graziani, 16 dekabr 1952[1], Subyako[d], Latsio) — İtalyalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. 1982 Dünya Çempionatının qalibi olub . Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışır.

Françesko futbol karyerasına "Arezzo" klubunda başlamışdır. 1973-cü ildə "Torino" klubuna keçir və üç il sonra Turin klubu ilə Skudetto qazanır.[2] 1977-ci ildə 21 qolla İtaliya çempionatının bombardiri olur.[3] 1981-ci ildə Qraziani "Fiorentina" klubuna, 1983-cü ildə isə "Roma"ya transfer olunur. Roma klubunda oynayan zaman Avropa Çepmionlar kubokununun finalına çıxır, ancaq burada "Liverpul" klubuna qarşı oyunda penalti komandası seriyasında məğlub olur.

1986-cı ildə "Udineze" klubuna keçir və növbəti iki mövsümu burada keçirir.

1988-ci ildə Avstraliyanın "APIA Leichhardt" klubuna keçir və burada 2 oyunda meydana çıxaraq karyerasını bitirir.

Futbolçu İtaliya A Seriyasında 353 oyunda meydana çıxaraq 130 1ol vurub.

Qraziani eyni zamanda 1978-ci il Dünya Çempionatı, 1980-ci il Avropa Çempionatı1982-ci il Dünya Çempionatında İtaliya millisinin heyətində yer alır. 1982-ci il Dünya Çempionatında turnirin qalibi olur və turnirdə Kamerunla oyunda bir qol vurur.

Məşqçilik karyerası

[redaktə | vikimətni redaktə et]

Qrazianinin məşqçilik karyerası o qədər də uğurlu olmayır. O məşqçilik karyerasına 1989-cu ildə keçmiş klubu "Fiorentina"da başlayır və Floreansiyalılar ilə UEFA Kubokunun finlına çıxsada, orada digər İtaliya klubu "Yuventus" klubuna 1:3 hesabı ilə məğlub olur.

Françeskonun növbəti klubu 1990-cı ildə "Recina" olur. 1990/91 mövsumundə "Recina"da çalışdıqdan sonra oradan ayrılır və 1991/92 mövsumundə "Avellino" klubuna məşqçi təyin olunur. Ancaq ordada uğur qazana bilməyən Qraziani 1992-ci ildə məşqçiliklə vidalaşır. Ancaq doqquz il sonra Fraçesko təkrar məşqçiliyə dönərək "Katanyia" klubunun "C1 Seriyası" çempionu edərək, komandanın B Seriyasına yüksəlməsinə kömək edir. "Kataniya"da o məşqçi olmaqla yanaşı həm də idman direktoru vəzifəsini yerinə yetirirdi. Ancaq 2002/03 mövsümündə doqquz matçdan sonra uğursuz olduğu üçun klubdan ayrılır və İtaliyanın C2 Seriyasında yarışan "Montevarçi"yə məşqçi təyin olunur. Françskonun məşqçilik karyerası burdada alınmır və klubdan qovulur. Daha sonra o yarımpeşəkar klublara rəhbərlik edir.

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Françeskonun Qabriel adlı bir oğlu var. Qabrieldə futbolçudur və Pro Liqanın ikinci divizion klubunda (əvvəlki C2 Seriyası) "Sambonifaçese" klubunda oynayır .

Françesko Qraziani hazırda İtaliyanın Mediaset kanalında futbol mütəxəssisi kimi çalışır.[4]

Torino

Roma

İtaliya Millisi

Şəxsi nailiyyətlər

Kataniya

  • Seriya C1 çempionu: 2001/02

Cervia

  • Çempion Echchelenza: 2004/05
  1. 1 2 Francesco Graziani // Transfermarkt (çd.). 2000.
  2. Di Maggio, Roberto. "Francesco Graziani - Goals in Serie A". RSSSF (ingilis). 9 yanvar 2005. 17 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  3. "Toro, Agroppi: "Vi racconto Gigi Meroni, il nostro George Best"" (italyan). Toro News. 12 oktyabr 2017. İstifadə tarixi: 25 fevral 2023.[ölü keçid]
  4. "Mundial 1982, quell'Italia ha fatto 31" (italyan). Sport Mediaset. 15 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  5. Di Maggio, Roberto; Kramarsic, Igor; Novello, Alberto. "Italy - Serie A Top Scorers". RSSSF (ingilis). 11 iyun 2015. 31 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  6. Di Maggio, Roberto; Rota, Davide. "Italy - Coppa Italia Top Scorers". RSSSF (ingilis). 4 iyun 2015. 29 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.