TECH NEWS: Firudin N%C9%99biyev - Everything We Know
| Firudin Nəbiyev | |
|---|---|
| 13 fevral 2012 – 23 aprel 2018 | |
| Əvvəlki | Arzu Rəhimov |
| Sonrakı | Vüsal Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 4 avqust 1960 |
| Doğum yeri | Dərələyəz, Ermənistan SSR, SSRİ |
| Vəfat tarixi | 3 avqust 2020 (59 yaşında) |
| Vəfat yeri | |
| Təhsili | |
| Rütbəsi |
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
| Təltifləri |
|
Firudin Hilal oğlu Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.[3][4]
16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.[5]
Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, iki övladı var.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Xidmət etdiyi dövrdə 6 medal, 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuşdur.
- 30 iyul 2004 — "Hərbi xidmətlərə görə" medalı.[6]
- 16 avqust 2007 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.[7]
- 18 avqust 2008 — "Azərbaycan Bayrağı" ordeni.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 28 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2015.
- ↑ "F. H. Nəbiyevin Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 aprel 2023 tarixində arxivləşdirilib.
- ↑ Sitat səhvi: Yanlış
<ref>teqi;G-Madlı istinad üçün mətn göstərilməyib - ↑ "F. H. Nəbiyevin Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 aprel 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib.}
- ↑ "F. H. Nəbiyevin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 aprel 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib.}
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 17 iyun 2020. (#archive_missing_date) tarixində arxivləşdirilib.}
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 iyul 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib.}
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 dekabr 2021. (#archive_missing_date) tarixində arxivləşdirilib.}
- 4 avqustda doğulanlar
- 1960-cı ildə doğulanlar
- 3 avqustda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Türkiyədə vəfat edənlər
- Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları
- II dərəcəli dövlət miqrasiya xidməti müşavirləri
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ-də doğulanlar
- Dərələyəzdə doğulanlar
- Azərbaycan generalları
- Azərbaycanlı generallar