EXCLUSIVE: Fernando Kolumb - Complete Analysis

Vikipediya, azad ensiklopediya
Fernando Kolumb
Technology news and reviews image
Doğum tarixi 15 avqust 1488(1488-08-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 iyul 1539(1539-07-12)[2] (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Xristofor Kolumb
Anası Beatris Ensikes de-Arana[d]
Fəaliyyəti tədqiqatçı-səyyah[d],kitabxanaçı,bioqraf,rəssam
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fernando Kolumb və ya Kolon (isp.Fernando (Hernando) Colomb (Colón), it.Fernando Colombo; 15 avqust 1488[1][2], Kordova, Əndəlüs12 iyul 1539[2], Sevilya) — İspaniya yazıçısı, kosmoqrafı, Xristofor Kolumbun oğlu və onun bioqrafı.

Kristofer Kolumbun iki oğlu olmuşdur — qanuni oğlu Dieqo və qeyri-qanuni oğlu Fernando. Sonuncu İspaniyada Beatris Enrikes de-Arana ilə əlaqəsindən dünyaya gəlmişdir. Atasının ölümündən qısa müddət sonra hər ikisi çox varlı şəxslərə çevrilmiş və dövrünə görə böyük gəlirlər əldə etmişdilər.

Fernando Kolon imperator V Karlın rəğbətini qazanmış, onun bəzi mühüm tapşırıqlarını yerinə yetirmiş, lakin daha çox elmlə məşğul olmuş və Sevilyada özü tərəfindən tikdirilmiş mərmər sarayında böyük kitabxana toplamışdır. Orada həqiqi qrand kimi yaşamış və ildə 200 min frankadək gəlir əldə etmişdir.[3]

Onun kitabxanası (12 min cild) Amerika qitəsinin kəşfi tarixinə aid qiymətli sənədlərlə zəngin olmuş, 1551-ci ildə Sevilya kafedralına keçmiş, lakin XIX əsrdə talan edilmişdir. Fernando tərəfindən həyatının son iki ilində yazılmış atasının həyat hekayəsi 1571-ci ildə Venesiyada nəşr olunmuşdur.[3]

  1. 1 2 Nuti G. COLOMBO, Fernando // Dizionario Biografico degli Italiani (it.). 1982. Vol. 27.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Колумб, Христофор  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.