LATEST: Ettore Puri%C3%A7elli - Full Coverage

Vikipediya, azad ensiklopediya
Ettore Puriçelli
Technology news and reviews image
Ümumi məlumatlar
Doğum tarixi 15 sentyabr 1916(1916-09-15)
Doğum yeri
Vəfat tarixi 14 may 2001(2001-05-14) (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1935–1936 Club Atlético River Plate
1936–1938 Central Español
1938 Club Atlético River Plate
1938–1944 Bolonya FK 1909 139 (87)
1944–1945 Lecco 1912
1944–1949 AC Milan 114 (55)
1949–1951 Legnano soccer team 38 (25)
Milli yığma[* 2]
1939 İtaliya 1 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ektor ("Ettore") Puriçelli Senya (it.Hector "Ettore" Puricelli Seña ;15 sentyabr 1916, Montevideo14 may 2001, Roma) — Uruqvay və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub.[1] Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyib.[2]

Karyerasına doğma Montevideonun "Sentral" komandasında başlayıb. Uruqvayda 5 il oynadıqdan sonra Puriçelli İtaliyanın "Bolonya" klubuna gedir. Bu keçid "Bolonya" tarixinin ən yaxşı dövrlərindən birinə təsadüf edir. İlk mövsümdə (1938–1939) Puriçelli 19 qol vuraraq Aldo Boffi ilə birlikdə İtaliya A Seriyasının bombardiri olur. Komandası isə bütun klubları qabaqlayaraq İtaliya çempionu olur. 1940–41 mövsümündə hər şey təkrarlanır, 22 qolla Puriçelli A Seriyasında ən yaxşı snayperi, "Bolonya" isə İtaliya çempionu olur. Puriçelli baş ilə əla oynadığı üçün "Qızıl Baş" ləqəbini alır.

II Dünya Müharibəsindən sonra Puriçelli "Milan" klubuna keçir. "Milan" ilə Seriya A Çempionluğunu və İtaliya kubokunu qazanır.

Daha sonra B Seriyasında yarışan "Lenyano" klubuna keçir və karyerasını orada ilə bitirir.

"Bolonya" ilə A Seriyasında 133 oyun keçirərək 80 qol vurur.

"Milan" ilə A Seriyasında 157 oyunda 55 qol vurur.

"Lenyano"nun heyətində 38 oyunda 25 dəfə fərqlənir..

Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyir.[3]

  1. "Arxivlənmiş surət". 2 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.
  2. "Arxivlənmiş surət". 31 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.
  3. "Arxivlənmiş surət". 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.

Xarici Keçidlər

[redaktə | vikimətni redaktə et]