BREAKING: Elm%C9%99ddin M%C9%99mm%C9%99dov (futbol%C3%A7u)

Vikipediya, azad ensiklopediya
Elməddin Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi 9 oktyabr 1995(1995-10-09) (30 yaş)
Doğum yeri
Vətəndaşlığı

Elməddin Məmmədov (9 oktyabr 1995, Bakı) — Dhivehi Premyer Liqasında TC Sports Club-da qapıçı kimi çıxış edən azərbaycanlı futbolçu. O, Azərbaycanın gənclər (15, 17 və 19 yaşa qədər) və gənclərdən ibarət komandalarının rənglərini qoruyub.

9 oktyabr 1995-ci ildə Bakıda anadan olub. 2003–2014-cü illərdə Bakı şəhəri 247 saylı orta məktəbdə təhsil alıb.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Erkən karyerasl

[redaktə | vikimətni redaktə et]

Futbola 9 yaşından yetirməsi olduğu AZAL klubunun uşaq futbol məktəbində başlayıb.

Peşəkar karyerası

[redaktə | vikimətni redaktə et]

O, futbolçu kimi peşəkar karyerasına 2011-ci ildə FK AZAL-ın əvəzedici heyətində başlayıb.

2016–2017-ci illərdə karyerasında ilk dəfə legioner olur. Qırğızıstanın Premyer Liqa klubu — "Alqa" FK ilə illik müqavilə imzalayaraq. Qırğızıstan kubokunda da bir oyun keçir.[1]

2018–2019 mövsümündə o, bir mövsüm Gürcüstanın birinci liqasının — "Tsxinvali" klubunda keçirib. Çempionatda 8 oyun keçirib. O, Gürcüstan kubokunda da bir oyun keçirib.

2019–2020-ci illərdə 4 ay Malta çempionatının yüksək divizionunda çıxış edən "Sent Endryus" komandasında çıxış edib.[2][3]

2020-ci ildə Məmmədov Maldiv təmsilçisi TC Sports Club ilə müqavilə imzalayıb.

Beynəlxalq karyerası

[redaktə | vikimətni redaktə et]

O, 22 mart 2013-cü ildə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Estoniyanın U17 gənclər yığması ilə yoldaşlıq görüşündə debüt edib. Matçın bütün 90 dəqiqəsini meydanda keçirdi.

  1. "Azərbaycan yğımasının qapıçısı Qırğızıstan klubu ilə müqavilə bağladı". 26 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
  2. "Azərbaycanlı qapıçı rəsmən Malta klubunda FOTO". 1 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
  3. Malta klubu azərbaycanlı futbolçu transfer edib

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]