LATEST: Dursun H%C3%BCseynov | Latest Update

Vikipediya, azad ensiklopediya
Dursun Hüseynov
Doğum tarixi 1915(1915)
Doğum yeri
Vəfat tarixi 2009(2009) (93–94 yaşında)
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları "Tərəqqi" medalı
Azərbaycan SSR əməkdar elm xadimi

Dursun Yaqub oğlu Hüseynov (1915, Vəndam, Nuxa qəzası2009) — tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, "Tərəqqi" medalı laureatı (17.06.2000)[1]

Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub.[2] Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.

Azərbaycan farmakologiyasının yaradıcılarından biri kimi tanınmışdır. ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur.

O, 6 monoqrafiyanın, 200-dən artıq elmi məqalənin, o cümlədən 10 dərslik, 4 dərs vəsaiti, 3 lüğət və farmakologiya üzrə 2 məlumat-sorğu kitabının müəllifidir.

Dursun Hüseynov onlarla elmlər doktoru və elmlər namizədi yetişdirmişdir.

1990-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

2009-cu ildə vəfat etmişdir.[3]

  • Ümumi və xüsusi resepturaya dair vəsait. Bakı: Azərnəşr, 1957.
  • Ən yeni dərmanlar və onların tibbdə işlədilməsi. Bakı: Azərnəşr, 1963.
  • Yeni dərman preparatları. Bakı, Azərnəşr, 1970.
  • Ümumi və xüsusi reseptura Bakı, 1976.
  • Dərman preparatları, I hissə. Bakı, Maarif, 1983.
  • Dərman preparatları, II hissə. Bakı, Maarif, 1985.
  • Рецептурный справочник. Баку: Азернешр, 1988.
  • Farmakoterapiyadan məlumat kitabı. Bakı: Azərnəşr, 1993.
  1. "Azərbaycan Tibb Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2000-ci il tarixli, 351 saylı Fərmanı". e-qanun.az (az.). mail.e-qanun.az. 17 iyun 2000. 12 fevral 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2015.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. "Əhalisi: Görkəmli şəxsiyyətlər: Dursun Yaqub oğlu Hüseynov (1915-2009)".