VIRAL: Dilrub%C9%99 Camalova | Tech Insider
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
| Dilrubə Camalova | |
|---|---|
| Dilrubə Cəbrayıl qızı Camalova | |
| | |
| 23 avqust 1993 – 31 may 2000 | |
| Əvvəlki | Hüseynqulu Məmmədov |
| Sonrakı | Yaşar Rzayev |
| 1981 – 1988 | |
| Əvvəlki | İsa Məmmədov (dövlət xadimi) |
| Sonrakı | Aqil Rəhimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 yanvar 1938 |
| Doğum yeri | |
| Vəfat tarixi | 13 mart 2009 (71 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
| Partiya |
|
| Təhsili |
|
|
|
|
| Təltifləri |
|
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).[1]
Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk qadın icra başçısı.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.[1]
1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi[3], 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.
1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.[4]
1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.[5][6]
2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 "Dilruba Camalova - 85". Butov.az. 28 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2026.
- ↑ "Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı: Dünən yola salınan icra başçısı". 12 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2022.
- ↑ "28 апреля 1990 г. (отрывной календарь Для женщин)". visualhistory.ru (rus). 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2026.
- ↑ ""Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır" - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı". “Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır” - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı (az.). İstifadə tarixi: 11 yanvar 2026.
- ↑ "Komitə sədri qəzada həlak olan icra başçısı haqqında nələr dedi? - Unikal.az". unikal.az. İstifadə tarixi: 11 yanvar 2026.
- ↑ "Dilruba Camalova - Əlikram Hümbətovu Lənkərandan qovan xanım » Ovqat.com". Ovqat.com. İstifadə tarixi: 11 yanvar 2026.
- 28 апреля 1990 г. (отрывной календарь Для женщин) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- 7 yanvarda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Lənkəranda doğulanlar
- 13 martda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- 71 yaşında vəfat edənlər
- Cəlilabad rayonunda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sov.İKP MK yanında Ali Partiya Məktəbinin məzunları
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Lənkəran Şəhər İcra Hakimiyyətinin başçıları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibləri
- Lənkəran Şəhər Xalq Deputatları Sovetinin deputatları
- Lənkəran Rayon Xalq Deputatları Sovetinin deputatları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Yol-nəqliyyat hadisəsində ölənlər
- Azərbaycanın qadın siyasətçiləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Sov.İKP-nin XXVII qurultayının nümayəndələri