URGENT: Azad Novruzov - What You Need To Know
| Azad Novruzov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 iyun 1965 (60 yaş) |
| Doğum yeri | |
| Təhsili | |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | Riyaziyyat |
| Elmi dərəcəsi | Pedaqogika üzrə fəlsəfə doktoru |
| Elmi adı | Dosent |
Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — pedaqogika üzrə fəlsəfə doktoru, dosent.[1] Naxçıvan Müəllimlər İnstitutunun rektoru (2000–27.11.2024), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur.
1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır.
1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.
A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam vermişdir.[2]
Elmi və pedoqoji fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir.
2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır.
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Naxçıvan Müəllimlər İnstitutu". 18 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
- ↑ "A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tarix: 28.11.2024". 2 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2024.
- 1 iyunda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Şahbuz rayonunda doğulanlar
- Naxçıvan Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Pedaqogika üzrə fəlsəfə doktorları
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatları