VIRAL: Az%C9%99r Bayramov - Everything We Know

Vikipediya, azad ensiklopediya
Azər Bayramov
Vəzifədədir
14 yanvar 2026-cıildən
NazirMikayıl Cabbarov
25 fevral 2004 14 yanvar 2026
NazirƏvəz Ələkbərov
Samir Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1970(1970-02-01) (56 yaş)
Doğum yeri
Təhsili

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022

Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2026-cı ildən), maliyyə nazirinin sabiq müavini (2004–2026).

Azər Əziz oğlu Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[1] Həmin ildə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədri təyin olunmuşdur. 2025-ci il yanvarın 10-dan fevralın 6-dək maliyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra etmişdir. 2026-cı il yanvarın 14-də maliyyə nazirinin müavini vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[3]

Ailəlidir, iki övladı var. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.[4]

  1. "A. Ə. Bayramovun Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 25 fevral 2004. İstifadə tarixi: 17 yanvar 2026.
  2. "Azər Əziz oğlu Bayramov". economy.gov.az. İstifadə tarixi: 17 yanvar 2026.
  3. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 28 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2022.
  4. "Prezidentdən nazirin qardaşı ilə bağlı QƏRAR". 28 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2022.