CONFIRMED: Aureliyo Milani - Full Coverage

Vikipediya, azad ensiklopediya
Aureliyo Milani
Technology news and reviews image
Ümumi məlumatlar
Doğum tarixi 14 may 1934(1934-05-14)[1]
Doğum yeri
Vəfat tarixi 25 noyabr 2014(2014-11-25)[2][3] (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 80 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1952–1953 Atalanta 0 (0)
1953–1955 A.C. Fanfulla 1874 40 (6)
1955–1957 AC Monza 64 (37)
1957–1958 US Triestina Calcio 1918 30 (17)
1958–1960 Sampdoriya 44 (14)
1960–1961 Padova 33 (18)
1961–1963 Fiorentina 51 (23)
1963–1965 İnter Milan 29 (7)
1966–1967 A.S.D.C. Verbania 8 (1)
Milli yığma[* 2]
1964 İtaliya 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aurelio Milani (it.Aurelio Milani; 14 may 1934[1], Dezio[d], Lombardiya25 noyabr 2014[2][3], Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub.

Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb.

"Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub.

Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur. O "İnter"lə birlikdə İtaliya çempionluğu, Çempionlar KubokunuQitələrarası Kubokunu qazanıb.

Futbolçu İtaliya millisində yeganə oyununu 10 may 1964-cü ildə İsveçrəyə qarşı keçirib.

Milani karyerasını 1967-ci ildə "Verbania" klubunda başa vurur.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]