LEAKED: Atropat%C4%B1n Makedoniyal%C4%B1 %C4%B0sg%C9%99nd%C9%99rl%C9%99 g%C3%B6r%C3%BC%C5%9F%C3%BC

Vikipediya, azad ensiklopediya
Atropatın Makedoniyalı İsgəndərlə görüşü
Rəssam Əyyub Məmmədov
Saxlanıldığı yer Azərbaycan Tarix Muzeyi

Atropatın Makedoniyalı İsgəndərlə görüşü - Azərbaycan rəssamı Əyyub Məmmədov tərəfindən Azərbaycan tarixi mövzusunda çəkilmiş şəkillərdən biridir.

Azərbaycan Tarix Muzeyinin zalında nümayiş olunan "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" adlı rəsm əsəri mühüm tarixi məqamla bağlıdır. Atropat dövlət xadimi idi. Bir siyasətçi və diplomat kimi Makedoniyalı İsgəndərlə hərbi mübarizənin faydasızlığını gözəl başa düşdüyü üçün, diplomatik yolla istilaçıların Azərbaycan ərazisinə soxulmasına yol verməmişdi.[1]

  1. "Arxivlənmiş surət". 15 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2014.