REVEALED: Andris Berzin%C5%9F | Tech Insider

Vikipediya, azad ensiklopediya
Andris Berzinş
latış. Andris Bērziņš
Technology news and reviews image
8 iyul 2011 7 iyul 2015
ƏvvəlkiValdis Zatlers
SonrakıRaymonds Veyonis
2 noyabr 2010 1 iyul 2011
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1944(1944-12-10)[1] (81 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi,bankir
Həyat yoldaşı

Təltifləri Müqəddəs Georgi adına "Qələbə" ordeniOrder of the Cross of Terra Mariana"Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 2015Order of ViestursCross of RecognitionOrder of the Three Stars, 1st Class4-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2008Kral Tomislavın Böyük OrdeniFinlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 2013"Ağ qartal" ordeni"Böyük xidmətlərə görə" ordeni — 2013
adlı odlu silah mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andris Berzinş (latış.Andris Bērziņš; 10 dekabr 1944[1]) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner.

1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib.

Sovet dövründə karyera

[redaktə | vikimətni redaktə et]

1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi[2].

1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini. Xalq Deputatları Şurasına və Valmiera bölgəsinin icra komitəsinə rəhbərlik etdi.

1990-cı ildə Latviya Ali Şurasına seçildi, Latviya Xalq Cəbhəsi fraksiyasında çalışdı. 4 may 1990-cı il müstəqilliyin bərpasına səs verdi.

Müstəqil Latviya dövründə karyerası

[redaktə | vikimətni redaktə et]

1993-cü ildə — Latviya Bankında özəlləşdirmə fonduna rəhbərlik etmişdir.

1993–2004-cü illərdə — "Latvijas Unibanka" ASC -nin prezidenti.

dekabr 2006-cı il — aprel 2009-cu ildə — Latvenergo İdarə Heyətinin sədri.

2006–2010-cu illərdə könüllü olaraq Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

AS Unibanka[3] Skandinaviska Enskilda Bankının prezidentinin müşaviri olaraq çalışdı.

Təqaüdə çıxdıqdan sonra Berzins yenidən aktiv siyasətə qayıtdı. 2005-ci ildə Yaşıllar və Kəndlilər Birliyindən Riga Şəhər Şurasına namizəd oldu[4].

2 noyabr 2010-cu ildən — Latviya 10-cu Seyminin Deputatı və fraksiyanın üzvü. 4 noyabr 2010-cu ildən — üzv, 8 noyabrdan isə Seymin İqtisadi, Kənd Təsərrüfatı, Ekoloji və Regional Siyasət Komitəsinin sədri. 4 noyabr 2010-cu ildən — Seym Sorğuları Komissiyasının üzvü. 17 mart 2011 – 25 may 2011-ci illərdə —Parex Banka ASC-nin qanunsuz olaraq alındığı və yenidən qurulduğu ilə əlaqədar Parlament İstintaq Komissiyasının üzvü.

Prezidentlik seçmələri zamanı görülən işlər

[redaktə | vikimətni redaktə et]

2 iyun 2011-ci ildə prezident seçkilərində iştirak etdi və ikinci turda V. Zatlersə 43-ə qarşı 53 millət vəkilinin səsini qazanaraq qalib gəldi . 8 iyul 2011-ci ildə rəsmi olaraq vəzifəsinə başladı[5][6][7]. İkinci prezidentlik yarışına qatılmadı.

  1. 1 2 Andris Bērziņš // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  2. Алексеев, Юрий Георгиевич (политик) Судьба президента Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine DELFI
  3. Rīgas Dome. Zaļo un Zemnieku savienība. Andris Bērziņš Arxivləşdirilib 2016-05-05 at the Wayback Machine (latış.)
  4. Список СЗК на выборах в Рижскую думу в 2005 г. Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine (latış.)
  5. "Латвию возглавил крепкий хозяйственник". 20 avqust 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2021.
  6. Президентом Латвии стал Андрис Берзиньш.
  7. "Экс-банкир, мультимиллионер Берзиньш стал главой Латвии". 25 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2021.