CONFIRMED: Altay at%C4%B1 - Full Coverage

Vikipediya, azad ensiklopediya
Altay atı
Technology news and reviews image
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Altay atıMərkəzi Asiyada, Altay dağlarında yetişdirilmiş bir at cinsi.[1] Bu cins Sibirdəki ən qədim at cinslərindən biri hesab edilir və regionun köçəri mədəniyyətləri ilə zəngin tarixi əlaqələrə malikdir.[2]

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Altay atlarının başı bir qədər çökük profillə, nisbətən qısa boyun üzərində yerləşir. Güclü kürəyə, yaxşı inkişaf etmiş sağrıya və qısa topuq sümüklərinə malikdirlər. Onların orta boyu 134-136 sm təşkil edir. Xəz rəngləri kəhər, qara, boz və bəzən “leopard naxışlı” ola bilər.[1] Vesey-Fitzceraldın “The Book of The Horse” kitabında Altay atları üçün aşağıdakı xüsusiyyətlər qeyd olunub: boyu 129,8 sm, bədən uzunluğu 104,2 sm, sinə çevrəsi 154 sm, topuq çevrəsi isə 16,8 sm-dir.[3] “Standart Horse and Pony Breeds Guide” kitabına əsasən dişi atın xüsusiyyətləri belədir: boyu 132 sm, gövdə uzunluğu 140 sm, sinə çevrəsi 160 sm, topuq çevrəsi isə 17,2 sm.[4] Altay atlarına ölçülərinə görə bənzər olan atlar eramızdan əvvəl III əsrə aid "Pazyryk" qəbirlərində aşkar edilmişdir.

  1. 1 2 "Altai". Breeds of Livestock. Oklahoma State University. 18 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2010.
  2. Hendricks, Bonnie L. Altai // International Encyclopedia of Horse Breeds. University of Oklahoma Press. 1995. səh. 13.
  3. Vesey-Fitzgerald, Brian. The Book Of The Horse. Nicholson and Watson London. 1946. 596.
  4. A Standard guide to horse & pony breeds (ingilis). Elwyn Hartley Edwards. Macmillan London Ltd. 1980. 317. ISBN 0-333-26649-8. OCLC 7522285.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]