LATEST: Alina Dorofeyeva - Complete Analysis

Vikipediya, azad ensiklopediya
Alina Dorofeyeva
Алина Анатольевна Дорофеева
Ümumi məlumatlar
Tam adı Alina Anatolyevna Dorofeyeva
Doğum tarixi 31 avqust 1998(1998-08-31) (27 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 170 sm
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Yenisey
Nömrəsi 23
Karyerası
Klub karyerası[* 1]
2014– Yenisey
Milli yığma[* 2]
2015 Rusiya U-17
2019– Azərbaycan

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Alina Dorofeyeva (31 avqust 1998, Krasnoyarsk) — Rusiyanın Yenisey klubunun[2]Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının müdafiəçisi kimi çıxış edən rusazərbaycanlı[3] futbolçu.[4]

Alina Dorofeyeva Rusiyada anadan olub.[5]

O, futbol oynamağa Krasnoyarsk 2 saylı Gənclər İdman Məktəbində başlayıb. İlk məşqçisi Nikolay Nepomnyaşiçi olub. 2010-cu ilin əvvəlindən Yenisey İdman Klubunun uşaq komandasında oynayıb. O, regional turnirlərdə qalib olub və komandanın ən yaxşı oyunçusu kimi tanınıb.[6]

2014-cü ildən Yenisey Futbol Klubunun gənclər komandasında çıxış edib.[7][8] Rusiya birinci liqasının qalibi (2014) və gümüş mükafatçısı (2015, 2016) olub. 2017-ci ildən etibarən isə Yenisey Futbol klubu ilə yüksək liqada çıxış edir.[9][10]

2015-ci ildə Rusiya gənclər U-17 (17 yaşadək) milli futbol komandasına çağırılıb və doğulduğu ölkəni beynəlxalq səviyyədə təmsil edib. O 17 yaşlılar arasında Avropa çempionatının seçmə turnirində 3 oyun oynayıb.[11]

2019-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib və ölkənin qadınlardan ibarət milli futbol komandasında oynamağa başlayıb.[12]

Beynəxalq qolları

[redaktə | vikimətni redaktə et]
No.TarixMəkanRəqibXalNəticəTurnir
1.10 noyabr 2019Zimbru Stadionu, Chișinău, MoldovaMoldovaMoldova1–11–3UEFA Qadınlar Avro 2022-nin seçmə mərhələsi[13]
2.14 iyul 2023Jānis Skredelis' stadionu, Riqa, LatviyaLatviyaLatviya1–01–1Yoldaşlıq[14][15]
  1. Soccerdonna (alm.). 2010.
  2. "Alina Dorofeyeva". www.affa.az. 20 avqust 2024 tarixində arxivləşdirilib.
  3. "Alina Dorofeeva". www.uefa.com. 20 avqust 2024 tarixində arxivləşdirilib.
  4. "A. Dorofeyeva". int.soccerway.com. 3 noyabr 2021 tarixində arxivləşdirilib.
  5. "Дорофеева Алина". wfl.rfs.ru. 2 avqust 2023 tarixində arxivləşdirilib.
  6. "В Назарово прошло первенство края по мини-футболу среди девушек". zapad24.ru. 20 avqust 2024 tarixində arxivləşdirilib.
  7. "Дорофеева Алина". 20 avqust 2024 tarixində arxivləşdirilib.
  8. "ПЕРВЕНСТВО РОССИИ СРЕДИ ЖЕНСКИХ КОМАНД ПЕРВОГО ДИВИЗИОНА 2014 ГОД". http://www.womenfootball.ru/. 14 sentyabr 2019 tarixində arxivləşdirilib.
  9. "Alina Dorofeyeva". rfs.ru. 20 avqust 2024 tarixində arxivləşdirilib.
  10. "Yenisey vs. Chertanovo 1 – 1". int.soccerway.com. 1 avqust 2019 tarixində arxivləşdirilib.
  11. "Alina Dorofeeva". www.mackolik.com. 20 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  12. "Azərbaycan milli komandası (Qadınlar)". www.affa.az. 4 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  13. "Moldova vs. Azerbaijan 3 – 1". int.soccerway.com. 23 aprel 2021 tarixində arxivləşdirilib.
  14. "Latviya–Azərbaycan oyunu heç-heçə başa çatıb". sia.az. 20 avqust 2024 tarixində arxivləşdirilib.
  15. "Millimizin (Qadınlar) yoldaşlıq oyunları üçün ilkin heyəti açıqlanıb". www.affa.az.