JUST IN: Adnan %C6%8Fhm%C9%99dzad%C9%99

Vikipediya, azad ensiklopediya
Adnan Əhmədzadə
Adnan Azər oğlu Əhmədzadə
Doğum tarixi 24 yanvar 1978(1978-01-24) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan, Böyük Britaniya
Uşağı 4
Atası Azər Əhmədzadə
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti iş adamı,sahibkar
Mükafatları "Tərəqqi" medalı — 2015

Adnan Əhmədzadə (24 yanvar 1978, Bakı) — azərbaycanlı iş adamı.[1][2]

Adnan Əhmədzadə[3][4] 24 yanvar 1978-ci ildə anadan olub.[5]

Ailəlidir, dörd övladı var.

1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb.

2005–2006-cı illərdə "Azərtrans" MMC-nin baş direktoru vəzifəsində çalışıb;

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində aşağıdakı vəzifələrdə çalışıb;

2006 – 2007 Nəqliyyat və Ekspedisiya İdarəsinin rəis müavini;

2007 – 2008 Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri;

2008 – 2010 İqtisadi əməliyyatlar şöbəsinin rəis müavini;

2010 – 2019 SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş meneceri. 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru vəzifəsinə təyin edilib.[6][7][8]

2019-cu ildə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.[9][10]

2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir.

2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.[11][12]

Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.[13]

  1. "Adnan Əhmədzadə xanımı ilə Kann festivalında - Video". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  2. "İlham Əliyevin çağırışından sonra Rövnəq Abdullayev gəncləri yüksək vəzifələrə təyin etdi - RƏSMİ". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  3. Messinin "Azərxalça" imzalı ad günü hədiyyəsi VİDEO
  4. "Socar-da yeni vəzifə teyinatları olub". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  5. Musavat.com
  6. "Аднан Ахмедзаде возглавил SOCAR Trading". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  7. "Adnan Əhmədzadə: Keçən il SOCAR tərəfindən Azərbaycandan 35 milyon ton neft ixrac olunub". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  8. Azərtac.az
  9. "Adnan Əhmədzadə ARDNŞ-in vitse-prezidentinin müavini təyin edildi". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  10. "SOCAR Trading management changes". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  11. "World karate champions from Azerbaijan awarded". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  12. "Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə". 7 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.
  13. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI"". 19 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2023.