ANNOUNCED: Adil Nadirov | Tech News Today

Vikipediya, azad ensiklopediya
Adil Nadirov
Technology news and reviews image
Ümumi məlumatlar
Tam adı Adil Ərşad oğlu Nadirov
Doğum tarixi 28 aprel 1950(1950-04-28)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 yanvar 2019(2019-01-28) (68 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Karyerası
Klub karyerası[* 1]
1965—1968 SSRİ Məhsul ? (?)
1968—1970 SSRİ Toxucu ? (?)
1970—1973 SSRİ OİK Tbilisi ? (?)
1973—1981 SSRİ Şəfəq ? (?)
Məşqçisi olduğu klublar
1974–??? SSRİ Qarabağ (uşaq komandası)
1987—1988 SSRİ Qarabağ

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Adil Nadirov (28 aprel 1950, Ağdam28 yanvar 2019, Azərbaycan) — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri.[1][2]

1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-cı ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb.[3] 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib.[4]

1974-cü ildə uşaqlardan ibarət "Qarabağ" futbol komandası təşkil olunmuşdur. Komanda Adil Nadirovun rəhbərliyi altında qısa müddətdə qələbələr qazanmağa başlamışdır.[5]

Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, "əməkdar məşqçi" adına layiq görülüb.

1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal olunduqdan sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub. Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi idi.

2018-ci il yanvarın 28-də vəfat edib.[6]

  1. ""Qarabağ"ın təsisçisi vəfat etdi". oxu.az. oxu.az. 30 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  2. "QARABAĞ AĞDAM, UNA SQUADRA IN ESILIO". www.mondofutbol.com. www.mondofutbol.com. 29 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  3. "Adil Nadirov: "Bizi az qala döyüb öldürəcəkdilər"". Qol.az. 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2019.
  4. "Adil Nadirov: "Bu gün Ağdamın təkcə "Qarabağ"ı qalıb"". www.stadium.az. www.stadium.az. 30 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2019.
  5. İSMAYILOV, E. NİYAZOV, S. B. (redaktor). ""Qarabağ"ın sevinci". LENİN YOLU (1017). Nazirlər Sovetinin Dövlət Nəşriyyatı, Kitab Ticarəti İşləri Komitəsinin Ağdam mətbəəsi. 1976.
  6. ""Qarabağ"ın qəhrəmanı Adil Nadirovla vida – Video". supersport.az. supersport.az. İstifadə tarixi: 29 yanvar 2019.