URGENT: Abraham Pays | Breaking Tech News

Vikipediya, azad ensiklopediya
Abraham Pays
Technology news and reviews image
Doğum tarixi 19 may 1918(1918-05-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 iyul 2000(2000-07-28)[1][2][…] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Elm sahəsi nəzəri fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abraham Pays (ing.Abraham Pais; 19 may 1918[1][2][…], Amsterdam28 iyul 2000[1][2][…], Kopenhagen, Danimarka)[3] — niderlandlı-amerikalı fizikelm tarixçisi. Pays fəlsəfə doktoru (PhD) dərəcəsini İkinci Dünya müharibəsi illərində nasistlərin Niderland universitetlərində yəhudilərin fəaliyyətinə qadağa qoymasından dərhal əvvəl, Utrext Universitetində qazanmışdır. Nasistlər Niderland yəhudilərini məcburi şəkildə sürgün etməyə başladıqda o, gizlənmiş, lakin sonradan həbs olunmuşdur; onu bu vəziyyətdən yalnız müharibənin başa çatması xilas etmişdir.[4]

Müharibədən sonra o, Danimarkada Nils Borun assistenti kimi fəaliyyət göstərmiş, daha sonra isə Nyu-Cersi ştatının Prinston şəhərindəki Təkmil Araşdırmalar İnstitutunda Albert Eynşteynin həmkarı olmuşdur.

Onun müəllifi olduğu və bir çox mütəxəssis tərəfindən Albert Enşteyn haqqında ən mötəbər bioqrafik əsər sayılan "Rəbb sirrlidir" (Subtle is the Lord) kitabı "Elmi Yazı Mükafatı"na layiq görülmüşdür.[5] Pays bu uğurlu fəaliyyətini aşağıdakı əsərlərlə davam etdirmişdir:

  • "Daxilə doğru: Fiziki dünyada maddə və qüvvələr haqqında" (Inward Bound: Of Matter and Forces in the Physical World) — müasir fizika tarixi;
  • "Nils Borun dövrü: Fizikada, fəlsəfədə və siyasətdə" (Niels Bohr's Times: In Physics, Philosophy, and Polity);
  • "Enşteyn burada yaşamışdır: Sadə oxucular üçün esselər" (Einstein Lived Here: Essays for the Layman).

Abraham Pays təqaüdə çıxana qədər Rokfeller Universitetində fizika professoru vəzifəsində çalışmışdır. O, 1995-ci ildə elmi yazı sahəsindəki müstəsna xidmətlərinə görə "Luis Tomas mükafatı"na layiq görülmüşdür.[6]

  1. 1 2 3 4 Abraham Pais. 2009.
  2. 1 2 3 4 Abraham Pais // KNAW Past Members (ing.).
  3. Glanz, Jamez. "Dr. Abraham Pais, 82, Physicist and Science Historian, Dies". The New York Times. 31 iyul 2000.
  4. Land-Weber, Ellen. "Bram Pais Tells His Story (1986)". To Save A Life: Stories Of Holocaust Rescue. Humboldt State University. 1986. İstifadə tarixi: 2 noyabr 2011.
  5. "Pais wins AIP–US Steel science-writing prize". Physics Today (ingilis). 36 (10): 58. 28 avqust 2008. doi:10.1063/1.2915320. ISSN 0031-9228.
  6. "Abraham Pais to receive 1995 Lewis Thomas Prize". The Rockefeller University.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]