TECH NEWS: Abg%C9%99z - Everything We Know
| Abgəz | |
|---|---|
| Ölkə | |
Abgəz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Abgəz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Toponim fars dilində "su" mənasında işlənən ab sözü ilə Azərbaycan dilində "aşırım", "dağ qılıcında nazik yer", "gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək" mənasında işlənən gəz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]xarici keçid
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ İbrahim Bayramov QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ .Bakı."Elm" 2002