CONFIRMED: Abdelhak Nuri - Complete Analysis
| Abdelhak Nuri | ||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 2 aprel 1997[1][2] (28 yaş) | |||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
| Boyu | 170 sm | |||||||||||||||||||||||||||||||||
| Çəkisi | 65 kq | |||||||||||||||||||||||||||||||||
| Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||
Abdelhak Nuri (nid.Abdelhak Nouri; 2 aprel 1997[1][2], Amsterdam) — əsasən yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. "Ayaks"ın yetirməsi olan Nuri, iki il klubun əvəzedici və əsas komandasında çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir.
2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir.
Erkən illəri
[redaktə | vikimətni redaktə et]2 aprel 1997-ci ildə Amsterdamda Mərakeş əsilli ailədə anadan olub.[3] Əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər. Peşəkar karyerasında debüt etməzdən öncə, "The Guardian" tərəfindən 2014-cü ildə dünyanın ən yaxşı 40 gənc oyunçusu siyahısına əlavə edilmişdir.[4]
Klub karyerası
[redaktə | vikimətni redaktə et]"Ayaks" futbol akademiyasının yetirməsidir.[5] 8 yaşından Amsterdam klubunun formasını geyinməyə başlayıb. 2015-ci ildə "Ayaks"ın əvəzedici komandası olan — "Yonq Ayaks"ın heyətinə keçirilib.[6] Burada debüt mövsümündə on yeddi görüşdə iştirak edib və bir qol vurub. 2016–17 mövsümündə "Yonq Ayaks"la yanaşı, "Ayaks"ın əsas komandasında da forma geyinib. Əsas komandanın heyətində ilk oyununa, 29 oktyabr 2016-cı ildə, Erediviziyanın 11-ci turu çərçivəsində "Ekselsior"a qarşı keçirilən görüşdə çıxıb.[7]
Ürək aritmiyası
[redaktə | vikimətni redaktə et]8 iyul 2017-ci ildə Avstriyanın İnsbruk şəhərində Almaniyanın "Verder Bremen" klubuna qarşı keçirilən yoxlama oyununun ikinci hissəsində yerə yıxılaraq huşunu itirib.[8][9] Oyunçuya 15 dəqiqəyə yaxın meydanda yardım göstərilib, daha sonra isə o, vertolyot vasitəsilə xəstəxanaya yerləşdirilib. Görüş yarımçıq dayandırılıb və azarkeşlərdən stadionu tərk etmələri xahiş olunub. Futbolçunun huşunu itirməsinə ürək aritmiyası səbəb olub.[10] Həkimlər onu süni koma vəziyyətinə salıblar. 13 iyul 2017-ci ildə Nuriyə dönməz beyin zədələnməsi diaqnozu təyin edilib.[11] Tədqiqatlar göstərib ki, onun beyninin böyük bir hissəsi fəaliyyət göstərmir və beynin ən mühüm funksiyalarının bərpası şansı sıfıra bərabərdir.[12]
2020-ci ilin mart ayında ailəsi Nurinin evdə müalicə aldığını və komadan çıxdıqdan sonra onun vəziyyətinin yaxşılaşdığı barədə məlumat yayıb.[13][14][15]
21 fevral 2022-ci ildə "Ayaks" komaya düşən Nuri ilə müqaviləni vaxtından əvvəl xitam verdiyi üçün, onun ailəsinə 7,85 milyon avro təzminat ödəyəcəyini açıqlayıb.[16][17]
Milli komanda karyerası
[redaktə | vikimətni redaktə et]Niderlandın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının formasını geyinmişdir. 19 yaşadək futbolçulardan ibarət Niderland millisinin heyətində iki dəfə yeniyetmələrin Avropa Çempionatında iştirak etmişdir.
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Abdelhakın böyük qardaşı Məhəmməd, Niderlandın üçüncü divizionunda çıxış edən "TEK" klubunun futbolçusu.[18]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Abdelhak Nouri // Transfermarkt (çd.). 2000.
- 1 2 Abdelhak Nouri // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ "Laatste interview 'Appie' Nouri vanavond op tv". 7 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
- ↑ sport, Guardian; Blight, Garry; Blight, Garry. "Next Generation 2014: 40 of the best young talents in world football". The Guardian. 17 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
- ↑ "Even voorstellen: Abdelhak Nouri". ajax.nl. 29 noyabr 2014. 28 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2017. (#apostrophe_markup)
- ↑ "Ajax met 29 spelers naar Qatar". Ajax.nl. 2 yanvar 2015. 28 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2017.
- ↑ "Отчёт о матче "Аякс" — "Эксельсиор"|publisher=transfermarkt.co.uk". 4 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2017.
- ↑ "Abdelhak Nouri buiten levensgevaar" (holland). ajax.nl. 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
- ↑ "Хавбека "Аякса" эвакуировали с поля на вертолёте во время товарищеской игры". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
- ↑ "Жизни футболиста "Аякса", потерявшего сознание во время игры, ничего не угрожает". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
- ↑ "У игрока "Аякса" Нури диагностировано необратимое повреждение мозга". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
- ↑ "Ernstige hersenschade Nouri" (holland). ajax.nl. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
- ↑ "Ajax star Nouri improving and watching football after waking from coma" (ingilis). goal.com. 27 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020. (#apostrophe_markup)
- ↑ "Oudere broer over Nouri: 'Sinds hij thuis is, gaat het stukken beter'" (holland). vi.nl. İstifadə tarixi: 28 mart 2020. (#apostrophe_markup)
- ↑ "Брат экс-хавбека «Аякса» Нури: Аппи проявляет эмоции, часто появляется улыбка". championat.com. 28 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020. (#apostrophe_markup)
- ↑ "Familie Nouri en Ajax treffen schikking" (holland). ajax.nl. 21 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2022. (#apostrophe_markup)
- ↑ "Komadan ayılan futbolçuya təzminat veriləcək". Sportnet.az. İstifadə tarixi: 14 yanvar 2026.
- ↑ "Профиль Мохаммеда Нури на Transfermarkt". 3 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2017.
- 2 apreldə doğulanlar
- 1997-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Amsterdamda doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Futbol yarımmüdafiəçiləri
- Yonq Ayaks oyunçuları
- Ayaks AFK oyunçuları
- Erediviziya oyunçuları
- Niderland milli gənclər futbol komandasının oyunçuları
- Niderlandın kişi futbolçuları
- Mərakeşin kişi futbolçuları
- Niderland Birinci Diviziyası oyunçuları