EXCLUSIVE: 21 Savage | Latest Update

Vikipediya, azad ensiklopediya
21 Savage
Technology news and reviews image
Ümumi məlumatlar
Doğum adı Shéyaa Bin Abraham-Joseph[1]
Ləqəbi 21 Savage
Doğum tarixi 22 oktyabr 1992(1992-10-22)[2][3] (33 yaş)
Uşağı 3
Partnyoru
  • Ember Rouz[d] (2017–2018)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi,mahnı yazarı[d],musiqi prodüseri,musiqiçi,söz yazıçısı[d]
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar trep
Albom şirkətləri RED Music[d],Epic Records[4]
21savage.com
shop.21savage.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 Savage (əsl adı: Şaya Bin Eybraham-Cozef; 22 oktyabr 1992[2][3]) — Britaniya mənşəli rep ifaçısı, ABŞ-də fəaliyyət göstərir.[5] London şəhərində doğulub, Atlantada böyüyüb. 2013-cü ildə professional musiqi fəaliyyətinə başlayıb, üç miksteyp buraxıb. Metro Boomin ilə birgə hazırladığı "Savage Mode" (2016) minialbomu "Billboard 200" hit-paradında 23-cü pilləyə yüksəlib. Albomdan "X" və "No Heart" kompozisiyaları "Billboard Hot 100" hit-paradında 40-cı sıraya daxil olub. 2016-cı ildə Dreykin "Sneakin" kompozisiyasında iştirak edib.[6][7][8] 2017-ci ilin yanvarında "Epic Records" şirkəti ilə müqavilə bağlayıb.[9]

21 Savage ilk studiya albomu "Issa Album"ı 2017-ci ildə buraxıb. Albom "Billboard 200" hit-paradında ikinci pillədə qərarlaşıb.[10] Albomun əsas mahnısı "Bank Account" "Billboard Hot 100"də on ikinci yerə çatıb.

Şaya Bin Eybraham-Cozef[11][12][13][14] 1992-ci il oktyabrın 22-də Londonda yerləşən Nyuham Universitet Xəstəxanasında anadan olub. Valideynləri Hizer Karmillia Cozef və Kevin Kornelius Emmons britaniyalıdır. Nəsil şəcərəsində Karib hövzəsi ölkələri üstünlük təşkil edir: ana xətti Dominikaya,[15] ata xətti Sent-Vinsent və Qrenadin adalarına gedib çıxır. Babasının Haiti mənşəli olduğu məlumdur.[16] Müsahibələrində özünü afroamerikalı kimi təqdim edir.[17] Atası və əkiz bacıları - rəqs xoreoqrafları Kayra və Cayda Devis hazırda Londonda yaşayır. Atası Vestminster Şəhər Şurasında çalışır.[18]

Erkən yaşlarında valideynləri ayrılıb. Yeddi yaşında anası ilə Atlantaya (Corciya ştatı) köçüb.[19][20] 2005-ci ilin iyununda, 12 yaşında dayısı/əmisinin dəfni üçün Birləşmiş Krallığa gedib.[21] Bir ay qalandan sonra H-4 vizası ilə iyulun 22-də Atlantaya qayıdıb.[22] Viza müddəti növbəti il başa çatıb.[23] Qardaşı Kvantivayus ("Tay-Man") narkotik alveri zamanı baş verən atışmada ölüb.[24]

İbtidai təhsil illərində Eybraham-Cozefə silah saxladığına görə həbs əvəzinə sınaq müddəti təyin olunub. Səkkizinci sinifdə sınaq müddətinin şərtlərini pozduğundan məktəbdən uzaqlaşdırılıb.[25][26][27] Atlanta ətrafındakı müxtəlif məktəblərdə təhsilini davam etdirməyə çalışıb, lakin yeniyetmələrin islah müəssisəsinə göndərilib.[28] İslah müəssisəsindən sonra alternativ təhsil proqramı ilə səkkizinci sinfi bitirib. Orta məktəbin birinci yarımilində tez-tez dərs buraxdığı üçün təhsilini yarımçıq qoyub.[29]

Təhsildən uzaqlaşdıqdan sonra yerli cinayətkar qruplaşmaya qoşulub, narkotik vasitələrin, əsasən marixuananın satışı ilə məşğul olub. Avtomobil oğurluğu və qarət hadisələrində iştirak edib. Bir dəfə avtomobilində qanunsuz əşyalar aşkarlandığı üçün saxlanılıb.[30] 2011-ci ildə yaxın dostu Larri atışmada öldürülüb. 2013-cü ildə soyğunçuluq cəhdi zamanı rəqib qruplaşma tərəfindən altı güllə yarası alıb, dostu Conni həlak olub.[31]

Studiya albomları

  • Issa Album (2017)
  • I Am > I Was (2018)
  • American Dream (2024)

Kollaborativ albomlar

  1. https://www.dailymail.co.uk/news/article-6663565/Rapper-21-Savage-federal-immigration-custody-Georgia.html.
  2. 1 2 http://georgia.arrests.org/Arrests/Shayaa_Joseph_7097616/.
  3. 1 2 22 Savage // Dutch Top 40.
  4. https://web.archive.org/web/20170119061125/http://hiphopdx.com/news/id.42064/title.21-savage-inks-record-deal-with-epic-records.
  5. Multiple sources:
    • Lamarre, Carl. "21 Savage Planning International Tour After Years of Immigration Issues". Billboard. 4 oktyabr 2023. 6 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2023.
    • Price, Joe. "Drake Says 21 Savage Finally Got His Green Card on '8AM in Charlotte'". Complex. 5 oktyabr 2023. 6 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2023.
    • "Rapper 21 Savage did not talk about being British for fear of US deportation". The Guardian (ingilis). Associated Press. 16 fevral 2019. ISSN 0261-3077. 21 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
  6. Rogen, Seth. "21 Savage chops it up with Seth Rogen". Interview Magazine (ingilis). 26 aprel 2018. 11 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  7. Daniels, Karu F. "Sylvia Rhone named chairman and CEO of Epic Records". New York Daily News. 23 aprel 2019. 25 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  8. Mitchell, Gail. "How Sylvia Rhone Became Sony Music's Most Powerful African-American Woman: 'Many Questioned My Ability'". Billboard. 4 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  9. "Sylvia Rhone". Berklee College of Music. 22 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  10. C.M., Emmanuel. "The Break Presents: 21 Savage". XXL Magazine. 9 oktyabr 2015. 24 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2018.
  11. Beaumont-Thomas, Ben. "21 Savage: Cardi B backs campaign to free rapper". The Guardian. Guardian News and Media Limited. 5 fevral 2019. 24 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2020.
  12. Aswad, Jem. "21 Savage Arrested by ICE, May Be Deported". Variety. 3 fevral 2019. 3 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019. 21 Savage – whose real name is Shéyaa Bin Abraham-Joseph and has long claimed to be from Atlanta
  13. Arcand, Rob. "21 Savage Arrested By ICE, Which Claims He's Actually From the UK". Spin. 3 fevral 2019. 4 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019. 21 Savage (born Shéyaa Bin Abraham-Joseph)
  14. "ICE arrests rapper 21 Savage, says he's actually from UK". WSBTV. 3 fevral 2019. 4 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019. U.S. Immigration and Customs Enforcement (ICE) arrested unlawfully present United Kingdom national Shéyaa Bin Abraham-Joseph AKA "21 Savage" during a targeted operation with federal and local law enforcement partners early Sunday in metro Atlanta.
  15. Caramanica, Jon. "21 Savage, American Rapper". The New York Times. 6 fevral 2019. 7 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019. His parents both being raised in the UK with his mother's family being from the Caribbean Island of Dominica.
  16. "21 Savage Previously Revealed His West Indian Roots". rapcurrent.com. 9 fevral 2019. 20 aprel 2021 tarixində orijinalından arxivləşdirilib.
  17. Giorgis, Hannah. "21 Savage and the False Promise of Black Citizenship". The Atlantic. 6 fevral 2019. I'm African-American. [...]. That's my heritage.
  18. Abraham-Joseph, Shéyaa. "21 Savage Breaks Down the Lyrics to 'No Heart'". Rap Genius. 3 noyabr 2016. 9 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019. Yeah, my folks Haitian. Like, I'm Haitian. You know what I'm saying. My granddaddy Haitian.
  19. Capelouto, J. D. "Breaking: ICE arrests rapper 21 Savage, says he is actually British and overstayed visa". The Atlanta Journal-Constitution. 5 fevral 2019. 20 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2019.
  20. "21 Savage Birth Certificate Reveals He Was Born in the U.K." Rap-Up. 4 fevral 2019. 5 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  21. Renshaw, David. "21 Savage says his lawyers believe he was targeted by ICE for rapping about immigration control". The Fader (ingilis). 15 fevral 2019. 16 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  22. Brett, Jennifer. "21 Savage's lawyers say ICE 'provided incorrect information'". The Atlanta Journal-Constitution. 5 fevral 2019. 9 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2019.
  23. Ortiz, Erik. "Rapper 21 Savage describes arrest by ICE: 'We got Savage'". NBC News. 15 fevral 2019. 21 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2019.
  24. James, Andy. "The Brutal Story Behind 21 Savage's Dagger Face Tattoo". DJBooth. 22 noyabr 2018. 7 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2018.
  25. Charlamagne tha God, DJ Envy. 21 Savage Interview With The Breakfast Club (Video). New York City: The Breakfast Club (radio show). 4 avqust 2016. 16 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2018.
  26. 21 Savage's American Dream - Untold Stories From London, England to East Atlanta Zone 6 (ingilis), 24 yanvar 2024, 25 yanvar 2024 tarixində arxivləşdirilib, İstifadə tarixi: 25 yanvar 2024
  27. Barshad, Amos. "Savage World". The Fader. 21 noyabr 2016. İstifadə tarixi: 8 fevral 2025.
  28. "Everything You Need To Know About 21 Savage". HotNewHipHop. 23 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  29. Darville, Jordan. "21 Savage Talks Being An 'A' Student, Losing His Best Friends On The Breakfast Club". The Fader (ingilis). 4 avqust 2016. 11 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  30. Hine, Samuel. "21 Savage: From Robbin' Season to Role Model". GQ (ingilis). 27 iyun 2018. 11 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  31. Russell, Alex. "Meet 21 Savage, Atlanta's Most Respected New Rapper". The Fader. 1 oktyabr 2015. 24 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]