TRENDING: 2025 UEFA Mill%C9%99tl%C9%99r Liqas%C4%B1

Vikipediya, azad ensiklopediya
2024/2025 UEFA Millətlər Liqası
Technology news and reviews image
Yarış məlumatları
Tarix Liqa mərhələsi:
5 sentyabr – 19 noyabr 2024
A Liqasının 1/4 finalı və A/B və B/C liqasının pley-off oyunları:
20–23 mart 2025
Millətlər Liqası finalı:
4–8 iyun 2025
C/D liqasının pley-off oyunları:
26–31 mart 2026
Başlama tarixi 5 sentyabr 2024
Bitmə tarixi 31 mart 2026[1]
Komanda sayı 54
Yekun nəticəsi
Çempion Portuqaliya milli futbol komandası[2]
Yarış statistikası
Oyun sayı 52
Qol sayı 134 (matç başına: 2.58)
Tamaşaçı sayı 3.283.825
2025/2026

2024–25 UEFA Millətlər LiqasıUEFA-ya üzv olan bütün assosiasiyaların kişi milli komandalarının iştirak etdiyi beynəlxalq futbol turniri olan UEFA Millətlər Liqasının dördüncü mövsümü. Turnir 2024-cü ilin sentyabrından noyabrına (liqa mərhələsi), 2025-ci ilin martına (A Liqasının 1/4 finalı və A/B və B/C liqasının pley-off oyunları), 2025-ci ilin iyununa (Millətlər Liqasının finalı) və 2026-cı ilin martına (C/D liqasının pley-off oyunları) qədər keçiriləcək.

Turnirin hazırkı qalibi 2023-cü ilin finalında qalib gəlmiş İspaniyadır.

2024-25 mövsümündə milli komandalar dörd liqaya bölünəcək, A, B və C liqalarında hər biri dörd komandadan ibarət dörd qrupa bölünmüş on altı komanda, D Liqasında isə hər biri üç komandadan ibarət iki qrupa bölünmüş altı komanda iştirak edəcək. Komandalar liqalara 2022-23 UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən ayrılmışdır.[3] D liqası komandaları istisna olmaqla geri qalan bütün komandaların hər biri öz qrupları daxilində altı oyun keçirəcək. D liqası komandalarının isə hər biri 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında ev-səfər dairəvi sistemi ilə dörd oyun oynayacaq.[4]

  1. https://www.uefa.com/uefanationsleague/news/0288-19a14a0f77d0-8b88a4fd8106-1000--2024-25-uefa-nations-league-all-you-need-to-know/.
  2. https://www.bbc.co.uk/sport/football/live/cvgqzyl24j4t.
  3. "UEFA Nations League – League phase draw procedure" (PDF). UEFA.com. Union of European Football Associations. 2 dekabr 2023. 28 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 fevral 2024.
  4. "2024/25 UEFA Nations League: All you need to know". UEFA.com. 30 yanvar 2024. 9 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2024.