ANNOUNCED: 1967 ci il Mudurnu z%C9%99lz%C9%99l%C9%99si

Vikipediya, azad ensiklopediya
1967-ci il Mudurnu zəlzələsi
Tarix
Maqnituda 7,4 bal,7,3 bal[1]
Hiposentrin dərinliyi 30 km[1]
Episentrin yeri
  • 40°43′ şm. e. 30°49′ ş. u.HGYO
Ölənlər
Xəritədə yeri
1967-ci il Mudurnu zəlzələsi xəritədə
Nöqtə

1967-ci il Mudurnu zəlzələsi, həmçinin 1967-ci il Sakarya zəlzələsi kimi də tanınır, 22 iyul 1967-ci ildə yerli vaxtla saat 18:56-da Türkiyənin Bolu əyalətinin Mudurnu rayonunda baş verən zəlzələ idi. 6,8 Ms gücündə olan bu zəlzələdə 89 nəfər həlak olmuş, 7116 binaya ziyan dəymişdir.[2]

Bu zəlzələ 1939-cu il Ərzincan zəlzələsi ilə başlayan və Şimali Anadolu tektonik xətti boyunca qərbə doğru uzanan seysmik fəaliyyətin bir hissəsi hesab olunur. Bu zəlzələ zamanı Şimali Anadolu tektonik xətti boyunca 50 km-lik bir qırılma müşahidə edildi. Abant zəlzələsi 1957-ci ildə bu bölgədə, eyni qırılma xəttində baş vermişdir. Tektonik çökəklik xüsusiyyətlərinə malik və isti bulaq su mənbələrinə malik olan bu bölgə tarix boyu əhəmiyyətli zəlzələlər olmuşdur.

Zəlzələ zamanı Sakaryada elektrik və telefon xətləri kəsilib, qatar və magistral yollarda baş verən torpaq sürüşmələri səbəbindən nəqliyyat dayanıb. Çoxmərtəbəli binaların uçması ölənlərin sayının artmasına səbəb olub. Ölüm hallarının əksəriyyəti Sakaryada, eləcə də Bolu, İstanbul, KocaeliBursada baş verib. Zəlzələ ƏskişəhərAnkarada da hiss olunub. İstanbulun Çemberlitaş rayonundakı tarixi Vezirhanın bir hissəsinin uçması nəticəsində İstanbulda bir nəfər ölüb.[3]

Şəhərlərdə beton konstruksiyalar zədələnmələr oldu və kəndlərdə ənənəvi daş təməlli və taxta karkaslı binalar yıxıldı.

  1. 1 2 3 4 https://www.ngdc.noaa.gov/hazel/view/hazards/earthquake/event-data?country=Turkey.
  2. "Boğaziçi Üniversitesi Kandilli Rasathanesi ve Deprem Araştırma Enstitüsü Ulusal Deprem İzleme Merkezi". 14 Mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Şubat 2013.
  3. "İstanbul'da da Bir Genç Kız Öldü". Milliyet Gazetesi. 23 Temmuz 1967. səh. 1.