Ən son rəy: 1 gün öncə, Bozqurd77 tərəfindən "Kömək" adlı mövzuda
Kimsə ilə heç bir mövzuda yarışda deyiləm. Kimsədən ağıllı, kimsədən gözəl, kimsədən yaxşı olmaq kimi bir iddiam yoxdur. Kimsə üçün ən deyiləm. Daha deyiləm. Bu nəhəng iddiasızlığın mənə verdiyi azadlığın xəstəsiyəm.
Müzakirə səhifəm vasitəsilə mənə müraciət edə bilərsiniz. Şəxsi mövzular üçün e-poçt göndərə bilərsiniz (gadirwikiproton.me). Lütfən, müraciətinizi mümkün qədər açıq və aydın yazın. Təcili hallarda Vikipediya:İnzibatçılara müraciət səhifəsini istifadə edə bilərsiniz. Təşəkkürlər.
Salam, @Sura Shukurlu. Bağışlayın, amma xəbərdarlıq xətrinə xəbərdarlıq kimi düşünürəm bunu, açığı. Mövzular barədə şərh bildirəcəksinizsə və ya əsaslı etirazlarınız varsa bunu müzakirə səhifələrində ifadə edə bilərsiniz. Ciddi addəyişmə hesab etmirəm, çünki başlıq məndən əvvəl anonim bir istifadəçinin (məqalədəki şəxsin özü olduğunu iddia edirdi) tələbinə uyğun olaraq dəyişdirilmişdi, ümid edirəm ki, detallı baxmısınız, ondan əvvəl status-kvo belə idi onsuz. Diqqətlə baxsaz, o səhifənin adı əvvəl də elə elə olub, vaxtilə mən dəyişdirərək səhvə yol vermişəm, onda da müzakirə açmışam, əlbəttə. Müzakirənin harda getməsinin fərqi yoxdu, ora ümumi səhifədir və orda başqa bir başlıq da var idi və əlaqəli idi deyə ora yazdım, keçid də verilib (köçürərəm ora). Mən arqumentimi ortaya qoymuşamsa və qarşı olan da yoxdursa razı olmaqdan başqa nə yaza bilərlər? Başlıq onsuz bir müddət açıq qalır, fikirlər gəlir və əlavə şərh gəlməyəndə də konsensus kimi qəbul edilir, hamının mütləq fikir bildirməsi tələb olunmur ki (sonra hansısa dəyişikliyə/düzəlişə etiraz etmək olar), onsuz əsaslandırmalar da qeyd olunur. Bütün icmanı maraqlandıran ciddi qərar almamışıq burada. Hər şey barədə müzakirə açmağa və uzun-uzadı müzakirələr aparmağa ehtiyac yoxdur ki, bəzən əsaslandırmaq da bəs edir. Qaldı ki bir neçə nəfər deyirsiz, hər halda tək qərar verib icra etməkdən yaxşıdır, yoxsa proseslər uzanır, siz də bunu yaxşı bilirsiniz, ümid edirəm. Hörmətlə, Qədir (müzakirə) 00:27, 12 yanvar 2025 (UTC)Cavabla
Bu başlığın mövzusu müvafiq məqalə və onun adlandırılması deyil, sizin fəaliyyət tərzinizdir, odur ki, müzakirə səhifənizə yazmaq daha doğrudur hər halda. Məqalənin müzakirə səhifəsində aparılmalı olan ad dəyişikliyi ilə bağlı müzakirə idi. Mövzunun məğzi odur ki, siz hər hansı bir fikrə düşəndə, hər hansı bir şeyi düzgün biləndə, onun üçün mütləq hər hansı bir formada konsensus əldə etdirir, mütləq onu o formada edirsiniz. Bir müddət sonra sırf həmin mövzuda fikriniz dəyişir, bu dəfə də yeni fikrinizi reallaşana qədər çalışıb-vurşursunuz və yeni fikrinizi müdafiə edirsiniz, bu dəfə də yeni fikriniz "qüsursuz" olur. Məqalənin adı ilə bağlı bu yeni fikrə gələnə qədər sizin üçün doğru versiya "Röya (müğənni)" şəklində idi. Mən gəlib müzakirəsiz dəyişsəm, siz mütləq ki, buna etiraz edərdiniz. İndi isə adı yeni fikriniz ilə dəyişmisiniz və deyirsiniz ki, "onsuz 2-3 il əvvəl məqalənin adı "Röya" idi, sadəcə olaraq mən səhv edib dəyişmişdim, status-kvo elə "Röya" idi, bu, elə də böyük dəyişiklik deyil". Məqalənin adını illər əvvəl sizin dəyişmiş olmağınız o demək deyil ki, siz fikrinizi dəyişəndə eyni formaya qaytara bilərsiniz. Təssüf ki, siz həmişə doğru olana öz şəxsi fikirləriniz ilə qərar verirsiniz və bu, bu haqda sizə edilmiş birinci xəbərdarlıq deyil. Edilmiş ad dəyişikliyi elə-belə, önəmsiz bir ad dəyişmə deyil və bu günə qədər elə sizin də fikir dəyişikliklərinizə görə adı dəfələrlə dəyişdirilib və birdən çox səhifəyə təsir edib bu. Prosesin uzanmaması, heç də hər şey haqda müzakirəyə ehtiyac duyulmaması, böyük bir qərarın verilməməsi kimi fikirləriniz də elə sizin fəaliyyətiniz ilə bağlı fikirlərimi təsdiqləyir. Tələsikliyiniz, öz fikirləriniz ilə qərarlar verməyiniz barədə irad bildirən ilk istifadəçi mən deyiləm və bu haqda əvvəllər müzakirə başlıqları da açılıb. Ümid edirəm bundan sonra fəaliyyətinizdə nəzər alacaqsınız. Bir də, lütfən ehtiyac olmadığı müddətdə müzakirə səhifələrini arxivləşdirməyin. Buradakı arxivləşdirmənin heç bir effektivliyi yoxdur, əksinə maneəçiliyi var. Sura Shukurlu (müzakirə) 10:14, 12 yanvar 2025 (UTC)Cavabla
Sura Shukurlu, ürəyim istədiyinə görə dəyişməmişəm axı, qeyd etdim, təcrübəm az olduğu üçün səhv etmişəm və indi də düzəldilib. Sizin belə bir şeyə (keçidlər: və [2]) fikir bildirməyib, bu mövzuda keçmişdəki təcrübəsizliyimə görə olan bir səhvə görə mənə irad tutmağınız tərəfliliyinizi sual altına salır, diqqətinizə çatdırım. Ya da tələm-tələsik gəlib xəbərdarlıq vermisiniz araşdırmadan. Siz təcrübəli bir istifadəçi kimi yaxşı bilərsiniz ki, belə şeylərin müzakirəsi ancaq vikidə gedə bilər, kənardan kim necə müdaxilə etmək istəyir, söhbət belə gedə bilməz bundan. Müzakirə səhifələri isə bir müddət sonra arxivləşdirilir, bu, normaldır, hər halda bir kliklə arxivlərə baxmaq mümkündür. Arxivləşdirməyi də "maneəçilik" adlandıran ilk dəfə görürəm. Davam edən aktual müzakirə varsa başqa məsələ, onda siz deyəndi. Hörmətlə, Qədir (müzakirə) 11:36, 12 yanvar 2025 (UTC)Cavabla
Salam Gadir burada səsvermə müddətini niyə artırmısınız? İndiyədək nə belə praktika olub, nə də qaydalara uyğun deyil. Səsverməni avtomatik 16 günlük etmisiniz. Bu istifadəçi də problemlidir, indi mən 1 gün tez yekunlaşdırsam orada problem ola bilər. Zəhmət olmasa, araşdırmamış, qaydalara və keçmiş praktikaya baxmamış belə hərəkətlər etməyin. Turkmenmüzakirə05:34, 14 yanvar 2025 (UTC)Cavabla
@Turkmen, salam, fikir verirəm ki, səsvermələr həmişə 14 günlük açılır, amma İBSQ-yə görə 15 gün olmalıdı. Günün özü sayılmır, digər arxivlərə də baxa bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 06:19, 14 yanvar 2025 (UTC)Cavabla
@Gadir, elə günün özü sayıldığı üçün burda sizə yazmışam. Arxivin də keçidini buna görə vermişəm. Qərarsız qaldığımız məsələlərdə isə VP:BM-ə müraciət edə bilərik. Mən həqiqətən təəssüf edirəm ki, bu qədər müzakirəyə, danışığımıza baxmayaraq siz özfəaliyyətdən imtina etmirsiniz. Turkmenmüzakirə07:49, 14 yanvar 2025 (UTC)Cavabla
@Turkmen, elə məsələn, burdakı səsvermələrdən hansında başladıldığı gün əsas götürülüb? Elə əvvəlki tarixlərə də baxın. Bu, məntiqsizdir. Məntiqlə mən bu həftə seriala baxıramsa, gələn həftəki seriya 7 gün sonra olacaq, bu günü saymıram, sayanda olacaq artıq 8 gün. Qayda səsvermələrində də bu belədir (elə öz keçən il açdığınız qaydalara əlavə ilə bağlı başlıqlara baxın: buradan; orada bəzi səsvermələri müddət 7/15/25 gün olmasına rəğmən, 14 gün etmisiniz, günün özü sayılmır). 15 gün necə olur? Tutaq ki, mən bu ayın 1-i səsvermə açmışam saat səhər 10-da, bu 15 gün period da sona çatmalıdır 16 yanvar 2025-ci il saat səhər 10-da (tam dəqiq 15 gün edir, 360 saat). Özfəaliyyətlik bir şey yoxdur burda, təəssüf ki, hər dəfə əlaqəsi oldu-olmadı bu mövzunu açırsınız. Dəqiqləşdiriləsi nəsə olanda onsuz da başlıq açıram (nümunə), mən hər bir düzəlişin izahını verirəm. @Toghrul R, @White Demon, siz necə deyirsiniz? Hörmətlə, Qədir (müzakirə) 10:10, 14 yanvar 2025 (UTC)Cavabla
@Axillas, burada mübəliğəli məzmun yolverilməzdir. Mən bu gün baxıb mənbələrlə həmin məlumatlara düzəliş edəcəm, çalışım. Sizdə mənbə varsa, göndərin mənə, lütfən, əlavə edim. Hörmətlə, Qədir (müzakirə) 08:15, 14 yanvar 2025 (UTC)Cavabla
Adama MN yi daxili əmirlə Mayor hərbi rütbəsi verib, aktiv hərbiçidi əlbətdə zaman keçdikcə rütbəsi artacaq. Belə rütbə artmaları internet resuslarında paylaşılmır Axillas (müzakirə) 12:36, 14 yanvar 2025 (UTC)Cavabla
Salam. Gadir bəy. Mənim şəxsən bərpa etdiyim şəkildən istifadə olunur. Mən də bundan narazıyam. Həmin şəklin yerinə başqa şəkil də istifadə oluna bilər. Şəklin bərpasını mən etdiyimdən o şəklin silinməyini istəyirəm. Mümkündür mü? Medineli92 (müzakirə) 11:05, 14 yanvar 2025 (UTC)Cavabla
Çünki o şəkil mənə məxsus deyil. Mən o şəkli şəxsi arxivdən alıb, photoshop ilə bərpa etmişdim. O şəkil şəxsi arxivdən olduğu üçün sahibi istəmir istifadəsini. O şəkil yerinə internet resurslarındakı başqa şəkillər istifadə oluna bilər. Medineli92 (müzakirə) 11:41, 14 yanvar 2025 (UTC)Cavabla
Buradakı şəkil şəxsi arxivdəndi və o rakursdan çəkilmiş forması heç yerdə olmadığı üçün sahibi silinməsini istəyir. O şəkil yerinə o səhifədəki əvvəlki şəkil istif. oluna bilər. Əlavə olaraq o şəkil mənim vikipediyaya şəkil yüklədiyim bölmədə də mövcuddur. Onu oradan necə silə bilərəm? Medineli92 (müzakirə) 12:38, 14 yanvar 2025 (UTC)Cavabla
@Medineli92, təəssüflə bildirməliyəm ki, silinməyəcək. Yüklədiyiniz 1 həftə ərzində sildirə bilərdiz, amma artıq çox keçib üzərindən. Şəxsi arxiviniz belə olsa, bu faylın müəlliflik hüquqlarının sizə aid olduğunu göstərmir, fayl ictimai mülkiyyətdədir, çünki MH qanunlarına görə, onu yaradanın ölümündən 70 ildən çox vaxt keçib. Hörmətlə, Qədir (müzakirə) 16:34, 14 yanvar 2025 (UTC)Cavabla
Şəxsi arvix mənim deyil. Mən tərəfdən zatən bir problrm yoxdur. Şəklin sahibi istəyirdi silinməyin.
Birdə "İmam Məhəmməd" səhifəsinin adını dəyişib, "İmam Məhəmməd əş-Şeybani" edə bilərsiz? Əbu Yusif səhifəsində də "tək mənbəyə əsaslanır" xəbərdarlığı var, mən ora başqa mənbələr əlavə etmişəm. O xəbərdarlığı da silsəniz yaxşı olar. Narahat elədim. Xudafiz. Medineli92 (müzakirə) 16:41, 14 yanvar 2025 (UTC)Cavabla
@Medineli92, "şəklin sahibi" deyə bir şey yoxdur, o şəkil ictimai mülkiyyətdədir, heç kimin malı deyil, ona görə də fərqi yoxdur, silinməyəcək. Addəyişmələr üçün Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. Müvafiq bildiriş şablonlarını məqalələrdəki problemləri aradan qaldırdıqdan sonra özünüz də çıxara bilərsiniz, çəkinməyin. Hörmətlə, Qədir (müzakirə) 16:52, 14 yanvar 2025 (UTC)Cavabla
Salam. Özünüz əsaslandıraraq müvafiq düzəlişləri sözügedən məqalələrdə apara bilərsiniz. İşləməyən keçidlərin isə, əgər müvafiq keçidlərdirsə, qalması məsləhətdir, çünki gələcəkdə nə vaxtsa bərpa oluna bilər və ya həmin keçidlərin arxivləşdirilmiş formalarını əlavə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 09:39, 19 yanvar 2025 (UTC)Cavabla
Xəbər saytlarının linkləridir. Orada paylaşılan məlumatlar isə dövlət arxivləri və müəlliflərin yazdıqları kitablarla uyğun gəlmir. Bir dəfə elədim. Təhdid olundum. Elədiyim dəyişikliyi də sildilər. Medineli92 (müzakirə) 19:08, 20 yanvar 2025 (UTC)Cavabla
Mövzudan xəbərsizəm. Zəhmət olmasa, ətraflı qeyd edin, nəyə görə, kim tərəfindən necə təhdid olunmusunuz? Mənbələrdə səhvlik problemi isə, Vikipediyanın müdaxilə imkanları daxilində olan məsələ deyil, həmin mənbəni yazanlara bildirməlisiniz bunu. Vikipediya diqqətəlayiq hər detalı mənbələri də qeyd etməklə olduğu kimi bildirməklə mükəlləfdir. Hörmətlə, Qədir (müzakirə) 20:14, 21 yanvar 2025 (UTC)Cavabla
Hələ də əsas sualıma cavab verməmisiniz. Təhdid edilmisinizsə, lütfən, göstərin, bu, ciddi məsələdir, qeyd edin baxaq. Digər məsələdə isə vəziyyətə baxır, məqalələrin müzakirə səhifəsində əlaqəli şəxslərlə danışmaq və məsələnin həlli yoluna getmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:38, 22 yanvar 2025 (UTC)Cavabla
Salam. Kənar və ya şəxsi istəklərlə məqalə silinmir deyə bilirəm. Sadəcə ensiklopedik olmadığı üçün silinə bilər. Siz yenə də əsaslandıraraq Vikipediya:Silinməyə namizəd səhifələrə müraciət edə bilərsiniz. Amma əvvəlcədən qeyd edim ki, şəxs ensiklopedikdirsə, vikicəmiyyətin qərarına əsasən məqalə qalacaq. Hörmətlə, Qədir (müzakirə) 21:30, 22 yanvar 2025 (UTC)Cavabla
Məncə, Ü7 kriteriyasının tətbiqi burada mübahisəlidir. Məqalə ensiklopedikdirsə, şəxsi istəklərlə silinmir. Dediyim kimi, ən yaxşısı SNS etməkdir. Hörmətlə, Qədir (müzakirə) 21:39, 22 yanvar 2025 (UTC)Cavabla
Salam , son müzakirə səhifəmə siz yazdığınız üçün sizə müraciət edirəm. Qəhrəmanmaraş məqaləsini Azərbaycan dilinə uyğunlaşdırıb istinadları uğurla əlavə edirdim amma bu Mətbəx adlı bölümdə ilişib qaldım, baş açmadım. Köməyiniz lazımdır, ya da aydınlıq gətirəsiz özüm edim. PinkEmaa (müzakirə) 11:20, 25 yanvar 2025 (UTC)Cavabla
Cavab elədirsə, qeyd edim, həmin bölməni özünüz yazaraq, ya da oradakı məlumatları yararlı mənbələri də istinad kimi əvəzləyərək düzəliş verə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 15:16, 25 yanvar 2025 (UTC)Cavabla
Salam. Bunu mətnini mən köçürüm, tarixçələrini də siz birləşdirə bilərsiz? P.S. Birləşdirmə/köçürmə yönündə yekunlaşdırma edəndə ya iddiaçıya məlumat verin, ya da özünüz icra edin. samralmüzakirə19:36, 26 yanvar 2025 (UTC)Cavabla
Salam, yenə narahat etdiyim üçün üzürlü sayın. Amma mən Vikidata saytında heç bir redaktə etmədiyim halda mənə həmin bölmədən ilk redaktə etməyim barədə məktub gəldi, heç nə anlamadım. Zəhmət olmasa izah edə bilərsiz? Q..... rəqəmlər nə deməkdir? PinkEmaa (müzakirə) 14:32, 28 yanvar 2025 (UTC)Cavabla
Salam. Vikidatada ilk redaktənizi etmisiz. İman məqaləsini intervikiyə birləşdirmisiz. Hər səhifənin vikidatada öz Q.... kodu olur. Təkrarlanmır. Məsələn Q1 Kainat məqaləsidi. Q666 666 məqaləsidi, belə-belə gedir. Nizamlamalarda qadcetlər bölməsində Vikidata ilə bağlı bölmə də var. Vikidatada olan məlumatlar bütün vikilərdə əsasən şablonlar içində istifadə olunur. {{DVTY}} şablonu tarixləri ordan götürür. Başqa şablonlarda əgər lokalda parametr qeyd olunmayıbsa (Məsələn: "Adı = Şəkərbura" tipli) yenə də parametrlər vikidatadan idxal olunur. — Bikar müzakirə14:42, 28 yanvar 2025 (UTC)Cavabla
Salam. Etdiyiniz əlavəni gördüm və təsdiqlədim. Dəyişikliklər birbaşa yayımlandığı üçün onun təsdiqi üçün müraciət etməyinizə ehtiyac yoxdur. Təşəkkürlər, başqa sualınız olduqda yaza bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 22:57, 30 yanvar 2025 (UTC)Cavabla
Şəkil əlavə etmək üçün gərək həmin faylın müəllifi siz olasız, ya da şəxsin özündən aldığınız foto varsa, bu səhifə vasitəsilə əlaqə saxlayaraq faylı Commonsa yükləyə bilərsiniz. Ya da fayl azad lisenziya altında yayımlanmış olmalıdır. Daha sonra məqaləyə əlavə edə bilərsiniz. Görürəm ki, artıq fayl yükləmisiniz, amma həmin faylı deyəsən internetdən götürmüsünüz, bu səbəblə də böyük ehtimalla müəlliflik hüquqları pozuntusuna görə silinəcək. Fayl əlavə etmək istəyirsinizsə, yuxarıda dediyim qaydada hərəkət edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 08:59, 4 fevral 2025 (UTC)Cavabla
Salam. Mən bu səhifəni işlədim. Mətanət A ilə bağlı heç bir maraq toqquşmam yoxdur. Əvvəlki redaktələrimə də baxsaz fəaliyyətim sadəcə iqtisadiyyatla bağlı olduğunu görərsiz. Artıq bir həftədir ki, səhifənin Qaralaması ilə bağlı köməyinizin lazım olduğunu bildirmişəm. Plz səhifəni bitirə bilməm üçün yardımçı olun. Səhifə hazırda Qaralamadadır. Economist 007 (müzakirə) 09:58, 5 fevral 2025 (UTC)Cavabla
Salam. Sizin təsadüfən Elşad İman adlı şəxslə əlaqəniz yoxdur ki? Bu sizin ilk hesabınızdır? Bundan əlavə redaktələr etmisinizmi, yaxud əlavə hesablarınız var/olub? Bu suallara cavab verin, zəhmət olmasa. Hörmətlə, Qədir (müzakirə) 03:54, 6 fevral 2025 (UTC)Cavabla
Həmçinin iddia edirsiniz ki, maraq toqquşmanız yoxdur, amma ilk redaktəniz bu mövzuda geniş həcmdə məqalə yaratmaq olub. Bunu neçə açıqlayarsız? Hörmətlə, Qədir (müzakirə) 03:57, 6 fevral 2025 (UTC)Cavabla
Bəli, maraq toqquşmam yoxdur. Mətanət A şirkəti ilə heç bir əlaqəm yoxdur.
Məqalənin daxilində Mətanət A şirkətinə qarşı qaldırılın iddiaları da əlavə etmişik.
Eyni zamanda, əgər məqalə düzgün və səliqəli yaradılıbsa, niyə təsdiq olunmur? Şirkətin Vikipediya ilə hər hansı problemi var?
İlk deyil, ilk redaktələrdən biridir Mətanət A şirkəti.
BU mənə və mənim komandama tapşırılmış görəvdir. İqtisadi yazıları, şirkət və tərminlər genişləndirmək. Azərbaycan Vİkipediyasında şirkətlərlə bağlı boşluqlar var və ya məlumatlarda (hesabatlarda) yanlışlıq. Bizim görəvimiz iqtisadi baxımdan məqalələri genişləndirmək və yaratmaqdır.
Vikipediyanın problemi yoxdur. Xeyr, elə məhz ilk redaktənizdir. Belə hazır bir məzmunu əlavə etməyiniz onu göstərir ki, siz bu mövzuda maraqlısınız və bu məqaləni yaratmağınız da təsadüfi deyil (üstəgəl, bunun sizin ilk redaktəniz olduğunu və ilk hesabınızın bu olduğunu qeyd etməyiniz də nəzərə alınaraq). Və qeyd edilən şəxsi də tanımadığınızı deməyiniz də inandırıcı deyil. Nə təsadüfdürsə, yaratdığınız məzmun da məqalənin əvvəlcədən silinmiş məzmunu ilə birəbir eynidir, 1 ay sonra yaratmısınız. Zəhmət olmasa, əlaqəniz olduğu hesabları və şəxsləri bura qeyd edərdiniz. Hörmətlə, Qədir (müzakirə) 13:37, 6 fevral 2025 (UTC)Cavabla
Qeyd etdiyim kimi, Vikipediyanın heyəti və Mətanət A şirkəti ilə heç bir əlaqəm yoxdur. Mətnlərin eyni olması normaldır, çünki məlumatlar saytlardan əldə olunub.
Zəhmət olmasa, hazırlanmış səhifənin Vikipediyada niyə təsdiq olunmadığını bildirəsiniz? Bu nüanslar bizim üçün önəmlidir. Çünki məlumat Vikipediyada olan digər şirkət məlumatları ilə eyni konseptdə hazırlanıb.
Bu problem tək Mətanət A-da deyil, digər şirkətlərdə də var. Ay ərzində digər şirkətlərin səhifələrinə də keçid ediləcək. Mümkün qədər genişləndirilməsinə yardımçı olunacaq.
Hesabımla bağlı yaranmış vəziyyətə görə olduqca məyusam. Səbəb olduğum narahatlıqdan və operativ addımınızdan sonra bu soyuq havada düşünürəm ki, isti kofe tam yerinə düşər. Ümid edirəm mənim kimi kofe sevən yerinə çayxor biri deyilsiniz:) Sura Shukurlu (müzakirə) 23:17, 8 fevral 2025 (UTC)Cavabla
@Gadir Salam aleyküm mən TALIŞOV, mən bildiyim qədərilə pis niyyətli kukla fəaliyyəti Vikipediyada qadağandır, lakin xoşniyyətli fəaliyyət isə yox. Mənim blokladığınız sonuncu səhifələrimə baxsanız, orda heç bir pis niyyət və neytrallığı pozan ifadə görə bilmərsiniz. Mən sizə əvvəldə demişdim, əvvələr TALIŞOV bloklanmadığı dövrdə redaktələr edəndə redaktə izahı hissəsinə neytrallığı pozacaq sözlər yazırdım, amma sonradan belə şeylərin başını atdım. İnanmırsınızsa, Ağ Şeytan səhifəsindəki redaktələrimə baxa bilərsən. Mən əvvəlki kimi deyiləm, gəlin düşmən olmayaq, nə siz burdan pul alırsiniz, nə də mən, ona görə də əgər sizə zəhmət deyilsə TALIŞOV səhifəsini açın. Bəlkə də mənə güvənmirsiniz, amma son bir şans verin. Onsuzda istənilən zaman inzibatçı olduğunuza görə məni bloklaya bilərsiniz. Öncədən təşəkkürlər. Son bir şans... 188.64.9.2019:04, 9 fevral 2025 (UTC)Cavabla
@Gadir, həmin səhifəni oxudum, orda cari bloklanan şəxslərə uyğun olmadığı deyilir. İndi mən nə etməliyəm? Əgər bir müddət gözləməliyəmsə, konkret bir tarixə qədər deyə bilərsinizmi? 188.64.9.2020:14, 9 fevral 2025 (UTC)Cavabla
Siz əsl hesabınızı bura qeyd edə bilərsiz zəhmət olmasa? TALIŞOV istifadəçi hesabınızın e-poçt göndərmə funksiyası açıqdır, daxil olaraq mənə e-poçt da göndərə bilərsiniz, əsl istifadəçi adınızı və əlavə detalları da, varsa, oradan da açıqlaya bilərsiniz. Bundan sonra sizin fəaliyyətinizlə bağlı nəsə düşünmək olar. İndiyə kimi nə icma, nə də inzibatçılar töhfə verməyə çalışan istifadəçilərə mane olub. Hörmətlə, Qədir (müzakirə) 19:09, 11 fevral 2025 (UTC)Cavabla
Cənab Mudur bay salam və hörmət
Bu məqalə Bəhmən Məhəmməd Baxşın, Təbriz Universitetində Professor va Ərdəbildə anadan olan Cənubi Azərbaycanın sosioloqu üçün dur.
Orijinal məqalə (تورکجه)Vikipediyadadır və bu tərcümə idi.
hamde Missisipi Universitetindəki nəzəriyyəsi ən yüksək məqalə seçilmiş Və özü Türk dilinin ən görkəmli professorudur.
Cənubi və Şimali Azərbaycanin bir xalqı olduğunu Və Birləşmayin düşünürlər.
Çünki İran və Farslar bizimlə düşmənlərdir, məqalələrinə icazə vermirlər.Xahiş edirəm onu və onun vacib nəzəriyyəsini Azərbaycan soydaşlarimiza tanıtmaq üçün Bu məqaləni dərc etməyə icazə verin'.
Biz bir millət və bir dil və bir tarix və bir kimlik və bir ölkəik.
Bizim məqsədimiz Azərbaycan millətinə ləyaqət və hörmət dir.Xahiş edirəm bu məqaləni dərc etməyə kömək edin ki, Azərbaycan xalqı bu xoş xəbərdən Xoşnud olalar.Doğru və möhtəşəm olan çox vacib bir nəzəriyyədir Tezliklə Azərbaycan möhtəşəm olacaq:
Salam hörmətli Gadir! Hazırda davam edən təftişçi seçkilərinə kifayət qədər istifadəçi qatılmayıb. Səsvermələrin yekunlaşdırılması və nəticə üçün Azərbaycanca Vikipediya icmasının üzvlərinin səslərinə ehtiyac var (lehinə, əleyhinə, bitərəf).
Davam edən seçkidə 4 namizəd var (Turkmen, Nemoralis, Gadir, Sura Shukurlu). Bu keçiddən daxil olaraq səs verə bilərsiniz!
Xoş gördük bunun cavabını bilmədiyim üçün sizdən soruşuram.
Ceyms Anderson (mason) - Burada mason sözü seçilmək üçün əlavə edilən söz olduğuna görə və xüsusi söz olduğu üçün böyük hərflə yazılmır? Redivy (müzakirə) 11:19, 5 mart 2025 (UTC)Cavabla
Kiçik olmalıdır, çünki burada şəxsin peşəsi kimi qeyd olunub. Envikidə böyüklə verilməsinin səbəbi təşkilatın adı ilə bağlıdır. Hörmətlə, Qədir (müzakirə) 11:54, 5 mart 2025 (UTC)Cavabla
Y Bərpa edildi. Digər məsələyə gəlincə, şəxs əsasən mason kimi tanındığı üçün çox güman ki elə yazılıb, intervikilərdən də görünür, hətta çoxusunda kiçiklə yazılıb, dediyim kimi, böyüklə yazılan yerlərdə (deviki və enviki) təşkilat adını təmsil etdiyi üçündür, peşə dedikdə elə fəaliyyəti nəzərdə tuturam, masonluq özü bir məşğuliyyətdir, tam peşə deyil, bəli. Məqalə dəqiqləşdirməsiz də adlandırıla bilər, hazırda çünki eyniadlı başqa məqalə yoxdur, dəqiqləşdirmə həmin hallar üçündür. Sadəcə addəyişikliyi barədə açıqlama verdim. Hörmətlə, Qədir (müzakirə) 16:46, 5 mart 2025 (UTC)Cavabla
Salam. Mən bu səhifə ilə bağlı bir dəfə də müraciət etmişdim. İndi yenə yazıram. Xahiş edirəm ki, bu səhifəyə baxış edəsiniz çoxlu ziddiyyətli fikirlər var. Oxucu da çaşqınlıq yarada bilər bu fikirlər. Qaçaq MayılMedineli92 (müzakirə) 06:25, 6 mart 2025 (UTC)Cavabla
Əvvəla, Qədir bəy, mən heç bir məqaləni mənbəsiz redaktə etməmişəm. Özüm də ali savadlı, bir neçə dil bilən adamam. Hal-hazırda da kitab üzərində çalışıram. Bir çox mənbələrə müraciət etmişəm. Bu mövzu haqqında kitab qələmə almış şəxslərlə danışmışam. O səhifədə yazılanların heç biri doğru deyil. Dövlət arxivlərində o şəxs haqqında cəmi bir-iki cümlə söz var vəssalam. O məqalədəki yazıların hamısı yalan, məntiqsiz və ziddiyyətli yazılardır. Misal üçün yazılıb ki, 7 övladı olub. Övladlarının adları verilib. Verilmiş adların içində İbrahim yoxdur, amma İbrahim haqqında yazı da deyilir ki, AXC Ordusunub əsgəri olub, həm də Mir Cəfər Bağırovla 14-18-ci illərdə St-Pereburqda hərbi məktəbdə oxuyub. Həqiqətdə isə M. Bağırov həmin vaxtlarda Quba kəndlərində müəllim işləyib. Mən bunu necə redaktə edim? İnsan çaşıb qalır ki, necə redaktə edəsən?! Səhv yerləri siləcəm yenidən geriyə qaytaracaqlar. Medineli92 (müzakirə) 10:41, 6 mart 2025 (UTC)Cavabla
Mən sizin biliyinizə şübhə etmirəm, dediyim kimi, müvafiq düzəlişləri apara bilərsiniz. Kənar müdaxilə olacağı təqdirdə mənə bildirə bilərsiniz. Hal-hazırda mövzunu araşdırmaq üçün vəziyyətim uyğun deyil. Hörmətlə, Qədir (müzakirə) 11:07, 6 mart 2025 (UTC)Cavabla
Məhəmməd Mirzəli haqqında Azərbaycan dilində axtarış aparan şəxslər onunla bağlı ətraflı məlumat əldə edə bilmir. Vaxtınız olsa, bu mövzuda bir yazı dərc etməyiniz yaxşı olardı. Fransız dilində yazı mövcutdur. Bu imzasız yazı 14:50, 13 mart 2025 (UTC) tarixində bir IP ünvanı tərəfindən əlavə olunub.
Salam. Görünür, təcrübəsizliyim səhvə yol verməyimə səbəb olub. Bildirdiyiniz üçün təşəkkürlər, daha diqqətli olmağa çalışaram. Hörmətlə, Qədir (müzakirə) 12:51, 15 mart 2025 (UTC)Cavabla
Yaratmış olduğunuz Qonaq evi səhifəsi sürətli silmə kriteriyalarına əsasən silinməyə namizəd göstərilib. Silinmə üçün qeyd edilən səbəb və kriteriyalar: Inn ayrı anlayışdır: https://en.wikipedia.org/wiki/Inn. Səhifənin silinməsinə etiraz edirsinizsə, bunu məqalənin müzakirə səhifəsində açıq şəkildə ifadə edə bilərsiniz. Əgər səhvə yol verdiyimi düşünürsünüzsə ya da mənə hansısa sualınız varsa, müzakirə səhifəm vasitəsilə mənə mesaj yaza bilərsiniz. samralmüzakirə16:56, 24 mart 2025 (UTC)Cavabla
@Gadir, dilimizin kasadlığıdır. “Guest house” qonaq evidir düzdür. “Inn” əslində karvansara və ya həm də mehmanxanadır. Di gəl ki, əksər vikilərdə “karvansara” orta əsr müsəlman memarlığı kimi ayrı anlayış kimi götütülüb. Həmçinin sovet dövründə də və müstəqilliyin ilk illərində də otel anlayışı bizim dildə mehmanxana adlanıb deyə belə qarışıqlıq yaranır. Bir digər qarışıq məqam odur ki, “mehmanxana” sözü özü fars dilindən tərcümədə “qonaq evi” deməkdir. Bütün məqamları nəzərə alanda “qəribi ağlamaq tutur”. ))) samralmüzakirə17:12, 24 mart 2025 (UTC)Cavabla
Müzakirə səhifənizdə məlumat verilib. Lütfən, digər məqalələrə baxaraq məqaləni uyğunlaşdırın, daha sonra yayımlana bilər. Varsa, məqalənin intervikisini də əlavə edərsiniz. Yeni məqalələrinizdə məzmunu məqalə kimi dərc etməzdən əvvəl qaralama səhifənizdə işləyib tamamlaya bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 18:24, 26 mart 2025 (UTC)Cavabla
Salam, Laçın rayonu birinci katiblərinin adları hamısı qeyd olunmayıb boşluqlar var, araşdırma sənəd əsasında Xanbaba Bayramov Cəfər oğlunun adını qeyd etmişdim, bilmək istərdim hansı məlumat da əlavə olunmalıdır silinməsin. 213.172.95.9006:13, 27 mart 2025 (UTC)Cavabla
Salam. Təxminən 10 il əvvəl "Palenke" adlı məqalə olub və silinib (mən yaratmamışam). Mən bu məqaləni yenidən yaratmaq istəyirəm. Məqaləni silən yoldaşın səhifəsinə baxdım. Ona ünvanlanmış sualların cavabsız qaldığını görüncə sizə yazmağa qərar verdim. Bu məqalənin əvvəl niyə silindiyini necə aydınlaşdıra bilərəm? Hansı çatışmayan cəhət olub ki, bu məqalə silinib? Yaradaram birdən yenə silinər deyə bilmək istəyirəm. Bir çox dildə bu məqalə mövcuddur. Yenidən yaratmaq istəyirəm ki, bizim dildə də olsun. Hörmətlə Medineli92 (müzakirə) 10:33, 3 aprel 2025 (UTC)Cavabla
Salam. Məzmunsuz olduğu üçün silinib. Nə səbəblə silinirsə də, əgər ensiklopedik mövzudursa, hər bir halda qaydalara uyğun şəkildə təkrar yaradılmasında heç bir problem yoxdur. Hörmətlə, Qədir (müzakirə) 11:29, 3 aprel 2025 (UTC)Cavabla
Salam. Bərpa edirəm, amma siz mənə zəhmət olmasa öz hesabınızla müraciət edin. Siz eyni IP ünvanını paylaşa bilərsiniz, eyni hesabı yox. Bir hesab bir şəxsə aid ola bilər sadəcə. Hörmətlə, Qədir (müzakirə) 12:14, 8 aprel 2025 (UTC)Cavabla
Belə bir bildiriş daxil oldu. Lawyer.F(müzakirə) tərəfindən edilmiş xoşniyyətli redaktələr geri qaytarıldı: Bu şablonda belə bir parametr yoxdur. Diqqətinizə çatdırılır ki, genral rütbəsi Azərbaycan Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulan ali Dövlət rütbəsidir və Dövlət başçısı tərəfindən verilir. Xahiş olunur ki, general rütbəsi almış şəxslərin məqalələrinə tətbiq olunan parametr rütbəni nəzərdə tutumursa, şablonu rütbəyə uyğunlaşdırılmasında köməklik göstərəsiniz Lawyer.F (müzakirə) 05:11, 26 may 2025 (UTC)Cavabla
We want to announce the tenth CEE Catch Up session, which will be dedicated to the Temporary accounts, as this important change is going to affect every Wikipedia soon, so it is important for patrollers and functionaries like you to understand this change. On wikis where temporary accounts are enabled, IP addresses of unregistered editors are not visible publicly. Only those who fight spam, vandalism, harassment and disinformation have access to IP addresses there.
The session will take place on 10th of June 2025, 18:00-19:00 CEST (check your local time).
Salam. Bu məqalədə yuxarıdakı başlıqdan vardır. Bu başlıqla nə etmək lazımdır? "İrsi və mirası" başlığı yaradıb, lazımi məlumatları əlavə etdim, lakin bu iki başlığı əlaqələndirə bilmədim. Nəzərinizə çatdırım ki, bu tip başlıqlar bir neçə məqalədə də var. Medineli92 (müzakirə) 18:13, 5 iyun 2025 (UTC)Cavabla
Salam, bəy. Əsərləri irsi və mirası kimi vermək olar, amma inanmıram ki, kəlamları Vikipediyada vermək uyğun olsun. Onları digər Vikimieda layihəsində — Vikisitatda vermək olar. Hörmətlə, Qədir (müzakirə) 13:44, 6 iyun 2025 (UTC)Cavabla
Təşəkkür edirəm. Bir ara məşğul olaram, çünki redaktə etməli məqalələr çoxdur. Xüsusən İslamla bağlə məqalələr biabırçılıqdır: Məqalənin adı səhv, dil şablonu səhv, məlumatlar səhv, mənbə yox. Misal: Zeyd ibn Ərkam. Şəxsin adı Zeyd ibn Ərqamdı. Ərəbcə dil şablonunda adı "Bişr ibn Bəra" yazılıb. Məlumatlarda qalxıb getdiyini yazıblar ki, bu şəxs kor olub. Xahiş edirəm ki, @Gadir bəy, @Araz Yaquboglu bəy bu məsələyə bir əncam çəkəsiniz: Ərəbcə bilməyənlər və ya bu sahədə bilmiyi olmayanlar məqalə yaratmasınlar. Az. dilində olmayan məqalə yazmaq əvəzinə düşürəm bu səhv məqalələri redaktə etməyə, əsas işlər qalır yarımçıq. Hörmətlə Medineli92 (müzakirə) 17:27, 11 iyun 2025 (UTC)Cavabla
Aktivlikdən yaranan problemlərdir. O dediyinizi isə birbaşa tətbiq edə bilmərik, çünki ensiklopediyanın əsas prinsiplərinə ziddir. Ancaq həmin fəaliyyətlərlə məşğul olan istifadəçiləri aşkarlayıb xəbərdarlıqlar etmək olar. Hörmətlə, Qədir (müzakirə) 17:44, 11 iyun 2025 (UTC)Cavabla
Salam mən İstifadəçi:ReiKaze adlı istifadəçiyəm siz mənim adımı dəyişdiniz ondan sonra mən öz səhifəmə daxilə ola bilmirəm hər daxil olmasa Hazırda hesabınızın adı dəyişdirilir və ya birləşdirilir. Statusa baxın. bu formada yazılır zəhmət olmasa tez bir zamanda köməklik göstərin daxil ola bilmirəm. Bu imzasız yazı 06:56, 10 iyun 2025 (UTC) tarixində bir IP ünvanı tərəfindən əlavə olunub.
Fədək və Fədəkiyyə xütbəsində ciddi problemlər var. Tək tərəfli, etibarlı olmayan mənbələrdən istifadə edilərək yazılıblar. Xahiş edirəm ki, aidiyyatı xəbərdarlıqları əlavə edəsiniz. Həmçinin Fədək məqaləsində şiə olmayanlar əhli-xilaf adlandırılıb ki, bu da təhqirdir. Ümumiyyətlə şiəliklə bağlı məqalələrdə belə problemlər çoxdur. Yuxarda bəhs etdiyim məqalələrə lazımi xəbərdarlıqları əlavə edin ki, mən də redaktə edə bilim. Rauf adlı istifadəçi də məqalələri öz başıx bucağına uyğun redaktə edir. Tamamlanmış redaktələri silib, özü istədiyi tərzdə, öz baxış bucağını təbliğ və təsdiq edəcək şəkildə redaktə edir. Vikishia adlı saytın farsca bölməsindəki məlumatları bura köçürür. Səhifəsinə baxdım, edilən xəbərdarlıqlara məhəl qoymadığını gördüm.
Diqqətinizə. Hörmətlə Medineli92 (müzakirə) 16:25, 12 iyun 2025 (UTC)Cavabla
Salam, @Medineli92, gec cavab üçün üzrlü sayın. Belə hallarda özünüz xeyli təcrübəlisiniz, uyğunsuz məzmunu silə bilərsiniz, yaxud müvafiq bildiriş şablonlarını əlavə edə bilərsiniz. İstifadəçinin fəaliyyətindən bura redaktə keçidləri və izahlar ata bilərsiniz? Vaxt edib baxacam. Özünüz də xəbərdarlıq etməyə çəkinməyin. Hörmətlə, Qədir (müzakirə) 16:03, 17 iyun 2025 (UTC)Cavabla
Salam Qədir bəy. Əvvələ icazənizlə bildirim ki, Fədək məqaləsini redaktə etdim, nalayiq ifadələri sildim, istinadları səliqəyə salıb, qaydalara uyğun şəkildə redaktə etdim. Həmin şəxsin səhifəsinə "Vacib" başlığı altında lazımi məlumatları qeyd etdim.
Azərbaycan Karate Federasiyası olaraq Sizə bir daha müraciət edirik. Federasiyamızın üzvlərindən biri, Azərbaycan karate idmanının inkişafında böyük əməyi olan Vüsal Abdullazadə yaradılmış Vikipediya səhifəsinin təsdiqi üçün zəruri məlumat və mənbələri artıq təqdim etmişik. Qeyd etmək istərdik ki, Vüsal Abdullazadə karate idmanının ölkəmizdə və beynəlxalq arenada tanıdılması və inkişaf etdirilməsi sahəsində uzun illərdir fəal şəkildə çalışır, idman ictimaiyyətində kifayət qədər tanınır və nüfuz sahibidir,eyni zamanda Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisidir. Bu səbəbdən onun haqqında Vikipediyada məlumatların yer alması həm idman ictimaiyyətinin, həm də oxucuların məlumatlanması baxımından zəruridir. Əməkdaşlığınızı və obyektiv yanaşmanızı yüksək dəyərləndirir, təqdim olunmuş məlumatların nəzərə alınaraq Vüsal Abdullazadənin səhifəsinin bərpasını və təsdiqini hörmətlə rica edirik.
Əvvəlcədən anlayışınıza və diqqətinizə görə təşəkkür edirik.
@AzSportdata, salam. Məqalə buradakı qərarla silinib. VP:ŞƏXS qaydasına nəzər yetirin və həmin müzakirədə yazılanları da nəzərə alaraq tərtib edin və VP:BNS səhifəsinə müraciət edin. Müraciət uzun çəkə bilər, amma əsaslı şəkildə redaktələr olunmasa bərpa olunma şansı azdır. Başqa edə biləcəyim bir şey varsa, buyurun. Hörmətlə, Qədir (müzakirə) 16:16, 17 iyun 2025 (UTC)Cavabla
Hesab yaradacam və elə davam edəcəm. Hazırda son dəyişiklikləri səhvən etdiyim redaktələrdən təmizləmək üçün bir az bu düzəlişlərdən edirəm. Hörmətlə, Qədir (müzakirə) 10:20, 19 iyun 2025 (UTC)Cavabla
Mütləq nəzərə alacam. Siz yazandan sonra dayandım, sadəcə indi irihəcmli rolbacklar vardı, onlar itsin deyə azca redaktə elədim. Kiçik redaktələri gizləsəz görməzsiniz əslində, hamısı kiçik kimi işarələnib. Hörmətlə, Qədir (müzakirə) 11:18, 19 iyun 2025 (UTC)Cavabla
SALAM QƏDİR BƏY SİZDƏN XAHİŞ OLUNUR NURSU KƏNDİNDƏKİ TANINMIŞ ŞƏSİYYƏTƏRİN SƏVH DAXİL OUNUR BƏZİLƏRİ SƏHV YAZIR İNDİ DÜZGÜN REDAKTƏ ETMƏK İSTƏYİRƏM AMMA OMUR YENİDƏN BƏRPA ETMƏK
Salam, zəhmət olmasa istifadəçiləri uyğun olmayan ada görə birbaşa bloklamayın. Düzdür, əvvəl mən də edirdim, doğru təcrübə deyil. Böyük layihələr belə biraz gözləyirlər. Turkmenmüzakirə09:06, 25 iyun 2025 (UTC)Cavabla
Şablonu təkmilləşdirmişdim, amblemini də əlavə etmişdim, niyə sildiyinizi öyrənə bilərəm? İndiki şablonu heç redaktə də etmək olmur, üstəlik amblemi də yoxdur, xarici vikipediyaların bu məqaləsində hər şey mövcuddur. Şövqü (müzakirə) 14:47, 26 iyun 2025 (UTC)Cavabla
@Gadir zəhmət olmasa əvvəl əlavə etdiyim şablonu qaytarın, çünki indiki məlumalar onda var, üstəlik daha çox məlumat əlavə etmişəm, şüarı belə. O boyda zəhmət çəkirəm məqaləni təkmilləşdirirəm, siz gəlib hamısını silirsiniz. Zəhmət olmasa cavab verin. Hörmətlə, Şövqü (müzakirə) 15:01, 26 iyun 2025 (UTC)Cavabla
Şövqü, spesifik şablonlar — hər məqalə və məktəb növü üçün ayrıca məlumat qutusu şablonları yaradılmır. Müvafiq olaraq mövcud olan şablonlardan istifadə edə bilərsiniz: Kateqoriya:Məlumat qutusu şablonları. Bir də, zəhmət olmasa əlavə etdiyiniz məzmuna mütləq etibarlı mənbə də göstərin. Hörmətlə, Qədir (müzakirə) 02:34, 27 iyun 2025 (UTC)Cavabla
Part of the job fighting spam is that I have to rely on the cooperation of the admin's in each language edition. If we have to use as much time fighting vandalism as the vandals use creating it, noone would bother doing the job. Please take another look at en:User:Grnrchst/David Woodard report, and decide if you'll help us stop this. Bw Orland (müzakirə) 12:04, 3 iyul 2025 (UTC)Cavabla
Hi. Its ok. You can do it anyway, English is not a problem. I think it would be right for the community to decide this. Also, I don't have the opportunity to review this right now. If you want, you can also write on the Vikipediya:İnzibatçılara müraciət page. Best, Hörmətlə, Qədir (müzakirə) 12:16, 3 iyul 2025 (UTC)Cavabla
@Gadir artıq mən redaktə müharibəsi etmiş olacaqdım ona gorə müraciət etdim. Ancaq şəxs iki fərqli İP üzərindən edirdi deyə Vandalizm kimi qiymətləndirdim - ⚜ QRAF ⚜ (✉ → ♕) 13:15, 6 iyul 2025 (UTC)Cavabla
@Qraf, vandalizm xarakterli kənar redaktələri geri qaytarmaqda limit yoxdur, amma hara kimi davam edəsən, elə ən yaxşısı bir neçə dəfə qaytarıb müraciət etməkdi. Uğurlar:) Hörmətlə, Qədir (müzakirə) 13:18, 6 iyul 2025 (UTC)Cavabla
@Yousiphh, salam. Öncə əsaslandırsaz silə bilərik. Amma de-fakto istifadə olunursa tamamilə silmək doğru deyil. Məsələn, əlimizdə hansısa şəhərlərin rəsmi/de-fakto istifadə olunan gerbləri barədə etibarlı mənbələr varmı? Hörmətlə, Qədir (müzakirə) 18:25, 6 iyul 2025 (UTC)Cavabla
@Gadir Mən bu gerbin hər hansı şəkildə nə de-fakto, nə də de-yure istifadəsini görməmişəm. Türkiyəli bir istifadəçi 2021-ci ildə Commons-a yükləyib. İndi qlobaldakı məqalələrdə düzəliş edirəm. Bu şablondakı istifadəsi qala bilərmi yoxsa silinməlidirmi bilmirəm Yousiphh (müzakirə) 18:28, 6 iyul 2025 (UTC)Cavabla
@White Demon, indi fikir verirəm, amma tarixçəyə fikir versək onu sonradan başqalarının yazdığını görmək mümkündür. Çox güman ki, buna əsaslanıb. Başqa belə mənbəsiz gerblər varsa onlar da silinməlidir. Maraqlıdır ki, istifadəçi bu gerbi nəyə görə realmış kimi məqalələrə əlavə edib və ya belə bir şeyin yanlış olduğunu bilmir? Hörmətlə, Qədir (müzakirə) 18:47, 6 iyul 2025 (UTC)Cavabla
Bu gerblərlə bağlı kənd meydanında müzakirə olmuşdu. Nəticədə sadəcə 1-2 gerb (Bakı, Yevlax və s.) saxlanılıb digərləri məqalələrdən silinmişdi. Nemoralis (müzakirə) 21:36, 6 iyul 2025 (UTC)Cavabla
Merhaba, nerede görüp çizdiğimi şu an hatırlamıyorum zira üzerinden uzun süre geçmiş. Dediğiniz gibi dosyanın kullanıldığı yerleri bilmeden güncellemiş olabilirim. Eğer yanlışsa düzeltmeleriniz için şimdiden teşekkür ederim. Saygılarımla. Kurmanbek (müzakirə) 22:09, 6 iyul 2025 (UTC)Cavabla
Salam, hər vaxtınız xeyir olsun, @Gadir bəy. Mən Kənan Əlizadə səhifəsini yaratmışdım, silindi sizin tərəfinizdən, xahiş edirəm, onu necə geri yükləmək olar, tövsiyələriniz necədi? Onu uyğun üslubda, geri yükləyə bilərsiniz? Öncədən təşəkkür edirəm, Hörmətlə. Azerbaijan youthinform (müzakirə) 15:19, 9 iyul 2025 (UTC)Cavabla
Salam.Mən Milli Məclisin deputatı Şahin Seyidzadenin köməkçisi Elman Mikayılovam.Bəzi əlavələri Şahin Seyidzadenin wikipediasına əlavə etmək istəyirəm.Xahiş edirəm mənə dəstək olasınız ~2025-16185-9 (müzakirə) 18:57, 9 iyul 2025 (UTC)Cavabla
Şahin Seyidzadənin səhifəsində şəkilin altında (Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış, VII çağırış deputatı) yazılıb onun altına Vəzifədədir sözünü və neçənci ildən vəzifədə olduğu tarixi necə əlavə edim? ~2025-16185-9 (müzakirə) 05:49, 10 iyul 2025 (UTC)Cavabla
@~2025-16185-9, dediyinizi məqaləyə əlavə etdim. Şəkil üçün icazə lazımdır, istəsəz, yol göstərərəm əlavə edə bilərik. Digər əlavə etdiyiniz məlumatlar üçün də yoxlanıla bilən mənbələr lazımdır. Medallarla bağlı istinadlar təqdim edə bilərsiz? Həmçinin 2022-ci ilə aid bu mənbədə iki övladının olduğu qeyd olunub, üç övladının olması ilə bağlı etibarlı mənbə təqdim edə bilərsiz? Başa düşürəm ki, məlumatlar düzgündür, amma Vikipediya qaydaları bunların etibarlı mənbələrlə məqalədə təqdim edilməsini tələb edir. Özüm də bir az araşdıracağam, tapsam əlavə edəcəyəm. Hörmətlə, Qədir (müzakirə) 12:04, 10 iyul 2025 (UTC)Cavabla
Salam Qədir bəy. "İcbari tibbi sığorta sistemi" vikipediya məqaləsi Sizin tərəfinizdən silinmişdir. Bilmək istərdim ki, problem nədir? Bildiyiniz kimi, bütün ölkələrin vikipediya sistemində həmin ölkəyə dair icbari tibbi sığorta sistemi mövzusunda məqalə mövcuddur. Mən həmin məqalədə əhalinin məmnunluğuna yönəlik yeni məlumatları əlavə edirəm, redaktələr edirəm. Ancaq Sizin tərəfinizdən dəstək gözləyərdim. Səhifənin bərpa olunacağına inanaraq Sizə müraciət edirəm.
Qeyd edim ki, səhifə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb. Səhifə də daimi olaraq həmin qurum nümayəndəsi tərəfindən redaktə edilir.
Sizdən müsbət cavab alacağıma ümid edirəm. İnanıram ki, əhalnin maarifləndirilməsi baxımından bu məqalənin aktuallğına Siz də bizim kimi müsbət yanaşırsınız. ~2025-19271-0 (müzakirə) 13:14, 15 iyul 2025 (UTC)Cavabla
Salam Qədir bəy. Əlavə olaraq qeyd edim ki, İcbari tibbi sığorta sistemi" məqaləsinə hər zaman LiebİTS admini ilə daxil olurdum. Həmin gün daxil ola bilmədiyimdən müvəqqəti hesabla redaktələr etdim. Cavabınız bizim üçün önəmlidir ~2025-19271-0 (müzakirə) 13:23, 15 iyul 2025 (UTC)Cavabla
burada qeyd etdiyim kimi, yığılıb-açılan elementlərlə bağlı düzəliş saytın ümumi koduna port edildiyindən navqutuların kodundakı redaktəyə ehtiyac yoxdur, qaytara bilərsiniz ^^
Wikimedia Foundation worked on evolving some of the growth features, primarily dedicated to the newcomers in our movement and communities. If you do not know, everyone can access them, activating them from Preferences (in the below of the page).
CEE Hub is contacting you (patrollers/admins) directly as we would like to bring to your attention two of these features that we think can be useful for your community: Mentorship and Community Updates.
We noticed that the majority of the CEE language editions of Wikipedia does not have active one of these features, so we are encouraging you to check whether your wiki has these features and if not to begin community discussion if you want to introduce them to your editors. If you want to check it, you need to go to the Special:CommunityConfiguration page on your wiki, where all of the growth features are listed.
If you need more support with this, please contact Growth team here.
Mən AccessBank haqqında səhifədə yeni və mənbəli məlumatların əlavə olunmasını təklif edirəm
Xahiş edirəm, sözügedən səhifədə bu əlavənin edilməsinə kömək edin və ya müvəqqəti redaktə icazəsi verin və ya hər hansısa alternativ variant olarsa müzakirə edək
Qaralama səhifədə məlumatlar yazmışdım lakin təəssüf ki öz özünə silinir ordan və paylaşa bilməmişəm. Əgər siz mühafizə olunmuş səhifəni kilidini aça bilirsizsə sizdən xahişim olardı ki, icazə verərdiz mənbəli dəyişikliklər tətbiq edim Qurbanov.Farid (müzakirə) 05:38, 21 iyul 2025 (UTC)Cavabla
Salam Qədir bəy
AccessBank haqqında olan məqalədə etdiyim redaktələrlə bağlı sizə müraciət edirəm. Əvvəlcədən qeyd edim ki, etdiyim dəyişikliklər yalnız rəsmi və etibarlı mənbələrə əsaslanırdı və məqsədim məlumatların aktuallığını və düzgünlüyünü qorumaq idi.
Lakin sonradan başa düşdüm ki, etdiyim düzəlişlər patrullar tərəfindən dəyişdirilib və mən bunu bilmədən yenidən eyni dəyişiklikləri edirdim. Bu təkrarlar nəticəsində səhifə müdafiəyə alınıb. Səhvimi anlayıram və Vikipediyanın qaydalarına hörmətlə yanaşıram.
Sizdən xahiş edirəm:
Əgər mümkündürsə, səhifənin mühafizəsini yumşaltmağı və ya ən azından təklif etdiyim dəyişikliyi sizin tərəfinizdən tətbiq etməyi nəzərdən keçirməyinizi rica edirəm.
Dəyişiklik təklifi və bütün istifadə etdiyim mənbələri təqdim etməyə hazıram. Əməkdaşlığa açığam və gələcək redaktələri əvvəlcə müzakirə səhifəsində aparmağa razıyam.
Hansı məzmun əlavə ediləcək? Qaralama səhifənizdə uyğun şəkildə hazır edib elə müraciət edə bilərsiniz. Təəssüf ki, mövzularla əlaqəli şəxslərin məqalələrdə redaktə aparması məsləhət görülmür. Məzmunu qaralamanızda hazırlayın və məqalənin müzakirə səhifəsinə bu barədə yazın. Hörmətlə, Qədir (müzakirə) 23:28, 24 iyul 2025 (UTC)Cavabla
Mən "Qaralama:Rəhilə Səfərəliyeva" məqaləsinin müəllifiyəm. Məqalədə göstərilən məlumatlar etibarlı mənbələrlə əsaslandırılıb (Prezident mükafatı, AMEA dissertasiyası, AZƏRTAC, Təhsil Nazirliyi və s.). Əhəmiyyət şablonunun artıq aktuallığını itirdiyini düşünürəm.
Məqaləyə nəzər yetirdim. İlkin mənbələrə (şəxsin işlərinə) istinad olunub və digər mənbələrdə də ya sadəcə adı keçir, ya da kitab təqdimatı ilə bağlıdır. Təəssüf ki, belə halda VP:ƏSAS meyarlarımız ödənmir. Məqalə tərtibat baxımından da ensiklopediyaya uyğun deyil, nümunə kimi seçilmiş məqalələrə baxa bilərsiniz. Bu halı ilə SSK-nın M5 punktuna əsasən məqalə sürətli silinməyə uyğundur. VP:ŞƏXS qaydasının tələb etdiyi kimi, ensiklopedikliyin sübutu üçün ikinci dərəcəli, tərəfsiz mənbələrdə şəxslə və fəaliyyətləri ilə bağlı əhəmiyyətli məlumatlar mövcud olmalıdır. Cavabım sizi qane etmədisə, digər inzibatçı və istifadəçilərin fikirlərinə müraciət edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 00:18, 25 iyul 2025 (UTC)Cavabla
Hörmətli Qədir müəllim, Mənim kifayət qədər Vikipediyada yer alan şəxsiyyətlər haqqında məlumatım var. Amma bəzən elə faktlarla qarşılaşırsan ki, onların necə yer aldığına təəccüblənirsən. Mən anlamadım, sizin mənə qarşı antisimpatiyanız haradan qaynaqlanır? Bir azərbaycanlı kimi buna təəccübləndim. Mənim kifayət qədər yaşım və iş təcrübəm var və Azərbaycan mədəniyyətinin gələcək nəsillərə çatdırılması üçün yetərincə layihələrim mövcuddur.Təkcə Azərbaycan tarixinin "Qədim dövrdən ən müasir dövrə qədər" olan ssenari müəllifi olduğum multimedia sistemləri və müəllifi olduğum "Azərbaycan muğamı" multimedia sistemi haqqında Vikipediyada məlumat olmağına haqq vermir? Mənim müəllifi olduğum, 44 günlük müharibəyə həsr olunan "Zəfər dastanı" kitabıma görə Prezident mükafatına layiq görülmüşəm. “Zəfər dastanı” kitabı rus dilinə tərcümə olunaraq, Mədəniyyət Nazirliyi tərəfindən çap edilərək bütün kitabxanalara paylanması üçün qərar verilmişdir. Bunlar da əhəmiyyətsiz faktdır? Hörmətli Qədir müəllim, Qabilin bir şeiri var: " Yaman olur günümüz, səhv düşəndə yerimiz."
Salam. Mükmün olsa baxardınız. Original məqalədə istinadlar həmişəki kimi deyildi və mətndəki refləri əlavə etdikdən sonra sonda istinad siyahısında olanlarıda əlavə etdim, və nəticədə işləyən reflər ilə bərabər xətalı reflər də görünür lakin ardıcılıq eyni olmadığına görə hansıların hansı olduğunu müəyyən edib silə bilmirəm. Belə hal daha əvvəldə olmuşdu lakin istifadəçilərdən biri düzəliş edərək göstəriş verdi onun əsasında bu attımı atsamda lakin nəsə düz getmir. Innovative120 (müzakirə) 04:42, 20 iyul 2025 (UTC)Cavabla
@Gadir Çünki original məqalədə də eynidir. Necə varsa elə də oradan götürmüşəm. Sadəcə belə hallarda bütün refləri əlavə edib sonradan hansılarkı xəta göstərir onları silmək olur demişdi başqa istifadəçi elə buna oxşar məsələdə, məndə dediyi kimi etdiyimi düşünürəm amma deyəsən nəyisə düz etmirəm) Çünki 300-ə yaxın ref var hansı hansıdı ayırd etmək olmur. Ardıcıllıqlada deyilki məsələn siyahı 20-dən sonrasını sayıb silim. Çox qarışıq olur. Nəsə yolu var? Innovative120 (müzakirə) 13:23, 21 iyul 2025 (UTC)Cavabla
İstinadların hamısını copy-paste etməyəsiz gərək, hansı məzmunu tərcümə edirsiz, onun üçün olan istinadları baxıb götürmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 15:01, 21 iyul 2025 (UTC)Cavabla
Bol məlumatlı şablonu niyə silib az məlumatlı şablonu əlavə edirsiz? Sadəcə yeni əlavə etdiyiniz imdb parametridir. Hə yaxşı, bunu da əlavə edirsinizsə digər məlumatları niyə silirsiniz? Bozqurd77 (müzakirə) 10:23, 22 iyul 2025 (UTC)Cavabla
@Khidirzada, salam. Orada sizin hüquqlarınızın alınmasının (ki, zatən alınıb) və ya bərpasının müzakirəsi getmir ki. Nəticədə hüquqlar bərpa olunsa redaktəni bərpa edə bilərsiniz, həmin şablonların silinməsi uyğundur, yanlışlıq yoxdur. Hörmətlə, Qədir (müzakirə) 23:19, 24 iyul 2025 (UTC)Cavabla
Müdaxilə etmədən öncə mənə bildərsəniz daha məqsədə uyğun olar. Yoxsa sanki, bunu gözləyirmişsiniz kimi anında müdaxiləni düzgün hesab etmirəm. O ki, qaldı müzkirəsinə bu məsələ ilə bağlı @Turkmen bəyi etiketləmişəm. Hadisənin içərisində olmayan bir inzibatçı kimi qərar verəcək. — Khidirzada (müzakirə) 23:28, 24 iyul 2025 (UTC)Cavabla
Həmin çıxarmanı səbəb göstərərək @ReiKazeedib. Doğru dəyişiklikdir. Bu, texniki müdaxilədir, istifadəçi səhifəniz olması o demək deyil ki, heç kim orada düzəliş apara bilməz. İstifadəçi səhifəniz şəxsi malınız deyil. Xülasə, hüquqlarınız bərpa olunduqdan sonra əlavə edə bilərsiniz. Belə halda adınız müvafiq kateqoriyalara düşür həm də. Hörmətlə, Qədir (müzakirə) 23:34, 24 iyul 2025 (UTC)Cavabla
25 iyul 2025 tarixində Vikipediya:Kənd meydanı/Təkliflər səhifəsində Page Curation və Məqalə Yaratma Bələdçisi (Article Wizard) ilə bağlı şəxsi təşəbbüs və inkişaf yönümlü təkliflərimi yerləşdirmişdim. Lakin redaktəm “süni intellektlə yazıldığı” ehtimalına əsaslanaraq vandalizm kimi qeyd edilib və silinib.
Sizə hörmətimlə birlikdə aşağıdakı məsələlərə diqqət yetirməyinizi xahiş edirəm:
Təklif ensiklopedik idi, qaydalara uyğun yazılmışdı və şəxsi təşəbbüs olaraq təqdim olunmuşdu.
Süni intellektlə yazılıb-yazılmadığı haqqında rəsmi qayda Azərbaycanca Vikipediyada yoxdur və bunun sübuta yetirilməsi də mümkün deyil.
Vandalizm — bilərəkdən pozucu fəaliyyət deməkdir. Mənim redaktəmin məqsədi Vikipediyanın təkmilləşdirilməsi idi.
Redaktənin silinməsi və “bloklanacaqsınız” kimi ifadələrlə müşayiət olunması icma daxilində fikir azadlığı və qarşılıqlı hörmət prinsiplərinə uyğun görünmür.
Sizdən gözləntim sadəcə olaraq redaktələrin qaydalara əsasən qiymətləndirilməsi və bu kimi hallarda daha açıq və müzakirəyə açıq yanaşmadır.
Əgər hər hansı qayda pozuntusu olubsa, bunu göstərməyinizi və ya həmin bölmədə daha uyğun formada dəyişiklik etməyimə şərait yaratmağınızı rica edirəm.
İnkişaf yönümlü fikir və təşəbbüslərin təşviq olunması ümumi layihəmiz üçün faydalı olar.
Mövcud olmayan səhifəyə yazırsız? Bu mətn belə süni intellektlə yazılıb. Belə destruktiv fəaliyyətlərə davam etsəz bloklanacaqsınız. Hörmətlə, Qədir (müzakirə) 03:41, 25 iyul 2025 (UTC)Cavabla
You are requested to enter your statement and any other material you wish to submit, so that the U4C can get a better overview of the situation. All writing should be complete, but also as concise as possible. Please ensure that you make all comments in your own section and in the discussion section only. If the U4C makes a decision, this will be binding for you and so your participation is recommended.
Please do not reply here, but on the linked case page, or on the associated talk page. If you would like to contact the U4C directly, you will find an e-mail address here. Please use the email only if privacy is necessary (e.g. personal information). Civvì (müzakirə) 07:39, 25 iyul 2025 (UTC)Cavabla
@Turkmen, salam. Botda (suppressredirect) hüququnun olub (move-categorypages) və (move) hüquqlarının olmaması çox məntiqsiz və mənasızdır. Təcrübəli istifadəçi hüququnu test məqsədli vermişdim, burada qeyd etmişəm. Bununla əlaqəli olub, səhv xatırlamıramsa: qadcetlərlə bağlı olmalıdır, aktivləşdirmişəm amma işləməyiblər, mən də bu hüququ verib sınaq etmişəm. KU qadceti niyəsə bot hesabımda işləmir (daha dəqiq desəm, görünmür). Səhv bilmirəmsə, bəzi qadcetlər üçün təcrübəli istifadəçi olmaq şərtdir (məsələn, TW). Səhifə addəyişdiricisini yuxarıdakı səbəbə görə vermişəm, həmçinin jurnalda qeyd etdiyim səbəbə görə həm də. Hörmətlə, Qədir (müzakirə) 13:23, 26 iyul 2025 (UTC)Cavabla
Salam @Gadir deyəsən siz mənim Telefonuma məxsus İP blok etmisiniz indi hesabımı mobil telefonundan çıxardım avtomatik yazdı ki sizin İP blok olunub siz blok etmisiniz onu necə çıxara bilərsiniz? — ReiKaze🌸 (müzakirə) 19:11, 26 iyul 2025 (UTC)Cavabla
Y Məsələ həll edilib. ReiKaze, bundan sonrakı danışıqları təhlükəsizliyiniz səbəbilə sildim və gizlətdim. Lütfən bu qədər detalı buradan yazmayın və ümumiyyətlə belə həssas məsələləri e-poçtla mənə bildirə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 19:59, 26 iyul 2025 (UTC)Cavabla
Nizami Gəncəvinin 880 illiyi nişanı ilə təltif məsələsi
Salam, Qədir bəy. 2021-ci ildə AR Mədəniyyət nazirliyi tərəfindən Nizami Gəncəvinin 880 illiyi nişanı ilə təltif olunmağımı təsdiq edən Dövlət vəsiqəsinin skan edilmiş surətini sizə göndərə bilərəm. Lütfən mənə el. poçtunuzun ünvanını yazın. Hörmətlə - Mahir Həmzəyev ~2025-27674-9 (müzakirə) 23:02, 26 iyul 2025 (UTC)Cavabla
Bu barədə internet məkanda daha bir neçə publikasiya yer alıb. Onlardan biri də budur: “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanının təqdimat mərasimi keçirilib
Qədir bəy, ən etibarlı mənbə o xatirə nişanının Dövlət vəsiqəsidir ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət herbi təsvir olunmuş möhürlə və AR Mədəniyyət nazirinin imzası ilə təsdiq edilib, həm də təltifatın sıra nömrəsi göstərilib. Məncə, bundan etibarlı başqa bir mənbə və əsas ola bilməz. Sözügedən xatirə nişanı ilə xeyli sayda ədəbi-mədəni xadimlər təltif olunublar. Onların böyük əksəriyyətinin adları internetdə olmaya bilər, amma bu o demək deyildir ki, onlar həmin təltifatın daşıyıcıları deyillər. Axı, bunu danılmaz surətdə təsdiq edən Dövlət vəsiqəsi var ki, mən onun skan edilmiş surətini Vikipediyanın el. poçtuna artıq göndərmişəm. ~2025-27674-9 (müzakirə) 06:54, 27 iyul 2025 (UTC)Cavabla
Azərbaycanın dövlət rəsmilərinin 1990-1993-cü illərdə Litva jurnalistləri Ritas Stasyalis, Rita Milyute, Kestutis Oginskas və Riçardas Lapaytisə verdikləri müsahibələrin tərcümələri Prezident kitabxanasının saytında, "Ədəbiyyat" həftəliyində, "525-ci qəzetdə", "Davan. az" portalında, AR Diasporla iş üzrə Dövlət komitəsinin saytında, "Литературный Азербайджан" jurnalının PDF versiyasında, habelə bir sıra digər elektron Media vasitələrində dərc olunub. Bu barədə akademik ictimaiyyət, yaradıcılıq təşkilatları, aidiyyəti olan digər təşkilatlar məlumatlıdırlar. Sizə misal qismində Prezident kitabxanasının elektron səhifəsindən götürülmüş bir linki gəndərirəm. Odur ki, təklif edirəm ki, redaktəni geri qaytarasınız.
Məzmun əlavə edəndə və ya nəyisə dəyişdirəndə mənbələri məlumatın yanında daxil olunub yoxlanıla biləcək şəkildə məqaləyə əlavə etmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 08:59, 28 iyul 2025 (UTC)Cavabla
Qədir bər, mən Litva və Azərbaycan dilllərindən 50-dən artıq müəllifin 100-ə yaxın müxtəlif əsərlərini tərcümə etmişəm. Bunların hamısının dərc olunmuş mənbələrini Vikipediyada göstərsəm, daha səhifəm uzun bir palaza dönər ki? Məsələn, siz tərcümə etdiyim Litva müəlliflərinin siyahısından yazıçı Balis Sruoganın adını sildinizş Amma bu barədə Azərbaycanın elektron mediasında və o cümlədən AR Prezident kitabxanasının portalında məlumatlar yerləşdirilib. Buyurun, linki sizə göndərirəm, tanış olun: https://www.elibrary.az/CGI/irbis64r_plus/cgiirbis_64_ft.exe
Məlumat üçün qeyd edim ki, Litvadilli Vikipediyada Azərbaycan ədəbiyyatından tərcümə etdiyim müəlliflər barədə məlumatlar da ümumi prinsiplər əsasında yerləşdirilib. ~2025-27674-9 (müzakirə) 09:14, 28 iyul 2025 (UTC)Cavabla
Göstərilənləri nəzərə alaraq, təklif edirəm ki, mənim yaradıcılığıma aid faktik bilgilərin yayımlanmasını geri qaytarasınız. Bunlar olmadan yaradıcılıq fəaliyyətim natamam görünür. Həm də bu işlər mənim 1980-ci ildən başlayaraq Azərbaycan-Litva ədəbi-mədəni və ictimai-siyasi əlaqələrinin inkişafı yolunda çəkdiyim zəhmətin bəhrələridir. ~2025-27674-9 (müzakirə) 09:23, 28 iyul 2025 (UTC)Cavabla
Mən sizi başa düşürəm, amma təəssüf ki, mənbə olmasa olmur. Vikipediya belə çalışır. İlkin mənbələr bəzən sübut üçün yetərli olur, amma sizin bu fəaliyyətləriniz heç bir mənbədə açıq-aydın qeyd olunmayıb ki? Onu təqdim etsəz və əlavə etsək məsələ qalmayacaq. Məqalədə mənbəsiz paraqraflar çoxdur, bu, problemdir. Həm də ki, özünüz haqqınızdakı və əlaqəli olduğunuz mövzulardakı məqalələri redaktə etmək tövsiyə olunmur, göründüyü kimi, problem yaradır. Hörmətlə, Qədir (müzakirə) 09:38, 28 iyul 2025 (UTC)Cavabla
Buyurun, sözügedən bilgiləri təsdiq edən 10 adda Azərbaycan və rus dillərindəki mənbələri (linki) məlumat üçün sərəncamınıza göndərirəm. Qeyd edim ki ki, Litva elektron Mediasında da bu bilgilərlə bağlı çoxsaylı publikasiyalar mövcuddur.
1. Heydər Əliyev: "Məni xalqım çağırdı..."
Heydər Əliyevin 1992-ci ilin noyabr ayında Litvada nƏşr olunan "Respublika" qəzetinə müsahibəsi
5. Qərb sivilizasiyası fəlakətinin inikası - "Tanrılar meşəsi"ndə: [2024-cü ilin iyul ayında Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı romanı Bakıda “Nurlar“ Nəşriyyat-Poliqrafiya Mərkəzində Azərbaycan dilində işıq üzü görüb] / M. Həmzəyev // 525-ci qəzet. - 2024.- 17 oktyabr. - № 190. - S. 14-15 . - [AZ-Q]
Qədir bəy, həmçinin sizi məlumatlandırmaq istərdim ki, Azərbaycan Respublikası Milli Kitabxanasının elektron kataloqunda (elektron biblioqrafik göstəricilər bazasında) mənim sözügedən yaradıcılığımla bağlı 210 adda mənbə göstərilib. Kimi maraqlandırsa, həmin səhifəmə girib əmin ola bilər. Milli Kitabxana tərəfindən sözügedən fəaliyyətimlə bağlı yaradılmış Elektron biblioqrafik göstəricilər səhifəmin yer aldığı linki sizə göndərirəm. Təklif edirəm ki, bu linki yaradıcılıq fəaliyyətim haqqımda geniş məlumatlar ehtiva edən ümumi mənbə kimi Vikipediyadakı səhifəmdə yerləşdirəsiniz və bununla da məsələ bitərdi.
narahat etdiyimə görə üzrlü sayın. Addəyişmə müraciəti səhifəsində müraciət yerləşdirməyə çalışıram amma görünmür ya da yüklənmir sanki. Anlamadım. Səhifədə görünür? Hörmətlər. Bozqurd77 (müzakirə) 22:37, 1 avqust 2025 (UTC)Cavabla
Yenə cəh elədim ama alınmadı. Müraciətdə uyğun yerləri doldurub təqdim et düyməsinə basdım və əlavə edildiyini dedi yenə də. Amma dəyişmədi heçnə. Bilmirəm nədən olar. Hörmətlər Bozqurd77 (müzakirə) 23:17, 1 avqust 2025 (UTC)Cavabla
Yəqin yeni sistemdən sonra olub, amma niyəsini bilmirəm. Köhnə vaxtlarda anonimlər belə müraciət edə bilirdi. Görəsən nədən qaynaqlanır. @Toghrul R, sizi də etikləyirəm, baxarsız bir zəhmət. Hörmətlə, Qədir (müzakirə) 00:48, 2 avqust 2025 (UTC)Cavabla
Səbəb: Adının belə dəyişdirilməsi həm standartlara daha uyğundur, həm də VP:MA qaydalarına əsasən qısa və təbii olmalıdır. Silahlı Qüvvələrin öz məqaləsində də respublika sözü yoxdur. Azərbaycancada o ad çəkilərkən respublika sözü istifadə olunmur. Bu səbəbləri əsas götürürəm, hörmətlər.
Yazdığım məlumat etibarlı akademik mənbəyə (müəllif, kitab və ya jurnal) əsaslanır və heç bir subyektiv mübaliğə daşımır. Siz həmin istinadlı fikri "mübaliğə" kimi qiymətləndirərək silmisiniz, bu isə Vikipediyanın neytrallıq və etibarlı mənbəyə əsaslanma prinsipləri ilə uzlaşmır.
Əgər konkret olaraq hansı faktın obyektivliyindən və ya mənbənin etibarlılığından şübhələnirsinizsə, zəhmət olmasa, bunu müzakirə səhifəsində əsaslandıraraq qeyd edin.
Salam. Əvvəla nəzakət qaydalarına riayət edin və əsassız ittihamlar səsləndirməyin və şəxsi hücumlar etməyin — sonradan yazıb silsəniz də bütün yazdıqlarınızın müvafiq səhifələrin tarixçəsində qaldığını unutmayın.Əlavələriniz neytral olmadığı üçün çıxarılıb. Vikipediyada özünüz və əlaqəli olduğunuz şəxslərlə bağlı məqalələri redaktə etməyi məsləhət görmürük. Səbəbi də tərəfsiz qala bilməmək və məqaləyə hər detalın əlavə olunmasıdır (oxu: VP:AVTOBİOQRAFİYA).Və digər məqalələrdəki eyni vəziyyəti səbəb kimi göstərirsiniz ki, bu da "whataboutism" (bəs o niyə belədir?) sayılır və bu, Vikipediyada arqument kimi qəbul edilmir. Hər bir halda, VP:VND və VP:KÖNÜLLÜ siyasətlərimizlə də tanış olun.Hörmətlə, Qədir (müzakirə) 08:06, 4 avqust 2025 (UTC)Cavabla
Salam, Qədir bəy.
Əvvəlcə verdiyiniz izaha və ayırdığınız vaxta görə təşəkkür edirəm. Məqalə üzərində etdiyim əlavələrin bəzilərinin neytrallıq prinsiplərinə uyğun gəlmədiyini qeyd etdiniz, bu məsələdə daha diqqətli olmağa çalışacağam.
Haqqında yazdığım şəxs mənim müəllimim olub, bunu gizlətmirəm. Ancaq məqsədim onun fəaliyyətini təriflə deyil, müstəqil və etibarlı mənbələrlə təqdim etmək idi. Redaktələrimdə şəxsi rəğbətdən çox, akademik istinadlara əsaslanmağa çalışdım.
Şəklin silinməsi məsələsində isə texniki və ya hüquqi səbəb varsa, bunun dəqiqləşdirilməsi faydalı olardı. Əgər o şəkil uyğun deyilsə, Vikipediyanın şəkil yükləmə qaydalarına əsaslanaraq yeni bir versiyasını təqdim etməyə hazıram.
Sonda bir məqamı qeyd etmək istəyirəm: Əgər təqdim edilən istinadlar yetərli sayılmırsa və ya məqalənin ensiklopedik dəyəri ilə bağlı şübhələr varsa, bu barədə obyektiv rəy almağa da açığam. Hörmətlə İlyas Deli İlyas Deli (müzakirə) 12:36, 4 avqust 2025 (UTC)Cavabla
Salam Qədir bəy. Mən Cavad Məmmədovam — Azərbaycan futzal millisinin və Baku Fire klubunun qapıçısıyam. Mənə aid Vikipediya səhifəsinin silinməsi ilə bağlı sizə yazıram. Aşağıda yenidən hazırladığım versiya düzgün ensiklopedik üslubda və etibarlı istinadlarla hazırlanıb. Səhifənin bərpasını və qiymətləndirilməsini sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm!
Gizlədilmiş məzmun
Cavad Məmmədov
Məqalə:
<--- Buraya yuxarıdakı Vikipediya məqaləsini tam şəkildə yapışdır ---> Cavad Məmmədov (12 oktyabr 2001, Bakı) — Azərbaycanlı futzalçıdır. Hazırda Baku Fire futzal klubunda və Azərbaycan futzal millisində çıxış edir.
Klub karyerası
Cavad Məmmədov futbola Bakı Futbol Akademiyasında başlamış, 17 yaşından etibarən futzala keçmişdir. Peşəkar futzal karyerasına Neftçi İK klubunda başlamış, burada 2019–2022-ci illərdə çıxış etmişdir.
2021–2022 mövsümündə Neftçi İK ilə Azərbaycan kubokunun qalibi olmuş, həmin mövsümdə çempionatda 3-cü yeri tutmuşdur.[1]
2022-ci ildə Araz Naxçıvan klubuna transfer olunmuş və 2022–2023 mövsümündə Azərbaycan çempionu olmuşdur. Eyni mövsümdə UEFA Futzal Çempionlar Liqasında 3 oyunda iştirak etmişdir.
2023-cü ildən etibarən Baku Fire klubunda çıxış edir. 2023–2024 və 2024–2025 mövsümlərində Azərbaycan çempionatının gümüş medalını qazanmış, 2023–2024 mövsümündə Azərbaycan kubokunun finalçısı olmuşdur. 2025–2026 mövsümü üçün də bu komanda ilə müqavilə uzadılmışdır.
Beynəlxalq karyera
Cavad Məmmədov 17 yaşında Azərbaycan U-17 yığmasında futzal üzrə çıxış etmişdir. 2021-ci ildən, 19 yaşından etibarən Azərbaycan milli futzal komandasına dəvət olunmağa başlamışdır.[2][3]
O, Avropa çempionatının seçmə mərhələləri üçün millinin əsas heyətinə daxil edilmişdir. Müsahibəsində milli komandaya dəvət alanda çox təəccübləndiyini bildirib.[4]
Eyni zamanda o, futzal üzrə tələbələr arasında Avropa çempionatında Azərbaycan yığmasının heyətində 5-ci yeri tutmuşdur.
Nailiyyətlər
Klub səviyyəsində
Neftçi İK
Azərbaycan kubokunun qalibi: 2021–2022
Azərbaycan çempionatının bürünc medalçısı: 2021–2022
Araz Naxçıvan
Azərbaycan çempionu: 2022–2023
UEFA Futzal Çempionlar Liqası – 3 oyun
Baku Fire
Azərbaycan çempionatının gümüş medalçısı: 2023–2024, 2024–2025
Mən "Cavad Məmmədov" adlı futzal üzrə Azərbaycan milli komandasının qapıçısı haqqında yeni məqalə yaratmışam. Səhifənin silinməsi müzakirəsinə səbəb olan mövzu ilə bağlı olaraq aşağıdakı arqumentləri təqdim edirəm:
**Etibarlı və müstəqil mənbələr mövcuddur:**
1. **AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası)** rəsmi saytında onun haqqında profil var — doğum tarixi, mövqe, klubu və milliyə çağırış kimi məlumatlarla birlikdə.[1]
3. Arena.az saytında onun müsahibəsi və milli komandaya dair təəssüratları yer alıb — bu da onun ictimai tanınırlığını göstərir.[4]
**Sahə üzrə spesifik və aktual şəxsdir:**
- Cavad Məmmədov futzal kimi spesifik bir idman növündə — Azərbaycan milli komandasının qapıçısı kimi fəaliyyəti ilə seçilir. Bu, dərəcə baxımından məqalə üçün yetərlidir.
- Başqa futzal portalları və instaqram paylaşımları (klub səviyyəsi və sosial medianın dəstəyi), həmçinin AFFA-nın milli heyətə aid səhifəsi, onun peşəkar karyerasını sənədləşdirməyə kifayət qədər əsas verir.
Nəticə
Bu səbəblərə görə, hesab edirəm ki, hazırda mövcud olan müstəqil mənbələr və onun idman sahəsindəki yerinə görə **“Cavad Məmmədov” məqaləsi silinməməlidir**. Əksinə, zamanla daha çox qaynağın əlavə edilməsi və məqalənin genişləndirilməsi məsləhətdir.
— Cavad Məmmədov (futzalçı) — istifadəçi:– User:Cavad Məmmədov (dəstək və əlavə məlumat üçün hazırıq)
Salam. "Natiq Tahirli Namiq oğlu" haqqında yazılmış məqalə "qeyri-ensiklopedik şəxs" səbəbi ilə silinmişdir. Lakin şəxs Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmuş,Aprel döyüşlərindəki şücaətinə görə Təşəkkürnamə almışdır. Natiq Tahirli şəhid olduqdan sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. . Bundan əlavə, şəxs haqqında digər müstəqil KİV-lərdə də məlumatlar mövcuddur. Zəhmət olmasa vətən uğrunda qəhrəmanlıq göstərib, canını heçə sayanların xatirəsini unutmayaq və daim yaşadaq ki, gələcək nəsillərə örnək olsun. Xahiş edirəm məqalənin bərpası üçün müraciətimi nəzərə alın.
Təşəkkürlər. 111Author (müzakirə) 08:02, 10 avqust 2025 (UTC)Cavabla
@111Author, salam. Şəhidlər mənim üçün də əzizdir. Amma Vikipediya ensiklopediyadır. Biz şəhidlərə verdiyimiz dəyəri məqaləsinin olması ilə göstərmirik, bu yanlış düşüncədir. Platformanın ensiklopediklə bağlı konkret şərtləri var (bax: VP:ŞƏXS və VP:HƏRBÇİ). Həmin şərtlərin təmin edilmədiyi mövzularda məqalələrə icazə verilmir. Hörmətlə, Qədir (müzakirə) 17:04, 10 avqust 2025 (UTC)Cavabla
Salam, Qədir bəy. Şəhid Natiq Tahirli haqqında məqalə VP:HƏRBİ olmasa da, VP:ŞƏXS kriteriyalarına əsasən ensiklopedik əhəmiyyət daşıyır. Onun fəaliyyəti və qəhrəmanlığı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytında, Prezidentin sərəncamında, həmçinin etibarlı KİV-də geniş məlumat dərc olunub. Bu mənbələr şəhidin geniş ictimaiyyət tərəfindən tanındığını və haqqında müstəqil, etibarlı məlumatların mövcud olduğunu göstərir. Məqaləni VP:ŞƏXS kriteriyalarına uyğunlaşdıraraq yenidən təqdim etməyə hazıram. Bərpa olunmasını xahiş edirəm. Xoş günlər!
Salam @Qədir bəy mən öz səhifəmə belə bir şablon əlavə etmək istəyirəm. Məs: Bu istifadəçi şəhid ailəsinin üzvüdür. Belə bir şablon var? Varsa burada qeyd edin mən yerləşdirim öz səhifəmə. Hörmətlə, Vikotals (müzakirə) 08:41, 11 avqust 2025 (UTC)Cavabla
@Həsən İmanov, salam. İkincini həll etdim, digərində eyniadlı başqa kateqoriya var. Addəyişmə hüququ isə, məncə hələ uyğun deyilsiniz, addəyişmə və adlandırmalarınızda ciddi problemlər var. Hörmətlə, Qədir (müzakirə) 10:20, 19 avqust 2025 (UTC)Cavabla
Salam. "Tahir Əhməd oğlu Məhərrəmov" səhifəsinin bərpa olunması ilə əlaqədar olaraq müraciət edirəm. Bütün şərtlərə cavab verdiyi halda səhifə silinib.
Zəhmət olmasa bərpa edin. Təşəkkürlər. ANL (müzakirə) 09:53, 20 avqust 2025 (UTC)Cavabla
@ANL-MF, salam. Qaralamadakı məzmunu təəssüf ki, bərpa edə bilməyəcəm, çünki bir mənbədən copy-paste edərək müəlliflik hüquqları pozuntularına yol vermisiniz. Məqalə olaraq dərc olunması üçün bu şərtləri ödəməlidir: VP:EƏ, VP:ŞƏXS və VP:ALİM. Eyni zamanda ensiklopediya stili və üslubuna uyğun tərtib olunmalıdır, müəlliflik hüquqları pozuntuları ehtiva etməməlidir.Qaralama dəftərinizdə yenidən işləyə bilərsiniz, qeyd etdiyim məqamlara da diqqət edin lütfən. Hörmətlə, Qədir (müzakirə) 11:10, 20 avqust 2025 (UTC)Cavabla
Məhsul Təhlükəsizliyi və Etibarlılığı komandası Müvəqqəti Hesablarla bağlı təcrübəniz haqqında eşitmək istəyir. Bu sorğuda iştirakınız Müvəqqəti Hesabların nə qədər yaxşı işlədiyini və gələcəkdə nələri təkmilləşdirə biləcəyimizi anlamaqda bizə çox kömək edəcək. Sorğunu bitirməyiniz 5 dəqiqədən uzun çəkməyəcək.
Bu sorğunun məxfilik siyasətinə bu linkdən baxa bilərsiniz. Bu sorğunu doldurmaqla siz məxfilik siyasətində irəli sürülən şərtlərlə razılaşırsınız.
Əgər sizinlə əlaqə saxlamağımızı istəyirsinizsə, zəhmət olmasa vikidəki istifadəçi adınızı bizə bildirin.
@Həsən İmanov, salam. Kontekstə baxmaq lazımdır. Söhbət ora əsilli şəxslərdən gedir ya ora mənşəli? Standart yaxşıdır, amma kateqoriyanın əhatə dairəsini də qorumaq lazımdır. Yenə də "əsilli" desək daha ümumi ola bilər. Hörmətlə, Qədir (müzakirə) 13:52, 22 avqust 2025 (UTC)Cavabla
Hörmətli həmkar @Qədir qardaş. Sizə bir sualım var. "Category:Afghan expatriate musicians in Pakistan" Azərbaycan dilinə "Kateqoriya:Pakistandakı əfqan mühacir musiqiçiləri" kimi tərcümə edilməlidir? Çünki "Expatriate" sözü Azərbaycan dilinə rəsmi olaraq "Mühacir" kimi tərcümə edilir. Ancaq bizim Vikipediyada "Qürbətçi" deyə tərcümə edilib. İndi mənə nə məsləhət görürsünüz? Hörmətlə حەسەن ايمانوف (müzakirə) 19:15, 22 avqust 2025 (UTC)Cavabla
Sizə cavab vermişəm. BNS-yə təqdim etmisiniz və nəticəni gözləyin. VP:ŞƏXS qaydaları ilə tanış olun, əlaqəli olduğunuz mövzularda problemli fəaliyyətlər göstərirsiniz. Diqqətli olun və ensiklopediya qaydaları ilə tanış olun. Hörmətlə, Qədir (müzakirə) 16:14, 28 avqust 2025 (UTC)Cavabla
Salam. Elçin Əlibəyli səhifəsindəki Xarici keçidlərə baxmağınızı xahiş edirəm. Məncə hamısını silmək lazımdır. Lakin məqaləni genişləndirmiş və aktiv əlavələr edən istifadəçi əgər redaktə etsəm, redaktəni geri qaytara bilər deyə çəkinib özüm etmirəm. Yousiphh (müzakirə) 16:44, 24 avqust 2025 (UTC)Cavabla
Salam, "Quru süd" səhifəsi artıq ikinci dəfədir silinir. Səbəb olaraq mexaniki tərcümə göstərilir amma təbii dildə yazılıb, birə-bir tərcümə olunmayıb (xüsusilə ikinci versiya). Lingnerdy (müzakirə) 21:48, 24 avqust 2025 (UTC)Cavabla
Yasab kəndinə aid məqalədə "qeyri-ensiklopedik və azərbaycanca deyil" səbəbilə geri qaytarıldığını gördüm.Lakin, məqaləyə yalnız tanınmış şəxslər və şəhidlər haqqında məlumat əlavə etmişəm və bütün məlumatlar məhz azərbaycanca yazılıb. Məsələn, burda da şəhidlər və tanınmış şəxslər haqqında məlumatlar var. Məqalədə yalnız Şeyx Şərif-Əli ilə bağlı mənbələrin biri rusca, digəri isə ləzgicədir, amma VP da mənbələrin yalnız azərbaycanca olması ilə bağlı bir tələb yoxdur.
Açığı, çoxxx təəccübləndim, çünki məqaləni bütün VP qaydalarına riayət edərək yazmışam. Əgər hər hansı bir səhv və ya uyğun olmayan bir şey varsa, bunu müzakirə edib düzəltməyə hazıram, lakin xahiş, tamamilə bütün məlumatları silməyin.
Əgər arqumentlərimə etirazınız yoxdursa, məncə bu düzəlişinizin geri qaytarılması daha məqsədəuyğundur. Kənddə yetişmiş alimlərin, şəhidlərin, idmanciların və digər tanınmış şəxslərin (iri miqyaslı olmasa belə) qeyd olunması həm səmərəli və məntiqlidir. عبد الله تعالى (müzakirə) 18:39, 2 sentyabr 2025 (UTC)Cavabla
Salam. Gec cavaba görə üzrlü sayın. Mənbənin dili ilə bağlı belə bir məhdudiyyət yoxdur, etibarlı olması kifayətdir. "Azərbaycanca deyil" dedikdə siz tərəfdən əlavə olunan məzmunu nəzərdə tuturam. Əlavə etdiyiniz məzmuna diqqətlə baxsaz nə üçün azərbaycanca deyil dediyimi görəcəksiniz. Kənd əhalisi tərəfindən tanınan hər şəxs ora əlavə edilməməlidir, belə getsək orta məktəb müəllimlərini də ora əlavə etməli olarıq. Ora sadəcə ensiklopedik və həqiqətən tanınmış şəxslər əlavə edilməlidir. Tanınmış deyəndə sadəcə kənd daxilində yox, geniş tanınmış şəxsləri nəzərdə tuturam. Çalışın, "şəhid" sözünü məzmunda istifadə etməyin, ensiklopediya üçün uyğun ifadə deyil. Qeyd etdiyiniz səhifəni qaydasına salacam. Amma Vikipediyanın könüllü əsaslarla çalışdığını nəzərə alsaq, belə problemlərə rast gələ bilərsiniz. Vaxtla könüllülər tərəfindən hər biri düzəldilir. Həm də bu səhv hal onu təkrarlaya bilməyə səbəb ola bilməz. Hörmətlə, Qədir (müzakirə) 09:00, 3 sentyabr 2025 (UTC)Cavabla
Cavabınıza görə təşəkkür edirəm. Qeyd etdiyiniz məqamlarla razıyam və anlayışla qarşılayıram. Həqiqətən bəzi yazı səhvlərinə yol vermişəm, məsələn, “üzrə” əvəzinə “uzre”,“Rusiya” əvəzinə “Rusya” yazmışam və sayr. Amma adlara görə deyirsizsə, ləzgilər ASAN xidmətə gedib "metrikanı" göstərdikdə, orada milliyyət “ləzgi” yazılıbsa, həmin şəxslər öz hüquqlarından istifadə edərək məsələn, övladına Ömər yerinə Umar, Həsən yerinə Hasan, Həmzə yerinə Hamzat, Xədicə yerinə Hadijat adını verə bilirlər.
Düz deyirsiniz – kənddə hər tanınan adamı əlavə etmək absurd olar. Amma ingilisdilli Vikipediyada, belə bir praktika var ki, kənd və kiçik məntəqələr haqqında məqalələrdə nisbətən daha az tanınmış şəxslər də əlavə olunur. Bunanla belə mənim əlavə etdiyim şəxslər "sadəcə kənddə tanınan" kateqoriyaya aid deyil. Məsələm: Şeyx Şarif-Ali Yasabvi – tarixi şəxsiyyət olub Rusiya imperiyasına qarşı döyüşüb; Said Paşayev – sərbəst güləş üzrə Avropa çempionudur; Ali Ramazanov – pankration üzrə Rusiya çempionudur; Hasan Hasanov – jiu jitsu üzrə Şimali Qafqaz ikincisidir.
“Şəhid” ifadəsinə gəldikdə isə, bunu ona görə işlətdim ki, Azərbaycan və İslam mədəniyyətində bu anlayış tamamilə fərqli məna daşıyır və qərbdəki kimi yanlış anlaşılmır. Ərəb dilindəki Vikipediyada da “şəhid” sözü işlədilir və heç bir problem yaranmır. Dediyim kimi, Azərbaycan dilindəki Vikipediyada belə nümunələr də var. Amma yenədə məzmunda istifadə etməməyə calışacam.
Mənim niyyətim sadəcə kənd haqqında məqaləni zənginləşdirmək idi. Əgər etiraz etmirsinizsə bu düzəlişinizi geri qaytarıb, grammatik səhvləri düzəldib ensiklopedik üsluba uyğun yazmağa çalışacam. Sonra siz məqaləyə bir də nəzər yetirə bilərsiniz. Ümumilikdə, düzəlişləriniz və tövsiyələriniz mənim üçün faydalıdır. Mən çalışaram ki, əlavə etdiyim məzmun Vikipediyanın prinsiplərinə və ensiklopedik tələblərə daha uyğun olsun. عبد الله تعالى (müzakirə) 19:47, 5 sentyabr 2025 (UTC)Cavabla
Həmin şəxsləri "tanınmış şəxs" kimi göstərmək istəyirsinizsə, əvvəl bunu təsdiqləməlisiniz. Siz ən yaxşısı müzakirə səhifəsinə bu barədə arqumentlərinizlə birgə yazın. Hörmətlə, Qədir (müzakirə) 20:06, 9 sentyabr 2025 (UTC)Cavabla
Tamam, konkret hansı şəxsi və ya hansı kateqoriyanı nəzərdə tutursunuz?
Məsələn, birinci şəxs Şarif-Ali Yasabvi tarixi şəxsiyyətlər kateqoriyasına aiddir (mənbə: ЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19–39). Tarixi şəxslər bütün dillərdəki Vikipediyalarda əlavə olunur VP:ƏSAS. İdmançılar üçün isə internetdə axtarış aparmaq kifayətdir — məsələn, "Said Paşayev" yazmaq bəs edir VP:İDMANÇI. Şəhidlərə gəldikdə isə, məsələn, kəndin girişində Şəhidlər Xiyabanı mövcuddur, həmçinin bu barədə müxtəlif saytlarda da məlumat paylaşılıb VP:HHBİO. Vikipediyada hətta belə bir məqalə də var: Birinci Qarabağ müharibəsi şəhidləri (A).
Həmçinin, “tanınmış şəxs” ifadəsi özüdə mücərrəd anlayışdır, kimə görə və nəyə görə... Məsələn, Said Paşayev Avropa çempionudur, onu dünya miqyasında tanınan şəxs hesab etmək olar. Şəhidlər Azərbaycan miqyasında tanınırlar, Ali Ramazanov isə Rusiya səviyyəsində tanınmış şəxsiyyət hesab edilə bilər və sair. عبد الله تعالى (müzakirə) 12:00, 15 sentyabr 2025 (UTC)Cavabla
Salam. Bu məqalə bir çox dildə "Templo Mayor"dur. Templo Mayor İspan dilindən tərcümə də "Böyük Məbəd" deməkdir. Xahiş edirəm ki, məsləhət verəsiniz. Qərarsız qalmışam. Məqaləni hansı adla yaradım? Medineli92 (müzakirə) 16:25, 5 sentyabr 2025 (UTC)Cavabla
Mənim yaratdığım “Seymur Qurbanov” məqaləsi əsas məkandan çıxarılaraq qaralamaya köçürülüb. Xahiş edirəm, bunun səbəbini daha dəqiq izah edəsiniz. Mən çalışmışam ki, şəxsin idman nailiyyətlərini, beynəlxalq uğurlarını və ona verilmiş fəxri adları mənbələrlə göstərim.
Əgər məqalədə istinad və ensiklopediklik baxımından çatışmazlıqlar varsa, zəhmət olmasa, konkret olaraq hansı mənbələrin uyğunsuz olduğunu və nəyi təkmilləşdirməli olduğumu izah edin. Mən bu məqaləni qaydalara uyğunlaşdırmaq və lazımi dəyişiklikləri etmək istəyirəm.
@Aysel Xankişiyeva, salam. Məsələ budur ki, məqalə VP:EƏ və VP:ŞƏXS qaydalarının tələblərinə cavab verməli və ensiklopediya üslubunda hazırlanmalıdır. Sizin yaratdığınız səhifə məqalədən çox CV təsiri bağışlayır. Nümunə kimi digər məqalələrə baxın və VP:VND qaydası ilə də tanış olun. Tələblərə cavab verdiyi halda yekunlaşdıqdan sonra məqalə kimi dərc edilə bilər ancaq. Hörmətlə, Qədir (müzakirə) 19:59, 9 sentyabr 2025 (UTC)Cavabla
BU jurnalın reklamla heç bir ehtiyacı ola bilməz. Jurnalın yetəri qədər məqalə müraciəti var. İldə 12 nömrə 80 məqalə ilə nəşr edilir. Reklamın buraya dəxli yoxdur. Əksinə Azərbaycanı dünyaya tanıdır. Drnacafov (müzakirə) 21:14, 19 sentyabr 2025 (UTC)Cavabla
Mən bu səhifəni yenidən yarada bilərərmmi? Çünki elmi jurnal adı ilə Azərbaycan dilində hazırda heç çap olunmayan lazımsız jurnal səhifləri mövcuddur vikipediyada. Amma belə bir jurnalın Azərbatcanı dünyada layiqincə təmsil etməsini vikipediada işıqlandırmaq lazımdır. Ayrıca jurnalın yetəri qədər dünyada nüfuzu var, reklama ehtiyacı yoxdur. Drnacafov (müzakirə) 21:10, 19 sentyabr 2025 (UTC)Cavabla
"Whataboutism" etməyin zəhmət olmasa. Vikipediya belə çalışmır. Oxu: VP:VND. Ensiklopediya üçün uyğun və layiq olub-olmadığına mənbələr qərar verir. Məqaləsi olması üçün mövzu VP:EƏ qaydalarının tələblərinə cavab verməlidir. Hörmətlə, Qədir (müzakirə) 21:13, 19 sentyabr 2025 (UTC)Cavabla
Salam, Zehmet olmasa yazardınız, mən səhifəni düzgün düzəltmişəmmi? - Science, Education and Innovations in the Context of Modern Problems (jurnal) Qaralama səhifəsini isə silə bilmirəm. Mənə kömək edin zəhmət olmasa Drnacafov (müzakirə) 18:23, 22 sentyabr 2025 (UTC)Cavabla
Bir mənalı reklam mövzusu ilə silinir, halbuki reklam tipli bütün yazıları çıxardım, dəstək ola bilərsiniz, məqalə formatı necə olmalıdır reklam olmaması üçün
Salam. Xahiş edirəm ki, bu məqaləni siləsiniz (və ya adını dəyişəsiniz). Yerli mənbənin qurbanı oldum. Belə ki, yerli mənbədə bu tanrının həm adı, həm də nəyin tanrısı olduğu səhv göstərilib. Həmçinin nəyi qəsd etdiyimi anlamağınız üçün bura baxın: Medineli92 (müzakirə) 06:15, 24 sentyabr 2025 (UTC)Cavabla
@Medineli92: əgər səhifənin sizi məqaləyə yönləndirdiyini və buna görə redaktə edə bilmədiyinizi deyirsinizsə, buradan keçid edə bilərsiniz. İstiqamətləndiriləndə səhifələrin girişdə, məqalə başlığının altındakı "X səhifəsindən istiqamətləndirilmişdir" yazısındakı səhifə adına klikləyərək də istiqamətləndirmə səhifəsinə keçid edə bilərsiniz. Buradan səhifəyə olan istiqamətləndirmələrə də baxa bilərsiniz. (Səhifələrdə sağ tərəfdəki "Səhifəyə keçidlər" bölməsi vasitəsilə: vektor 2022-də belə görünəcək.) Hörmətlə, Qədir (müzakirə) 00:22, 2 oktyabr 2025 (UTC)Cavabla
@Eminİskandarli: salam. Siz məqalələri süni intellekt vasitəsilə yazmırsınız ki? Buna görə narahatam. Yəni bu döyüşlərin gerçəkdə həqiqətən baş verdiyini və əhəmiyyətini təsdiqləyə biləcək etibarlı və yoxlanıla bilən mənbələr lazımdır. Həmin məqalə həm də dil problemlərinə və tərtibatı ensiklopediya standartlarına uyğun olmadığına görə silinib. Sizi sözügedən qaydalarla tanış olmağa və digər məqalələri nümunə kimi götürməyə dəvət edirəm. Əgər üzərində işləmək fikriniz varsa, qaralamada bərpa edə bilərəm. Bunun kimi. Hörmətlə, Qədir (müzakirə) 11:30, 2 oktyabr 2025 (UTC)Cavabla
Xeyr Qədir bəy mən məqaləmi öz sözlərimlə yazdım və etibarlı iki mənbədən istifadə etdim
Mənbə 1.Ədalət Tahirzadə Ağa Məhəmməd Şah Qacar
Mənbə 2.Histoire des révolutions de Perse, pendent la durée du dix-huitième siècle de l'ère chrétienne Précédée d'un abrégé de tout ce qui s'est passé de remarquable dans cet empire, depuis l'époque de sa première fondation par Cyrus · 2. cild
ikinci mənbəm pdf şəklində mövcuddur.1810 cu ildə yazılmış bir harvard mənbəsidir.Güvəniləbilərliyinə söz ola bilməz.Ədalət tahirzadədə elə bu mənbəyə dipnot verir.Sadəcə qramatik səhvlərə yol verməmək üçün ai-dan istifadə edirdim arada. Eminİskandarli (müzakirə) 14:40, 2 oktyabr 2025 (UTC)Cavabla
Yuxardakı məqalələrə tatlarla bağlı nüanslar əlavə edilir. Misal üçün Xaqaninin tat olduğunu qeyd ediblər. Bu haqda çox məlumatım olmadığı üçün çox müdaxilə edə də bilmirəm. Onu da qeyd edim ki, Tatlar məqaləsindəki Tanınmış Şəxsiyyətlər başlığını kimin tat, kimin tat olmadığını bilmədiyim üçün bütövlükdə sildim.
Medineli92 (müzakirə) 11:17, 4 oktyabr 2025 (UTC)Cavabla
@Medineli92: salam. Eyni səbəbləri göstərərək SNS edə bilərsiniz? Çünki hər ikisi də bir qədər də olsa ayrı mövzudur və spesifik məqalələr mümkündür (buna baxmayaraq, eyni məqalədə də məlumat verilə bilər), amma göstərdiyiniz irad da haqlıdır. Hörmətlə, Qədir (müzakirə) 19:15, 5 oktyabr 2025 (UTC)Cavabla
Məncə hə. Çünki tat etnik qrupdur və ayrıca məqalə üçün yetərli mənbə yoxdursa Azərbaycan tatları altmövzu kimi əsas məqalənin daxilində verilə bilər. Hörmətlə, Qədir (müzakirə) 19:30, 5 oktyabr 2025 (UTC)Cavabla
Salam. Xahiş edirəm ki, Qələgah məqaləsindəki müvəqqəti hesabla və ya məqalə ilə bağlı tədbir görün. Dünən iki dəfə mən, bir dəfə də Avtomoderator tərəfindən, bu gün isə iki dəfə mən tərəfdən geri qaytarılmışdır. Lakin yenə öz istədiklərini yazıb. كتب محمد (müzakirə) 17:47, 7 oktyabr 2025 (UTC)Cavabla
Baxdım. Mənbə göstərir axı? Sadəcə konkret və yoxlanıla bilən mənbə lazımdır. Məqalə mühafizə edildi, müzakirə səhifəsində müzakirə apara bilərsiniz istifadəçi ilə. Belə hallarda davamlı geri qaytarmalar etməyin zəhmət olmasa, sadəcə destruktiv və vandalizm hallarında ola bilər: VP:3GQ. Burada elə şey yoxdur. Hörmətlə, Qədir (müzakirə) 19:40, 7 oktyabr 2025 (UTC)Cavabla
Oldu. Mən zatən o mənbədən istifadə edib, "76 ev" şəklində məqaləyə qeyd etmişəm. Lakin o şəxs tat milliyyətçisidir. Hər kəsi tat edir. Pirəbədil, Səttar Əfəndiyev, Tatlar, Xaqani Şirvani, Həmdulla Əfəndizadə və başqa bir neçə səhifəyə də müdaxilələr etmişdi. كتب محمد (müzakirə) 20:00, 7 oktyabr 2025 (UTC)Cavabla
Oxudum. O ümumi kənd haqqında olan məlumatdan yola çıxaraq Həmdulla əfəndinin tat olduğunu iddia edir. Lakin bu doğru deyil. Həmdulla əfəndinin babası Şeyx İbrahim əfəndi Şamdan gəlib. Atasının adı da Türk İsmayıl olub. Azı bu haqda 2-3 mənbə var.
Həmdulla əfəndinin AXC Parlamentindəki ifadələrindən yola çıxaraq Azərbaycan türkü yazmaq olar. Şeyx İbrahim Osmanlı əyaləti olan Şamdan gəlib. Ona bilmirəm nə yazmaq olar, bircə onu bilirəm ki, özünü camaata Türk İsmayılın oğlu deyə tanıdıb.
Salam Qədir bəy. Təsadüfən blok etdiyiniz istifadəçilər sırasında Vladimir Petuxov adlı istifadəçi gördüm və blok səbəbi kimi təhqiramiz ad seçimi qeyd etmisiz. Amma fəaliyyətinə görə deyil, adına görə bu bloku etməyiniz məncə həmin görünür rus əsilli istifadəçi üçün bir qədər ədalətsizlikdir. Çünki Petuxov ruslarda kifayət qədər yayılmış bir soyaddır, ruvikidə də müəyyən töhfələri var həmin istifadəçinin. Əgər sırf bu blok soyada görədirsə məncə bir az kobudluq etmiş olarıq xarici bir istifadəçiyə qarşı. Çünki yenə deyirəm həmin soyad Rusiyada kifayət qədər mövcuddur. Rusiyanın məşhur hərbçiləri, elm adamları, hətta alimləri həmin soyadı daşıyıblar. Hazırda həmin soyadla yaşayan məşhurlardan Aleksandr Petuxovun adını çəkmək olar ki,Rusiyanın məşhur futbolçusudur. Hörmətlə PinkEmaa (müzakirə) 18:18, 14 oktyabr 2025 (UTC)Cavabla
Əgər siz məqalədə təsvir olunan şəxs ilə əlaqəlisinizsə və məqalədə dəyişiklik etmək istəyirsinizsə, bu barədə müzakirə səhifəsinə qeyd edə bilərsiniz.
"Əgər siz məqalədə təsvir olunan şəxs ilə əlaqəlisinizsə və məqalədə dəyişiklik etmək istəyirsinizsə, bu barədə müzakirə səhifəsinə qeyd edə bilərsiniz." Bu ifadə wikipediada qeyd olunub. Mən təsvir olunan şəxslə əlaqəliyəm. Məlumatların doğruluğu təsdiqlənib. ~2025-28835-39 (müzakirə) 06:59, 15 oktyabr 2025 (UTC)Cavabla
"Əgər siz məqalədə təsvir olunan şəxs ilə əlaqəlisinizsə və məqalədə dəyişiklik etmək istəyirsinizsə, bu barədə müzakirə səhifəsinə qeyd edə bilərsiniz." Wikipediada belə qeyd olunub. ~2025-28835-39 (müzakirə) 07:05, 15 oktyabr 2025 (UTC)Cavabla
Salam. İslamla bağlı xüsusən sünniliklə bağlı məqalələrdə xarici keçidlər başlığı altında məzhəbçi bloq və saytlara keçidlər qoyulur. Bu qadağan deyil? كتب محمد (müzakirə) 14:40, 17 oktyabr 2025 (UTC)Cavabla
Anladım. Qədir bəy, bir də onu bildirim ki, bu iki məqaləni başqa dillərlə əlaqələndirdim, lakin məndən əvvəl əlaqələndirə bilmədikləri üçün yenidən vikidata yaratmışdılar. Bir nəzər yetirərsiniz zəhmət olmasa. Məqalələr:
Bunu bəzən bot yaradır, bəzən də istifadəçilər məqaləni tapa bilmədikləri üçün özləri yeni səhifə yaradır. Belə olanda onları birləşdirə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 20:11, 17 oktyabr 2025 (UTC)Cavabla
Anladım. Qədir bəy bu məqalədəki Aybegin yazdığı məlumatları geri qaytara bilərəm? Çünki həm neytral deyil, həm də şəxs orada yazılanların bir qismini inkar edib, bir qismini də təşbeh adlandırıb. Həm də şəxs azərbaycanlı olmadığı üçün yazıları maşın dillidir. Ən əsas məsələ mənbəsi göstərilmiş sözləri dəyişib "geriçi", "casus" və s. əlavə edir. كتب محمد (müzakirə) 07:27, 18 oktyabr 2025 (UTC)Cavabla
Süni intellekt ilə yazmısınız və stil-dil baxımından uyğun deyil. Əsaslı işləyib ensiklopediya standartlarına uyğunlaşdırdıqdan sonra dərc edilə bilər, qaralamada işləyin. Digər məqalələriniz də problemlidir. Hörmətlə, Qədir (müzakirə) 07:57, 24 oktyabr 2025 (UTC)Cavabla
Zəhmət olmasa diqqətli olun. Məqalələrinizdə dil problemləri və stillə bağlı problemlər müşahidə olunur, amma kiçik düzəlişlərlə düzəldilə biləcək növdəndir. Hörmətlə, Qədir (müzakirə) 08:07, 24 oktyabr 2025 (UTC)Cavabla
Diqqətli olmağın mətləbə heç bir aidiyyatı yxodur. Məqalə süni intellektlə yazılmayıb. Stilində heç bir qüsur yoxdur. Məqalənin niyə qaralamaya keçirildiyini əsaslandırın. Mountaineer1976 (müzakirə) 08:33, 24 oktyabr 2025 (UTC)Cavabla
Mədəniyyət tarixi ümumi tarixin ən əhəmiyyətli hissələrində biridir. Hər bir mədəni sıçrayış, istənilən cəmiyyətin həyatında ciddi dəyişiklik edir. Misal üçün, İstənilən yeni incəsənət növü, teatr növü, veriliş növü, istənilən yaradıcılığa təsir edən texnologiyanın (məsələn, süni intellekt) real tətbiqi tarixləri ümumi tarixin ciddi epizodları sayılır. Bu halda sizin məqalələrdən tarixləri silməyiniz əsaslı görünmür. Hörmətlə Lawyer.F (müzakirə) 10:32, 28 oktyabr 2025 (UTC)Cavabla
Bu keçidlər, çox güman ki, gələcəkdə hansısa məlumat bazalarının formalaşmasında, axtarış sistemlərində milestone tarixlərin tapılması üçün istifadə ediləcək. Bəlkə də artıq qurulub, mənim diqqətimdən yayınıb. Mən o baxımdan yanaşıb, keçidləri müəyyən etmişdim. İndiki məqamda, tarixlə bağlı keçidlərin bu qədər daraldılması, qeyd olunan texnologiyaların tətbiqi imkanlarını məhdudlaşdıra bilər. Yenə, öz qərarınızdır. Mən ancaq təklif verə bilərəm. Lawyer.F (müzakirə) 07:30, 3 noyabr 2025 (UTC)Cavabla
Təşəkkür edirəm, yanaşma ilə tanış oldum. Ancaq bu nəticəyə gəldim ki, orada göstərilən misalda, 2000-ci il məqaləsinə keçid vermək üçün, əvvəl həmin məqalədə UNESCO-nun 2000-ci il üzrə fəaliyyətini əks etdirmək, sonra isə istinad vermək lazım idi))) nəinki, ümumiyyətlə keçid yaratmamaq.
Yox, orada istisna kimi tarixlə bağlı səhifələr qeyd edilib. Bunu ancaq köhnə məqalələrdə görə bilərsiniz, yeni məqalələrdə belə hallara yol verilmir. Çünki heç bir mənası yoxdur və vizuallığı pozur ancaq. Amma tarixlərlə bağlı məqalərdə mövzulara keçidlər verilir. Hörmətlə, Qədir (müzakirə) 09:04, 3 noyabr 2025 (UTC)Cavabla
Salam. Müvəqqəti istifadəçiləri müddətsiz yox maksimum 3 aylıq bloklayın. Onsuz da istifadəçi o hesaba 3 ay sonra girə bilmir. Bu zaman müddətsiz bloka ehtiyac qalmır. Nemoralis (müzakirə) 12:56, 28 oktyabr 2025 (UTC)Cavabla
Nə fərqi var ki? Niyə müddətsiz bloklamamalıyıq? Əvvəllər 3 ay tətbiq edirdim, indi kukla sənədləşdirmələrinə və qarışıqlıqlar olmasın deyə müddətsiz tətbiq edirəm. Digər layihələrdə də məncə müddətsiz tətbiq olunur. Hörmətlə, Qədir (müzakirə) 21:21, 28 oktyabr 2025 (UTC)Cavabla
Deyirsən ki, 3 ay sonra girə bilmir. Bunu bilirəm. Amma müddətsiz blok tətbiq edəndə nə olur deyirəm. Yəni ya 3 ay ya müddətsiz, prinsipal fərqi yoxdu. Hörmətlə, Qədir (müzakirə) 21:36, 28 oktyabr 2025 (UTC)Cavabla
Salam. Təftişçi seçkisinin bitməsinə az qalıb. Amma namizədlər arasında yetəri qədər səs toplayan olmayıb. Siz namizədlik müddətinizin artırılmasını istəyirsinizmi? Turkmenmüzakirə20:57, 28 oktyabr 2025 (UTC)Cavabla
Hörmətli İnzibatçı Qədir bəy.
Məqalələrimə nəzər yetirdiyiniz, diqqətlə yanaşdığınız üçün təşəkkür edirəm. Kərim Şükürov adlı məlumatda məqalələrin adlarını silmişdiniz. Lakin məqalələr də ciddi elmi-tədqiqat məhsulu sayılır və ensiklopedik məlumat (məs. hər hansı mövzuda daha dərindən araşdırma aparanlar üçün) baxımından əhəmiyyətlidir deyə düşünürəm. Həmçinin mən başqa ölkə və dünya səviyyəli alimlərin səhifələrinə nəzər yetirdim. Hər birində məqalələr də yer almaqdadır. Bütün bunları nəzərə alaraq geri qaytarılma əməliyyatını icra etmişəm. İnzibatçı olaraq qaydaları ən düzgün siz bilirsiniz, ümid edirəm qaydalara zidd hərəkət etməmişəm.
Təşəkkür edirəm T-N (müzakirə) 06:26, 31 oktyabr 2025 (UTC)Cavabla
@Tarixchi-N: salam. 50k həcmindəki məqalənin yarısını bu əsərlər tuturdu. Təbii ki, məqalələr də vacib elmi-tədqiqat məhsullarıdır, amma əksər hallarda bütün elmi məqalələri şəxslərin Vikipediya məqaləsinə əlavə etmək uyğun sayılmır. Onlar əlaqəli portallarda olur və məqalədən ora müvafiq keçidlər verilir və verilə bilər. Həm məqaləni bütünü ilə tutmaması, həm də reklam kimi görünməməsi üçün bütün elmi məqalələrin adlarını məqalədə siyahılamağa ehtiyac yoxdur. Digər bir şey, məqalə heç də şəxsin həyatına dair bütün detalları ehtiva etməməlidir, yəni saysız-hesabsız məqalələri əlavə etmək doğru deyil. Hörmətlə, Qədir (müzakirə) 14:59, 31 oktyabr 2025 (UTC)Cavabla
Çox sağolun. Bu tip müdaxilələrdən məqalələri mühafizə etmək üçün türkcə vikipediya kimi edə bilmərik? Orada redaktələr yoxladıqdan sonra yayımlanır. كتب محمد (müzakirə) 16:15, 31 oktyabr 2025 (UTC)Cavabla
Salam hörmətli həmkar @Qədir qardaş. Necəsiniz? Sizi narahat etdiyimə görə üzr istəyirəm. Sizə bir sualım var. Azərbaycan dilindəki Vikipediyada Xidməti kateqoriya şablonu niyə düzgün işləmir? Çünki Xidməti kateqoriyanın gizlilik və konteyner bölmələrinə yes yazdıqdan sonra da nə gizli kateqoriya hissəsi, nə də konteyner kateqoriyası hissəsi aktiv olur. Bunları da ayrıca etməli olursan. Əgər mümkündürsə bunu düzəldə bilərsiniz zəhmət olmasa? Birdə ingilis dilində Eponymous category adında bir şablon var. Bu şablonu Azərbaycan dili üçün də düzəldə bilərsiniz zəhmət olmasa? Hörmətlə حەسەن ايمانوف (müzakirə) 22:09, 4 noyabr 2025 (UTC)Cavabla
Məqalədəki xarici keçidlərdən danışıram. Həmin keçidlərdə məqalədəki məlumatlar təkzib edilir, sünnilər "nasibi" və "əhli-xilaf" adlandırılır. Burada yuxardakı kimi təhqirsiz və neytral tərzdə, fikirlərə və qarşı iddialara yer vermək əvəzinə oxuyucu məzhəbçi ifrat saytlara yönləndirilib. كتب محمد (müzakirə) 10:27, 6 noyabr 2025 (UTC)Cavabla
Dediyim kimi, belə bir şey varsa yolverilməzdir. Həmçinin həmin saytın nə qədər etibarlı olub-olmadığını bilmirəm və dediyiniz məzmunu yoxlamaq üçün elə də məlumatlı deyiləm. Əminsinizsə rahatlıqla silə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 16:48, 6 noyabr 2025 (UTC)Cavabla
@Medineli92, o linkləri mən əlavə etmişəm. "Nasibi" anlayışı ensiklopedik bir anlayışdır, "əhli-xilaf" isə adından da göründüyü kimi "müxaliflər" deməkdir. Bu ifadələrdə çox ciddi problem görmürəm. Mənim o linkləri o məqaləyə əlavə etməyimin əsas səbəbi o təhlillərin o mövzuda yazılmış olub dilimizə tərcümə edilmiş yeganə analitik (+dərin və ətraflı) yazılar və kitab olduğu üçün əlavə etmişəm. O sayt vaxtikən Vikipediya ilə əməkdaşlığa da icazə verib həmçinin. Əgər o yazılarda yalan varsa, səhv varsa o məqalənin müzakirəsində müzakirə edilə bilər əlbəttə ki. Bir də ki, "Medineli92" çox qəribədir ki, "Həsən ibn Əli" məqaləsinə "imam" sözünü əlavə edən hansısa anonim istifadəçi sizi narahat edib və elə bu müzakirə səhifəsində dəfələrlə bu barədə yazmısız. Amma mən xatırlayıram siz özünüz dəfələrlə müxtəlif sünni din alimlərinin məqalələrinin birbaşa adlarına "imam" yazırdız və yazırsız. Əsil bu məzhəbçi yanaşma deyil ki? samralmüzakirə00:59, 7 noyabr 2025 (UTC)Cavabla
Məsələ "imam" və ya "şeyx" yazılması deyil ki. Keçiddəki saytdır. Britannica-ya, Oxfort-a link əlavə edin də, hansısa məzhəb təəssübkeşi sayta niyə əlavə edirsiniz ki?
Ona qalsa Rafizi anlayışı da ensiklopedikdir. Onda bir başqası da gəlsin bu tip ifadələrin işləndiyi saytlara keçid qoysun?
Mənim sünnilərə "imam" yazmağıma gəldikdə isə alimlərinin fikirləri olaraq bunu yazmışam. Misal: Yəhya əl-Qəttan. Bu ifadələr təkcə sünni yox digər məzhəb nümayəndələrinin məqalələrində də var. Misal: Cəfər Sadiq. كتب محمد (müzakirə) 04:21, 7 noyabr 2025 (UTC)Cavabla
@Redivy, bu, sadəcə sponsorluq adıdır, yəni razılaşmaya əsasən müəyyən bir müddət bu adla adlandırılacaq, sonra isə öz adına qayıdılacaq. Qeyd etdiyiniz dəyişikliklər də bu səbəbdəndir və müvəqqətidir. "Bakcell Arena" da əvvəlki adı olub, "Dalğa Arena" "Liv Bona Dea Arena" adlandırılıb. Preambulada vermək bəs edir, əsas adın əhatəsi adətən daha geniş olur. Hörmətlə, Qədir (müzakirə) 15:51, 6 noyabr 2025 (UTC)Cavabla
@Qədir 5 il ərzində bu çaşğınlıq yaratmayacaq bəs? çünki daha əvvələr digər adlarda belə olub dəyişib daha sonra nə ad olubsa eynisi qoyulub. Xəritə və sosial şəbəkələrdədə dəyişib. Redivy (müzakirə) 15:57, 6 noyabr 2025 (UTC)Cavabla
5 il ərzində bu ad daha populyar olarsa və orijinal adı keçərsə o zaman dəyişmək olar. İndiki halda əsas addan daha populyar deyil bu variant, nə işləklik baxımından, nə də mənbələr. Həmçinin adlandırma qaydaları tanınmış addan istifadəni tələb edir, mütləq rəsmi adı yox. Həm də belə bir təcrübə formalaşıb ki, sponsorluq adları əsas adla əvəz edilmir və girişdə qeyd edilməsi yetərlidir. Oxucu məqaləyə müraciət etdikdə bu barədə məlumat alır. Dediyiniz kimi bir şey tətbiq etməli olsaq, əvvəlcə konsensus tapmaq lazımdır ki, ümumi tətbiq edə bilək. Hörmətlə, Qədir (müzakirə) 16:02, 6 noyabr 2025 (UTC)Cavabla
Salam Qədir bəy ümid edirəm gününüz xoş keçir! Bir məqalə ilə bağlı sizə yazmışdım. 2018-2019cu illərdə tətbiq etdiyimiz Cənab Prezidentində qatıldığı Bakutel 2019 sərgisi ilə bağlı məqaləmizin başlığında kiçik problem var. Azərbaycanda ilk süni intellekt başlığına necə keçirdə bilərik? Tövsiyələriniz bizim üçün çox önəmlidir. zəhmət olmasa mənimlə ohmygoodedit@gmail.com vasitəsilə əlaqəyə keçin və ya başqa əlaqə vasitəsi varsa oradan fikirlərinizi öyrənim ~2025-31676-39 (müzakirə) 12:08, 6 noyabr 2025 (UTC)Cavabla
Mehdi Rzayev məqaləsində KARAN Səhnə adı olduğu üçün zəhmət olmasa İcazə verək ki KARAN Mehdi Rzayev olsun,çünki bütün axtarış sistemlərində KARAN Mehdi Rzayev olaraq axtarılır.Ümid edirəm Müzakirənin Xeyri olacaqdır. Alasgarmammadov (müzakirə) 13:09, 8 noyabr 2025 (UTC)Cavabla
Xeyr. Adlandırma standartlarına görə ya sadəcə ləqəb/təxəllüs qeyd edilməlidir ya da ad-soyad. Ləqəb qeyd edilməsi üçün orijinal adından daha çox elə tanına şəxs gərək. Hörmətlə, Qədir (müzakirə) 14:16, 8 noyabr 2025 (UTC)Cavabla
Fikrinizi başa düşürəm və adlandırma standartlarına hörmətlə yanaşıram. Lakin KARAN vəziyyətində, sənətçi kimi tanınması əsasən KARAN adı ilə olur və axtarış sistemlərində “KARAN Mehdi Rzayev” kimi axtarıldığı üçün bu şəkildə qeyd olunması həm istifadəçilərin məlumat tapmasını asanlaşdırar, həm də səhifənin daha əlçatan olmasına kömək edər.
Əgər mümkündürsə, səhifədə həm “Mehdi Rzayev” adı, həm də “KARAN” ləqəbi açıq şəkildə göstərilsin. Beləliklə, standartlara da əməl edilmiş olar, eyni zamanda tanınmış ləqəb də qorunmuş olar.
Hazırda səhifədə KARAN-ın şəkli yoxdur və bu hissənin tamamlanması, mövcud açıq mənbələrdən əldə edilmiş şəkillərin əlavə olunması vacibdir. Beləliklə, səhifə digər istifadəçilərin səhifələrinə bənzəyəcək və tanınmış ləqəb də qorunmuş olacaq. Alasgarmammadov (müzakirə) 12:28, 10 noyabr 2025 (UTC)Cavabla
Məqaləni tərtibat və ensiklopedik baxımdan Vikipediyaya uyğunlaşdırdıqdan sonra. Müzakirə səhifənizə bu barədə qeyd buraxmışam. Hörmətlə, Qədir (müzakirə) 22:19, 9 noyabr 2025 (UTC)Cavabla
Salam. Niyazi Misrininingiliscə səhifəsində iki dilə - ərəb və ordu dilinə keçid var. Amma mənim keçid qoyduğum səhifədə ingilis, çin, alman və türk dilinə keçid var, qalan dillərə keçid yoxdur. Xahiş edirəm ki, baxın. Dillərlə əlaqələndirərkən mən səhvə yolvermişəm, yoxsa sistem xətasıdır? كتب محمد (müzakirə) 05:14, 12 noyabr 2025 (UTC)Cavabla
Farscanı redaktə etmək üçün yetərli biliyə sahib deyiləm. Sadəcə hərflərin çoxu ərəbcədəki hərflərlə eynilik təşkil etdiyindən üzdən oxumağı bacarıram və onu deyə bilərəm ki, farscada da vəziyyət eynidir. Qəzənfər Musabəyov AXC tərəfdən, Qaçaq Mayıl ilə Anastas Mikoyan isə SSRİ tərəfdən göstərilib. كتب محمد (müzakirə) 14:05, 13 noyabr 2025 (UTC)Cavabla
Qədir bəy, o adamların etdiyi vandalizmin qarşısını aldığınız üçün həmçinin sizə və nicat49 adlı bir adminə qarşı da qeyri-etik ifadələr işlədiblər. Hamsının sübutu var. Onlardan biri hətta sistem işində işləyir ~2025-33094-07 (müzakirə) 20:42, 12 noyabr 2025 (UTC)Cavabla
@ChanisCaucasi: təəssüf. Bu bölmə çox vaxt və səy tələb edir. İş bölgüsündə qeyd edilmiş digər bütün istiqamətlərə baxıram. İnzibatçı seçkinizin uğurlu/uğursuz yekunlaşmasından asılı olmayaraq müvafiq hüquq üçün müraciət edib maraqlana bilərsiniz özünüz də. Bəlkə namizədlik bitənə kimi müraciət edəsiniz? Hörmətlə, Qədir (müzakirə) 20:38, 19 noyabr 2025 (UTC)Cavabla
Mümkünsə Zəki Beyləqani məqaləsini silin (və ya birləşdirin) zəhmət olmasa. Çünki bu var. Bəzi yerli mənbələr məni çaşdırdı. Elə bildim başqa adamlardı. Sonra araşdırandan sonra gördüm ki, eyni şəxslər imiş. Yoxsa bunu yaratmazdım.
Buna oxşar bu vəziyyəti də müəyyənləşdirdim:
Turkmen salam. O yekunlaşdırmanı səhv etmişdiniz. Bir istifadəçinin də səsvermə hüququ yox idi həm də. Bitərəf səslər nəzərə alınmadan oradakı faiz 66.7-dir. Bitərəflər xaric 24 etibarlı səs var, 16 lehinə, 8 əleyhinə. Uğurlu qisim 66.7, uğursuz isə 33.3-dür. Səsvermə hüququnu yoxlama zamanı istinad etdiyiniz qaydada bitərəf səslərin nəzərə alınmadığı qeyd olunub. Hörmətlə, Qədir (müzakirə) 05:35, 18 noyabr 2025 (UTC)Cavabla
Səsvermənin tənzimləndiyi VP:TSQ-də bitərəf səslərin nəzərə alınmaması barədə heç bir qeyd yoxdur, ümumi səslərdən bəhs edilir. Siz konkret olaraq hansı qaydanı nəzərdə tutursunuz? Turkmenmüzakirə05:38, 18 noyabr 2025 (UTC)Cavabla
Bitərəf səslər ümumiyyətlə nəticəyə heç bir təsir etmir. Çünki onları necə hesablayacaqsız? İndiyə kimi analoqu olmayıb. VP:TSQ-ni bilirəm, amma biz səslərin etibarlılığını da VP:İBSQ-yə əsasən aparmışıq. 43 faizi haradan necə almısınız maraqlıdır mənə. Amma yanlışdır, 66.7-dir düz olan: 16 ÷ 24 × 100 = 66.67%. Hörmətlə, Qədir (müzakirə) 05:45, 18 noyabr 2025 (UTC)Cavabla
Anlamadım. Siz deyirsiniz ki, müvafiq qayda ilə bitərəf səslər sayılmamalıdır, amma müvafiq qayda olan VP:TSQ-də belə bir qeyd yoxdur. VP:İBSQ isə adından məlum olduğu kimi adminlər və bürokratlar üçündür. VP:İBSQ-də də vaxtilə bitərəf səslər ümumi faizə aid edilirdi və lokal dəyişiklik ilə bitərəf səslər ayrı tutuldu. Eynilə qlobal praktikanı izləyərək, əgər "mümkündürsə" biz də VP:TSQ-də lokal səsvermə ilə bitərəf səsləri ayıra bilərik. Bunun üçün isə əgər istəyirsinizsə sizə sadə araşdırma və bir təklif bəs edir. Amma sizin bürokrat qərarını özbaşınıza, müzakirəsiz dəyişdirməyiniz ən aşağısı qlobal təcrübədə belə yoxdur və doğru deyil. Turkmenmüzakirə06:01, 18 noyabr 2025 (UTC)Cavabla
VP:İBSQ-ni deyirəm. VP:TSQ-də açıq-açıq yazılmağına ehtiyac yoxdur ki bunun. Ən azı məntiqlə götürəndə bitərəf səslərin nəticəyə təsir etmədiyini başa düşmək olur. VP:İBSQ adminlər və bürokratlar üçündürsə onda səsvermə hüquqları nəyə görə ona əsasən hesablanırdı? Qərarı dəyişməmişəm, yanlışa düzəliş etmişəm. 43% qərar deyil, sizin onu bitərəf səsləri hesablayaraq necə əldə etdiyiniz maraqlıdır hələ də. Ümumi etibarlı 24 səsin 16 ədədi 66.7 faiz edir, 43 yox. Hörmətlə, Qədir (müzakirə) 06:19, 18 noyabr 2025 (UTC)Cavabla
Baxın Qədir, istifadəçilərin səsvermə hüququ tənzimləmələri başqa şeydir. Hansı ki, onların səsvermə hüququ ilə bağlı qeydlər VP:İBSQ və VP:SV ilə tənzimlənir və hər ikisində də eyni qeydlər var. Amma bizim müzakirə etdiyimiz məsələ başqadır. Bizim müzakirəmiz qlobal qayda olan VP:Təftişçilərin seçilməsi qaydalarıdır və ona uyğun olaraq yekunlaşdırma zamanı bitərəf səslərin nəzərə alınıb-alınmamasıdır. Və o qaydada da deyilir ki, ümumi olaraq səsvermədə namizəd minimum 25 lehinə səs almalıdır və 70-80% müsbət nəticə əldə etməlidir. Yəni bitərəf səslə bağlı qeyd yoxdur. Və buna uyğun olaraq sizin aldığınız ümumi 29 səsdən (100%), yuvarlaq olaraq 16-sı (55%) lehinə, 8-i (28%) əleyhinə və 5-i (17%) bitərəfdir.Turkmenmüzakirə06:48, 18 noyabr 2025 (UTC)Cavabla
Belə ölçülmür. Ümumi etibarlı səslər nəzərə alınır. 25 səs və 8 əleyhinə ilə seçilmək mümkün idi (25 ÷ 33 × 100 = 75.76%). Faizə 66.7 yazılmalıdır. Bitərəf səslər nə qarşı səslərə aid edilir, nə də dəstək səslərinə. Qaydada bu barədə yazmaq da çox absurd olardı, faizin hesablanmasında rol oynamır. Hörmətlə, Qədir (müzakirə) 07:13, 18 noyabr 2025 (UTC)Cavabla
Sonuncu dəfə sizinlə ortaq nöqtəyə gəldiyim yadıma düşmür. Görünür ki, sizinlə nəticəyə fokuslanmaq mənasızdır. Yaxın bir neçə gündə bu barədə araşdırıb, rəsmiləşdirilməsi üçün müzakirə açacam. Turkmenmüzakirə08:08, 18 noyabr 2025 (UTC)Cavabla
Ümumiyyətlə sizinlə bu müzakirəni aparmaq mənasızdır. Ortaq nöqtəyə gələ bilməməyimiz bir kənara, adicə bunu başa düşmürsünüz. Mən sizə riyazi olaraq izah edirəm ki belə, siz yenə bildiyiniz kimi düşünürsünüz. İndiyə kimi seçkilərdə nəticə kimi ümumi etibarlı səslərin faizi götürülüb, bitərəf səslər nəzərə alınmayıb. Demədiniz ki 43-ü haradan almısınız. @Toghrul R və White Demon: siz də nəzər yetirin zəhmət olmasa. Hörmətlə, Qədir (müzakirə) 15:37, 18 noyabr 2025 (UTC)Cavabla
Riyazi izahın məsələyə heç bir aidiyyəti yoxdur. Eynisini yuxarıda mən də təqdim etmişəm. Səsvermə qaydalara əsasən tənzimlənməlidir və müvafiq qaydanın riyazi şərtləri əsasında müzakirə aparılmalıdır.--Turkmenmüzakirə16:46, 18 noyabr 2025 (UTC)Cavabla
Səslərin hesablanmasında bitərəf səsləri nəzərə almaq düzgün deyil. Biz bunu VP:İBSQ-də bildirmişik. İnzibatçı və bürokratların səsverməsində bitərəf səsləri nəzərə almırıqsa, təftişçilərin səsverməsində isə nəzərə almamalıyıq, yoxsa absurd bir durum yaranır. Lehinə səslərin faizini hesablayanda bitərəf səsləri də hesablayacaqlarsa, onda bitərəf səs verənlər de fakto əleyhinə səs vermiş sayılır ki. Çünki səs sayı artır və lehinə səslərin faizi azalır. Halbuki bitərəf səs o deməkdir ki, iştirakçı nə seçilməsinə qarşıdır, nə seçilməməsinə. Amma belə olanda seçilməməsinə passiv dəstək olur. Mən ümumiyyətlə düşünürəm ki, seçkilərdə "bitərəf" səs anlayışını yığışdırmaq üçün müzakirə aparmalıyıq. Nə lehinə, nə əleyhinə olmaq istəməyən adam elə səs verməsin, bəsdir, fikri varsa, şərhlərdə deyə bilər. Heç ölkələrdə parlament, prezident seçkilərində belə bitərəf səs anlayışı yoxdur. Sousou noFrieren15:56, 18 noyabr 2025 (UTC)Cavabla
Düzdür, mən də elə bunları deyirəm. Bitərəf səsləri isə yığışdırmanı dəstəkləmirəm. Nə isə zərəri yoxdu, gəlib şərhlərini bildirirlər mövqe olaraq. @White Demon, mübahisə uzanmasın deyə deyirəm, 66.7% düzdür, elə? Hörmətlə, Qədir (müzakirə) 15:59, 18 noyabr 2025 (UTC)Cavabla
@White Demon, zəhmət olmasa şərh yazmamışdan əvvəl müzakirənin əvvəlini yaxşı-yaxşı oxuyun. Əgər oxumağa həvəsimiz yoxdursa, şərh yazmaq heç kimə böyüklük gətirmir. Burada kiminsə səsverməsi, bitərəf səslərin hesablanması, yaxud əksi mənə maraqlı deyil. Mənə müvafiq qayda və onun şərtləri maraqlıdır və onlar "de fakto" və s. deməklə dəyişmir. Hansı ki, İBSQ və SV-da bəhs edilən bitərəf səslər mövzusu burada (VP:TSQ) qeyd olunmayıb. TSQ-də ümumi səsvermədən bəhs edilir. Yəni burada qalaq-qalaq şərh yazmaqdan və öz düşüncəmizdə "bitərəf" görünməyi bir kənara qoyub, qaydaları tənzimləli, çarxların işləməyinə dəstək verməli və mövcud status-kvo əsasında qərar verməliyik. Yoxsa hamı gəlib "de-fakto" belədir deyib qaydalara məhəl qoymasa, bura elə 5 il əvvəlki dərəbəylik olacaq. Turkmenmüzakirə16:38, 18 noyabr 2025 (UTC)Cavabla
VP:TSQ-də qeyd olunmayıbsa, deməli səhv edilib. İnzibatçıları və bürokratları seçəndə bitərəf səsləri nəzərə almırıq, amma təftişçiləri seçəndə yox? Elə şey olmur. Vikipediya bürokratiya deyil. Qaydada əksiklik varsa, onda bu əksikliyi nəzərə alıb, işimizi görməliyik. Vikipediyanın 5-ci prinsipi bizə deyir ki, əgər bir qayda ki, işimizi görməyə mane olursa, əksiklik varsa, məntiqi əsas gətirib istisna apara bilərik. Sousou noFrieren16:51, 18 noyabr 2025 (UTC)Cavabla
@White Demon, elə həmin prinsip bizə deyir ki, fikrimizi bildirmək üçün qaydaları pozmamalıyıq. VP:TSQ qlobaldır və lokal tənzimləmələr üçün manevr imkankları sərhədlidir. Qaydada səhv qeyd edilməsi və ya düz olması yuxarıda da yazdığım kimi müzakirə mövzusudur və araşdırılıb düzəliş verilməlidir. Elə eynilə mən də bitərəf səslərin hesablanmamalı olduğunu düşünürəm. Amma qaydada bu barədə qeyd yoxdursa, buna əməl ediıməlidir, "de-fakto" deməklə ya da şəxsi düşüncə ilə hərəkət etmək birmənalı şəkildə doğru deyil. Turkmenmüzakirə17:12, 18 noyabr 2025 (UTC)Cavabla
Hörmətli Turkmen, deyirsiniz ki, bitərəf səslər qeyd edilməyib. Necə ki inzibatçı seçkisində 30 səs gəlsə və 10 səs əleyhinə olsa yenə eyni vəziyyət olur (66.7%). VP:İBSQ də deyir ki 3/1-i keçməməlidir, bu halda da tam 3/1 olur elə. Bəs VP:TSQ-də qeyd edilib ki, səslərin etibarlılığı VP:İBSQ-yə əsaslanmalıdır? Ya da bu barədə müzakirə gedibmi? Yenə deyirəm, səhv məntiq yürüdürsünüz, bitərəf səslər ümumi etibarlı səslərə aid edilmir. Nə də sizin hesabladığınız kimi hesablanmır. Digər seçkilərdə də olduğu kimi ümumi etibarlı səslərin lehinə faizi əsas götürülür. @Sortilegus və Toghrul R: digər bürokrat kimi fikir bildirə bilərsiniz. Hansı ki mən burada mübahisəli bir vəziyyət də görmürəm heç. Hörmətlə, Qədir (müzakirə) 19:44, 18 noyabr 2025 (UTC)Cavabla
43% etmişdiniz, indi də yazmısınız ki 55. Doğrusu olacaq 66.7. Hamı səhv edə bilər, niyə belə edirsiniz anlamıram. O seçki onsuz da uğursuz yekunlaşıb. Hörmətlə, Qədir (müzakirə) 19:49, 18 noyabr 2025 (UTC)Cavabla
@Qədir, ya siz həqiqətən bilmirsiniz nədən danışdığımızı, ya da bilirsiniz amma başqa şeylərdən danışırsınız. Yox əgər bilmirsinizsə, niyə yekunlaşdırmaya soruşmadan niyə müdaxilə edirsiniz, bu ayrı bir maraqlı məqamdır. Ümumi olaraq mən müzakirəni başladandan bəri verdiyiniz cavabların əksər hissəsinin mövzu ilə əlaqəsi belə yoxdur. Yuxarıda da qeyd etdiyim kimi sizinlə ortaq nöqtəni tapmaq mümkün deyil. Siz daha çox müstəqil qərarlara üstünlük verirsiniz. Digərləri fikir bildirərlər, onları cavablayaram. Yuxarıda mənim yazdığım şərhlərə göz atmaq məncə məsələni başa düşmək üçün kifayətdir. Turkmenmüzakirə20:07, 18 noyabr 2025 (UTC)Cavabla
Faizi düzgün hesablamırsınız. Yetəri qədər açıq deyilmi? Orada bitərəf səslər barədə yazılmamasını ortaya atmısınız, yazılsa mənasız olardı, onsuz açıqdır ki belədir. Hər nöqtəsinə-vergülünə kimi yazılmır hər şey. Nə ortaq nöqtəsi? İnzibatçı/bürokrat seçkisini necə yekunlaşdırırsınız da bu da elə hesablanıb yekunlaşdırılmalıdır. Yox, əgər riyazi biliyiniz azdırsa bunu qəbul etmək ayıb deyil. Hörmətlə, Qədir (müzakirə) 20:13, 18 noyabr 2025 (UTC)Cavabla
Bununla artıq dördüncü dəfə soruşuram ki, 43-ü necə əldə etdiniz? İndi də silib yanlış hesablayaraq — ümumi səslərin faizini götürürək 55-i yazdınız. Hörmətlə, Qədir (müzakirə) 20:14, 18 noyabr 2025 (UTC)Cavabla
Nə faizi, nə riyaziyyatı yaraşıq? Guya indi iynələyib trip atırsız mənə? Bu sualları verəndə heç gedib öz səsvermənizin tarixçəsindəki rəqəm dəyişikliyinə baxmısınızmı? Nəbilim vallah... Turkmenmüzakirə20:28, 18 noyabr 2025 (UTC)Cavabla
Turkmen, xahiş, sakinləşin və ondan sonra fikir bildirin, çünki belə sərt alınır rəyləriniz. Səbrsizlik, yəqin ki, var, amma əvvəl-axır məsələlər həll olunur. --► Hörmətlə: ChanisCaucasi20:07, 19 noyabr 2025 (UTC)Cavabla
Deyirsiniz ki, VP:TSQ-də "ümumi səslərdən bəhs edilir", lakin həmin mətndə belə bir şey yoxdur. Qeyd olunur ki, "minimum 25-30 dəstək səsi və 70-80% dəstək faizi almalıdırlar". Qayda boşluqlu yazılıb, nə demir ki, bitərəf səslər sayılmamalıdır, nə də ki, ümumi səslərdən söhbət gedir. Digər səslərin sayılması haqqında qaydalarda bildirilir ki, bitərəf səslər sayılmamalıdır. VP:TSQ hər iki tərəfin iddiasını dəstəkləmir, tək yol inzibatçılar arasında müzakirə ola bilər (icma da ola bilər, amma bu, kiçik məsələdir deyə lüzum görmürəm). Mənim fikrimcə, ümumiyyətlə bitərəf səs anlayışı ləğv edilməlidir. Bu, "şərh" rolunu oynayır sadəcə. --► Hörmətlə: ChanisCaucasi20:15, 19 noyabr 2025 (UTC)Cavabla
@ChanisCaucasi, əlbəttə həll edilməlidir. Amma özbaşınalıqla yox, müzakirə və ortaq yol (konsensus) tapmaqla. Məsələn, sizdən başqa digər istifadəçi də qaydada boşluq olduğunu deyib amma Qədir aşağıdakı şərhində belə bir şey olmadığını iddia/zənn edir. Qayda qlobal olduğu üçün dəyişiklik imkanlarını əvvəlcə araşdırdım. Yaxında qaydada bu qeydin yerləşdirilməsi haqqında müzakirə açacam, stüardlarla müzakirə etmişəm və təftişçi hüququ olan layihələrə göz atmışam. Şəxsən mən də bitərəf səslərin sayılmasını dəstəkəmirəm. Aşağıdakı şərhdə istifadəçi özü referans verib, əgər həll yolu varsa mən razılaşıram.
Qaldı ki, Qədirə, bu istifadəçinin davranışları mənə görə qaydasında deyil. Yəni belə istifadəçilərlə "başımız dinc olsun deyə" razılaşmaq olmaz. Misal üçün, teq etdiyi istifadəçilərin böyük qismi müxtəlif vaxtlarda ona sərt sözlər deyiblər. Amma yenə də özbaşına başqalarının redaktələrinə rahat müdaxilə edirsə və yenə özünə söz götürməyi məqbul hesab edirsə mənim şəxsən sözüm yoxdur. Yaxud verdiyi cavablar. Bu cavablar arqument deyil, riyaziyyat, faiz filan və ya "mən düzəm, o, səhvdir". Bu nədir indi? Turkmenmüzakirə05:43, 20 noyabr 2025 (UTC)Cavabla
Əlaqəsiz şeylər danışmayın. Bu başlıq həqiqətən bu məsələni (ortada məsələ olduğunu düşünmürəm) həll etmək üçün açılıb ya zidd gedirik deyə mənə ilişməyiniz/mənim fəaliyyətimi müzakirə etməyiniz üçün? Aşağıdakı bənzər keysdə səhv olduğunuzu anladınız və müvafiq düzəlişi etdiniz. Mən də bu dəfə dedim ki hər halda onu bilir amma yenə də səhvə yol verib. Ona görə də xoşniyyətli şəkildə özüm düzəltdim. Yenə deyirəm, seçki uğursuz yekunlaşıb və mən də bunu qəbul etmişəm. Hörmətlə, Qədir (müzakirə) 14:27, 20 noyabr 2025 (UTC)Cavabla
ChanisCaucasi "steward"a kimi danışmışam, deyir ki mən düzəm. Onsuz bilirəm. Qayda boş zad deyil, envikidə olan qaydadır. Onlar da mən deyən kimi edirlər, əslində biz də elə inzibatçı-bürokrat seçkisini necə hesablayırıqsa bu da elə olmalıdır. Bircə minimum dəstək səsi və faizi söhbəti fərqlidir, həmin hüquqlardan. VP:TSQ etibarlı 70–80% səs deyir, mən də 66.7% dəstək səsi almışam (etibarlı lehinə və əleyhinə səslərin dəstək faizi, əleyhinə də 33.3%-dir: 24/16/8). @Əkrəm, Sura Shukurlu, Samral, Araz Yaquboglu, Bikar, Eminn və Nemoralis: sizi də dəvət edirəm. Buranı da oxuyun zəhmət olmasa. Yenə belə bir vəziyyət yaranıb. Nəticə. Hörmətlə, Qədir (müzakirə) 20:48, 19 noyabr 2025 (UTC)Cavabla
@Turkmen, siz nə danışırsınız, xəbəriniz var? "Başımız dinc olsun deyə razılaşmaq olmaz" deyirsiniz, amma mənə də deyirlər, Turkmen yaxşı vəziyyətdə deyil, yola verin. Heç bir halda bu sizə burada mənə və ya kiməsə qarşı istədiyiniz kimi nəzakətsiz ifadələr işlətməyə icazə vermir. Yaxşı deyilsinizsə ara verin. Ümumiyyətlə, iki şey var: ya mən sizə izah edə bilmirəm ya da səhvi bilə-bilə üzərinə gedirsiniz ki anlamıram niyə belə edirsiz. Yəqin bu qədər kənardan da mənasız görünən müzakirədən sonra səhv olduğunuzu qəbul etmək istəmirsiniz. Xahiş edirəm, etməyin belə. Bu seçkinin nəticələri niyə inzibatçı seçkisinin nəticəsindən fərqli hesablanmalıdır? VP:TSQ deyir ki namizəd 25–30 dəstək səsi və 75–80% dəstək faizi almalıdır. Riyaziyyatı ona görə dedim ki 43-ü haradan aldığınızı demədiniz. Götürüb ümumi səsləri hesablayıb tapmısınız (17/39x100=43% ❌). Burada da elə etmişdiniz, nəticə isə belə oldu. Bundan da xəbərdarsınız. Yəni əvvəl 43, sonra bitərəfləri ortaya ataraq 55 yazdınız (16/29x100=55% ❌). Bu bir-birini tutmayan hərəkətlərinizə nə ad vermək olar? Mən adım kimi əminəm ki ora əvvəl-axır 66.7 yazılacaq (16/24x100=66.7% ✅). Görək onda da özünüzdə günah görməyib məni ittiham edəcəksiniz yenə ya yox. Yəqin ki. Məndən fərqli olaraq, sizin davranışlarınız qaydasında deyil, məncə. Hörmətlə, Qədir (müzakirə) 14:06, 20 noyabr 2025 (UTC)Cavabla
Qaydaya düzəlişə gəlincə, Turkmen iddia etdiyi kimi deyil, bu qaydanın minimum şərtləri hazırda mənim nəticənin necə hesablandığını dediyim kimidir. Başqa cür nəticələr hesablana bilməz. Yəni bu dəyişiklik heç bir məna verməyəcək. Bu müzakirə kimi. Hörmətlə, Qədir (müzakirə) 14:37, 20 noyabr 2025 (UTC)Cavabla
Invitation for a session "Tools and features for Users with Extended Rights"
Hi, you are receiving this invitation as you are either patroller and/or admin in your community and CEE Hub is preparing a session called Tools and features for Users with Extended Rights, which we think that it will be interesting for you.
The session is organised by the CEE Hub along with Wikimedia Foundation’s Movement Communications regional specialist Natalia Szafran-Kozakowska. Speakers in the session are Product Managers and Software Engineers from Wikimedia Foundation, so you will hear recent updates, new developments, and they will answer questions. So, please think what you want to ask them and come to the session.
The session will be held on Tuesday, December 2nd, 2025 at 17:00 CET. Please register yourself here.
Salam. Bu istifadəçi vandalizm ilə məşğuldur. Mənbələri silir, həmin yerə başqa mənbə əlavə edir, mənbədə göstərilmiş məqalə adlarını və s. dəyişir. Xahiş edirəm ki, xəbərdarlıq edin. كتب محمد (müzakirə) 11:09, 20 noyabr 2025 (UTC)Cavabla
@Medineli92, salam. Özünüz də istifadəçi ilə müzakirə apara və xəbərdarlıq edə bilərsiniz. İnzibati tədbir görməyə ehtiyac yaranarsa mənə və ya digər inzibatçılara müraciət edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 14:10, 20 noyabr 2025 (UTC)Cavabla
Xalq artisti Niyaməddin Musayev həyat və yaradıcılığı natamam qeyd olub zəhmət olmasa düzəliş ederdiz , mən edirəm silirsiz. Keyfiyyətsiz şəkillərdi mən diplomları yüklədim , şəkillərdə həmçinin .
Məqalədə olan məlumatlar köhnədir və qeyri-dəqiq görünür. Daha dəqiq məlumatların əlavə olunmasını və keyfiyyətsiz şəkillərin yenilənməsini təklif edirəm. Lazım olsa, daha yaxşı foto və rəsmi sənədlərin surətlərini təqdim edə bilərəm. Yazar sevda (müzakirə) 12:48, 29 noyabr 2025 (UTC)Cavabla
Rəhimov Əsgər haqqında səhifəni silmisiniz. (İ1: Ad fəzaları arasında istiqamətləndirmələr) bu kriyeriyalara görə. Konkret göstərə bilərsiz nə düz deyil, bir də bütün istiqamətlər işləyir orda Askerju (müzakirə) 10:40, 2 dekabr 2025 (UTC)Cavabla
Bunu deyirsənsə əlavə edəcəyini düşünməmişdim. Xoşniyyətlə əlavə etmişəm, əsas odu əlavə olunub. Tamam, bundan sonra diqqət yetirəcəm. Təşəkkürlər. Hörmətlə, Qədir (müzakirə) 05:55, 3 dekabr 2025 (UTC)Cavabla
Siz və Turkmen-ə 6 ay müddətinə qarşılıqlı əlaqə qadağası tətbiq olunub. Bu xəbərdarlıq yerləşdirildiyi andan etibarən aşağıdakılardan birini etdiyiniz hər hal üçün hesabınıza xəbərdarlıq edilmədən 3 günlük blok dərhal tətbiq ediləcəkdir:
Turkmen-nin istifadəçi səhifəsində və onun müzakirə səhifəsində heç bir redaktə apara bilməzsiz
eyni müzakirələrdə iştirak edə bilərsiz, amma müzakirələrdə Turkmen-in şərhlərinə cavab yaza bilməzsiz
Turkmen-in adını heç bir yerdə teq edə bilməzsiz* heç bir səhifədə Turkmen-in redaktəsini qaytara və ya başqa üsulla poza bilməzsiz
heç bir səhifədə Turkmen-dən bəhs edə, onun haqqında şərh yaza və ya ona eyham vuraraq müzakirə apara bilməzsiz
təşəkkür funksiyasından istifadə edərək Turkmen-ə təşəkkür edə bilməzsiz. Qeyd edim ki, qarşılıqlı əlaqə bloku 2 iyun 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 23:59-da bitəcəkdir.
@Nemoralis, məncə şərhlər gəlsəydi yaxşı olardı. Həmçinin sizinlə də zaman-zaman mübahisəmiz olur deyə (həmin müzakirədə də qeyd etmişəm) obyektiv başqa bir üçüncü tərəf qərar versə düzgün olar. Məsələn, White Demon. Hörmətlə, Qədir (müzakirə) 12:08, 3 dekabr 2025 (UTC)Cavabla
Mən Wikipedia-da yeni istifadəçiyəm. Məqaləni sehirbaz vasitəsilə yaratdım ancaq silinməyə getdi. Mümkünsə silinmə səbəbini daha detallı izah edərdiniz. Nəyi və harada səhv etmişəm.
Hər iki məqalə rəsmi və etibarlı mənbələrə əsaslanır, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (mys.gov.az), Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (aija.az), Oxu.az, Sportline.az, Publika.az, Konkret.az, Veteran.gov.az və digər kütləvi informasiya vasitələrinə istinad edilmişdir.
Məqalələr ensiklopedik üslubda tərtib olunmuş, orijinal tədqiqat və reklam elementləri çıxarılmışdır.
Əlavə olaraq, şəkillər CC BY-SA 4.0 lisenziyası ilə təqdim edilmiş, formatlar isə digər idman xadimlərinin məqalələri (məsələn, Cavanşir Qurbanov) ilə eyni quruluşda hazırlanmışdır.
Xahiş edirəm, hər iki məqalənin qaralama statusundan çıxarılaraq əsas ensiklopediya bölməsinə keçirilməsini nəzərdən keçirəsiniz.
Məqalələrin məqsədi şəxsi təşviqat deyil, Azərbaycan idman tarixində əhəmiyyətli şəxslərin fəaliyyəti barədə ensiklopedik məlumatların toplanmasıdır.
Diqqətinizə və yardımınıza görə öncədən təşəkkür edirəm.
Hörmətli Vikipediya redaktorları və administratorlar,
Deftech Azerbaijan LLC haqqında məqalənin ensiklopedik əhəmiyyətlilik tələblərinə uyğun olmadığı səbəbilə silindiyini gördüm. Bu qərara hörmətlə yanaşıram, lakin bir neçə əlavə məlumatı diqqətinizə çatdırmaq istərdim.
Deftech Azerbaijan, Azərbaycanın müdafiə sənayesində fəaliyyət göstərən və süni intellekt, pilotsuz uçuş aparatları (UAV) və hərbi texnologiyalar sahəsində beynəlxalq tanınma qazanmış bir şirkətdir. Şirkət haqqında bir sıra müstəqil və etibarlı beynəlxalq media orqanlarında məqalələr dərc olunmuşdur. Bunlara aşağıdakılar daxildir:
- Army Recognition (https://www.armyrecognition.com)
- Defense-Update (https://defense-update.com)
- DefenseHere (https://defensehere.com)
- APA.az, Caliber.az, Repost.az kimi yerli xəbər portalları
Bu mənbələrdə Deftech-in DT-001, DT-101, F-1500, F-5000, OWL və MT-100 kimi məhsulları, eləcə də ADEX 2022 və ADEX 2024 beynəlxalq müdafiə sərgilərində iştirakı geniş şəkildə işıqlandırılmışdır. Həmçinin şirkətin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə məxsus Milli Aerokosmik Agentlik (MODIAR) ilə birgə layihələri (OWL mobil müşahidə sistemi və TETRIS elektron müharibə modulu) ictimai mənbələrdə sənədləşdirilmişdir.
Məqalədə yalnız ictimaiyyətə açıq, mənbələri göstərilmiş və reklam xarakteri daşımayan faktlar yer almışdır. Deftech-in fəaliyyəti artıq beynəlxalq jurnallarda dərc olunan araşdırmalarla təsdiqləndiyindən, onun barədə məqalənin Vikipediyada saxlanılması Azərbaycan texnologiya tarixinin inkişafı baxımından da dəyərlidir.
Xahiş edirəm, göstərilən mənbələri nəzərdən keçirərək məqalənin bərpasını və ya qaralama (draft) statusunda saxlanılmasını təmin edəsiniz.
Ümid edirəm, yaxşısınız. Bir məqalə ilə bağlı rəy və yönləndirmənizə ehtiyacım var. Məqalə qaralama statusundadır və tanınmışlıq, mənbələr və struktur baxımından uyğunlaşdırılıb. Əgər mümkün olarsa, baxış keçirib çatışmazlıq varsa qeyd etməyinizi xahiş edərdim. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Hörmətli Qədir müəllim. Sizi "Zəka Mirzəyev" məqaləsi ilə bağlı narahat edirəm. Məqalədə qeyd olunan iradları nəzərə alaraq mətni tamamilə neytrallaşdırmışam. Ən əsası, ilkin mənbələri müstəqil KİV istinadları ilə əvəzləyərək məqaləni ensiklopedik tələblərə uyğunlaşdırmışam. Zəhmət olmasa, imkan daxilində məqaləyə nəzər yetirib xəbərdarlıq şablonlarının götürülməsinə köməklik edərdiniz. Öncədən təşəkkür edirəm. Mirsadig Sadikhzada (müzakirə) 12:29, 24 dekabr 2025 (UTC)Cavabla
Zəka Mirzəyev barədə məqalənin ensiklopedik üsluba uyğunlaşdırılması
Hörmətli Qədir müəllim, Zəka Mirzəyev ilə bağlı Vikipediya mətninin istinadları ikinci dərəcəli mənbələrlə dəyişdirildi və mətnin üslubu CV formasından çıxardılıb ensiklopedik formaya uyğunlaşdırıldı. Məqalənin Vikipediyanın tələblərinə cavab verdiyini nəzərə alaraq, zəhmət olmasa "Ensiklopediklik" şablonunun silinməsinə köməklik göstərərdiniz. Təşəkkür edirəm. Mirsadig Sadikhzada (müzakirə) 17:32, 28 dekabr 2025 (UTC)Cavabla
Salam.
Mən tərəfindən hazırlanmış Oxu.az xəbər saytının səhifəsini qaralanma statusuna qoymusuz.
Səbəbini bilmək olar, çunki səhifə tam vikipediya qaydalara uyğundur, VP:EƏŞT tam uyğundur, kifayət qədər istinadlar qeyd olunub. IbrahimovElchin (müzakirə) 10:55, 1 yanvar 2026 (UTC)Cavabla
İmkan daxilində qeyd edə bilərsiz ki hansı məlumatları əlavə etmək lazımdır ora, yəni nə çatışmır? çunki digər səhifələrdə baxıb məsələn Report, APA, Trend onu tərtib etmişəm IbrahimovElchin (müzakirə) 11:10, 1 yanvar 2026 (UTC)Cavabla
İstinadlar əsasən elə həmin saytadır. Məlumat qutusu aşağıda verilib. Məqalənin məzmun üslubunda tərəfli və reklam kimi qəbul ediləcək ifadələr var və məqalədə yalnız ensiklopedik detallara ensiklopedik şəkildə yer verilməlidir. Bənd-bənd əvəzinə, adətən cümlə və paraqraf şəklində olan tərz daha axıcı və ensiklopedik qəbul edilir. Hörmətlə, Qədir (müzakirə) 11:59, 1 yanvar 2026 (UTC)Cavabla
Məlumatı yenidən tərtib etdiyiniz üçün təşəkkür edirəm.
Daha obyektiv bölmələr və mənbələr əlavə etdim.
Vaxtınız olanda səhifəyə yenidən baxmağınızı və mümkünsə səhifənin dərc olunması üçün daha nələri silmək və ya əlavə etmək lazım olduğunu göstərməyinizi xahiş edirəm.
Selamlar. Afaq Sultanova 2010'da IBSA Judo World Championship'te Antalya'da altın alıyor. Ertesi seneyse yine Antalya'da bu sefer IBSA World Championships and Games de judo dalında altın alıyor. Ondan ötürü bir karışıklık oldu affola. Azericem yetmediğinden bunu sayfaya ekleyemiyorum. Siz ekleyebilirseniz çok iyi olur. Saygılar Yusufemreaybakan (müzakirə) 23:14, 3 yanvar 2026 (UTC)Cavabla
Salam
Qeyd etdiyiniz kimi Oxu.az saytında məlumatları tərtib olunub, digər populyar saytlardan isinadlar qeyd edilib
Zəhmət olmasa diqqət yetirib səhifəni dərc edəsiz
Təşəkkür edirəm IbrahimovElchin (müzakirə) 15:00, 5 yanvar 2026 (UTC)Cavabla
Hörmətli Qədir bəy, səhifə sonuncu dəfə (30 noyabr 2025-ci il) silindikdən sonra bu gün əlavə istinadlar göstərilərək yenidən əlavə olundu, lakin sizin tərəfinizdən yenidən silindi. Zəhmət olmasa, niyə silindiyini qeyd edə bilərsiniz? Mən bu mövzuda özümü təkmilləşdirmək istəyirəm. Yeni istinadlar tapılıb əlavə olunmuşdu. Təşəkkür edirəm öncədən VeriSmith (müzakirə) 00:23, 9 yanvar 2026 (UTC)Cavabla
Zəhmət olmasa edin, lakin mən digər məqalələrə baxmışam, demək olar ki, hər şey qaydasında görünür, bilmək istəyirəm nəyi təkmilləşdirməliyəm? Hörmətlə, VeriSmith (müzakirə) 04:09, 9 yanvar 2026 (UTC)Cavabla
Qədir bəy, mən səhifəni yenidən yaratmışam. zəhmət olmasa, hansı təkmilləşdirilmələr aparılmalıdır bu barədə məlumat verin mən elə səhifənin üzərində düzəlişlər aparım. Hörmətlə, VeriSmith (müzakirə) 08:48, 9 yanvar 2026 (UTC)Cavabla
Məqalədəki bir mənbə sərəncamdır, digərində şəxsin adı keçir, digəri də yarımüsahibədir. VP:EM və VP:ƏSAS səhifələrinə nəzər yetirin. İndiki halda şərtləri ödəmədiyini nəzərə alaraq qaralamaya köçürdüm. Hörmətlə, Qədir (müzakirə) 11:58, 9 yanvar 2026 (UTC)Cavabla
Təşəkkür edirəm, Qədir bəy. Mən qeyd etdiyiniz səhifələrlə tanış oldum, və anladığım qədərilə ümumi olaraq:
etibarlı mənbə; (VP:EM)
Əgər şəxs haqqında etibarlı, bir-birindən və mövzudan asılılığı olmayan ikinci dərəcəli mənbələrdə əhəmiyyətli məlumat mövcuddursa, o ensiklopedik hesab oluna bilər. (VP:ƏSAS)
Deməli şəxs haqqında (müsahibə, fəaliyyəti ilə bağlı hansısa məqalə və s.) rəsmi xəbər və ya digər saytlarda olmalı və oradan istinad verilməlidir. Yarım başlıq, adının keçməyi və s. qəbul olunmur.
Əsas tələb olunan mənbələr varsa onların yanında əlavə oluna bilər. Amma birbaşa təkcə həmin mənbələr yetərli deyil. Müsahibələr ilkin mənbə olduğu üçün; o da dəstəkləyici mənbə kimi digər mənbələrlə birgə qəbul edilir. Hörmətlə, Qədir (müzakirə) 15:12, 9 yanvar 2026 (UTC)Cavabla
Məsələn, hansısa xəbər saytında şəxsin hansısa bir fəaliyyətilə bağlı məlumat olarsa eyni qaydada digər bir saytda və ya həmin saytda müsahibə də olarsa (dəstəkləyici olması baxımından) bu zaman qəbul edilə bilir?
Men sehife yaratmisdim, siz Qaralama hissesini qoydunuz. Zehmet olmasa sebebini izah ede bilersinizmi? Men size nezeren Wikipediada daha az tecrubeliyem, belke neyise sehv etmisem bilmek isterdim.
Sebeb eger tek menbelerin azligidirsa, burada men esas melumati Emircan (Xile) Şecereleri kitabindan goturmusem. Orada gordum ki, bele guclu muhendis haqqinda Googleda basqa hec bir yerde hec bir melumat yoxdur. Belke, kohne SSRİ qezetlerinde bezi meqaleler olmalidir amma onlari elde etmeyim mumkun deyil ve onlarin onlayn sekilde tapa bilmedimş Ozunuz de agahsiniz ki, SSRI dovrunde bele adamlar gizli qehremanlar hesab olunurdu ve onlar haqqinda melumat tapmaq demek olar mumkun deyildi. Ona gore internetde bele cox menbe olmayacaq. Men ozum de Emircanliyam ve kitabi oxuyaraq meqaleni ele hazirlamisam. Onlayn linkini de asagida yerlesdirmisem ve pdf seklinde oxumaq mumkundur. Yene de fikrinizi bilmek isteyerdim, neyise inkisaf etdire bileremmi ve ya deyise bileremmi.
Salam Qedir bey. Tesekkur edirem. Dunen Emircan kendine getmisdim. Kerim Babanin qizi ile gorusdum ve o mene yeni menbeler verdi. Meqaleye yeni istinadlar getirdim. Bundan elave sekillerde SSRI dovrunde verilmis serencamlar, medallarin nomresi de aciq sekilde qeyd olunub. Umid edirem, artiq bu gorkemli muhendis haqqinda sehife meqsede muvafiq sekilde yazilmisdir. Zehmet olmasa, onu qaralama hissesinden cixarib paylasardiniz. Bir daha fikirleriniz ve tekliflerinizcun tesekkur edirem.
Qaralama:Şair Cavad (aşıq) məqaləsi ilə bağlı müraciət edirəm. Məqalə hazırda qaralama statusundadır və əsas məkana köçürülməməsi, eləcə də axtarış nəticələrində görünməməsi ilə bağlı köməyinizə ehtiyacım var.
Bildirmək istəyirəm ki, mən Şair Cavadın kötücəsiyəm. Məqalə şəxsi münasibət əsasında deyil, mövcud çap olunmuş kitablar, televiziya verilişləri və digər etibarlı mənbələr əsasında, neytral və ensiklopedik üslubda hazırlanmışdır. VP:ŞƏXS və digər müvafiq qaydalara uyğunlaşdırmaq üçün rəy və tövsiyələriniz mənim üçün çox dəyərlidir.
Zəhmət olmasa, məqalədə hansı hissələrin təkmilləşdirilməsinə ehtiyac olduğunu və ya əsas məkana köçürülməsi üçün hansı addımları atmalı olduğumu bildirərdiniz.
You have deleted the detailed information of the person(Giray Altınok) template on the page. In general, what should be the standard when writing an article, can you give a sample? Kazakhhiker (müzakirə) 19:50, 15 yanvar 2026 (UTC)Cavabla
Salam, bəy. Yazıçı İlham Əzizin səhifəsinin silinməsi ilə bağlı "Təkcə bir kitabı nəşr edilib. İstinadlar aldığı müsahibələr, yazdığı məqalə və esse və kitab təqdimatı xəbəridir." şəklində əsaslandırılıb. Dünyada cəmi bir kitabı çıxan və vikipediya məqaləsi olan onlarla yazıçı var. Bəzi səhifələri silmədən öncə həmin şəxslərin ədəbiyyatdakı xidmətləri də nəzərə alınmalıdır. Konkret İlham Əzizə gəldikdə isə, yaradıcılığa təxminən 50 yaşından sonra başlayıb və hələki cəmi bir kitabı nəşr edilib. Ədəbi proseslərdə aktivdir, AYB üzvüdür və yaradıcılığı təqdirəlayiqdir. Səhifəni şəxsi təşəbbüsümlə yaratmışdım, bəlkə də heç müəllif özü də görməmişdi. Ümumiyyətlə bu cür yanaşmalar məyus edir. --~~~~Celilcavanshir (müzakirə) 12:24, 17 yanvar 2026 (UTC)Cavabla
Salam hər vaxtınız xeyir. Wikipedia platformunda yeni olduğum üçün bəzi qaydları səhv etmiş ola bilərəm. Səbinə Dəniz səhifəsi davamlı olaraq "qaralama" etiketi ilə etiketlənir. Nə edə bilərəm? Kladius619 (müzakirə) 15:53, 17 yanvar 2026 (UTC)Cavabla
Salam.VP:SƏXS qaydası ilə tanış oldum.Bildirirəm ki, mövzu olan şəxslə heç bir şəxsi, ailəvi, peşəkar və ya maliyyə əlaqəm yoxdur. Məqaləni müstəqil redaktor kimi, açıq mənbələrə əsaslanaraq hazırlamışam və hər hansı maraq toqquşmam mövcud deyil. Fuadgasimzade (müzakirə) 02:42, 4 fevral 2026 (UTC)Cavabla
İlk dəfə məqalə yaratdığım üçün qaydaları yeni öyrənirəm. Həqiqətən praktiki olaraq öyrənmək daha yaddaqalan olur. Çox maraqlı və faydalı platformadır.
Hazırda "Qaralama:Xaqani Əliyev" başlıqlı məqalədə bir çox nüansları həll etdim. İstinadlar, şəkil və digər yazılar həll olundu. Zəhmət olmasa, yoxlaya bilərsiniz və hər şey qaydasındadırsa təsdiqləmək mümkündür?
Salam @Qədir bəy məqalə düzdü səhf saldım o, biri ilə nə qədər etsəmdə geri qaytarım alınmadı. Mənim üçün geri qaytarma nəsə blok olmağımı göstərdi. Bilirdim ki, sizlərdə bu məqaləni geri qaytararsınız. Çünki, məqalədə fikirlər yekunlaşmadığı üçün. Hörmətlə, Vikotals (müzakirə) 19:04, 5 fevral 2026 (UTC)Cavabla
Redaktə toqquşması baş verib yəqin. Olan şeydi, problem yoxdur. Masaüstündən ikisini də silmədiyinizdən əvvəlki versiyaya daxil olub oradan lazım olanı silə bilərsiniz, belə digəri də qayıdır. Hörmətlə, Qədir (müzakirə) 19:06, 5 fevral 2026 (UTC)Cavabla
You are requested to enter your statement and any other material you wish to submit, so that the U4C can get a better overview of the situation. All writing should be complete, but also as concise as possible. Please ensure that you make all comments in your own section and in the discussion section only. If the U4C makes a decision, this will be binding for you and so your participation is recommended.
Please do not reply here, but on the linked case page, or on the associated talk page. If you would like to contact the U4C directly, you will find an e-mail address here. Please use the email only if privacy is necessary (e.g. personal information). On behalf of the U4C, Civvì (müzakirə) 08:11, 9 fevral 2026 (UTC)Cavabla
Salam Qədir bəy. Siz mənim yaratdığım bütün məqalələrə ödənişlər müqabilində redaktə yazmısız. Bilmək olar durduq yerə niyə belə birşey etmisiniz? SiyashX (müzakirə) 10:06, 9 fevral 2026 (UTC)Cavabla
Məni ciddi şəxs olmadığımı siz elan etmisiniz. Buna görə də rusca Vikipediyada məqaləm silindi. Amma mən orada məqaləni bərpa etdirəcəyəm. Çünki ruslarda konkret qaydalar var. Siz isə yalnız qaydaları pozmaqla, qəsd-qərəzçilik etməklə məşğulsunuz. Mənbənin etibarlı olması Kənd meydanında müzakirə edilməlidir. 2-ci dəfədir müzakirəni silirsiz. Mövzunun Kənd meydanına çıxmağını istəmirsinizsə, başqa yerdə müzakirə edin. Baxşəli (müzakirə) 15:18, 9 fevral 2026 (UTC)Cavabla
Salam, Anar Bağırovla bağlı etdiyim düzəlişlər neytrallığın olmaması səbəbi ilə silinib. Bunu geniş izah edə bilərsinizmi? Problem nədədir? niyə lazımsız hesab edilir? Bir adamin sədrliyi dövründə baş verən ancaq yaxşımı hadisələr verilməlidir? ikincisi Anar Bağırovla bağlı öz mövqeyi də ifadə edilib. Kromvell 1968 (müzakirə) 20:29, 15 fevral 2026 (UTC)Cavabla
Bir məqaləni belə yükləmək düzgün deyil. İstər mənfi, istərsə də müsbət olsun, bütün detallar və məsələlərdə təfərrüatlar yığcam şəkildə verilməlidir. O cümlədən hər hadisə qeyd edilməlidir deyə bir şey yoxdur, istinad etdiyim VP:HƏDDƏNARTIQDETAL səhifəsini, eyni zamanda VP:VND qaydasını oxuyun. Hörmətlə, Qədir (müzakirə) 20:40, 15 fevral 2026 (UTC)Cavabla
Hələ də uyğun gəlmir. Cədvəl və oradakılar da lazımsızdır. Şəxsə qərəziniz varsa redaktə edib uyğunlaşdırmağınız çətin olacaq, lütfən qərəzinizi bir kənara qoyub redaktə aparın. Hörmətlə, Qədir (müzakirə) 20:46, 15 fevral 2026 (UTC)Cavabla
Mənim Anar Bağırova nə qərəzim ola bilər ki?)) Anar Bağırov bir post sahibidir və o vəzifənin verdiyi səlahiyyətlər çərçivəsində hansısa işlər görür kiminsə görə kiminə görə pis. Mən sadəcə olaraq digər vikipedialara baxıram orada şəxslərin biolarında müxtəlif çalarlar olur və bizdə də elə olmasını istəyərdim. Tənqid də ola bilər, gördüyü işlər də nə fərqi var. Amma kimsə bu adamı axtaranda bütün tərəfləri görsün bu həm də insanlarda tənqidi düşüncə bacarığının artması deməkdir (vikipedia qaydaları çərçivəsində əlbəttə). İndi bu adam sədrdir və sədrliyi dövründə 7 vəkil çıxarılıb məsələn və əgər hamsı da oxşar xarakterli işlərə görə. Hamsı ilə bağlı Avropa Məhkəməsi bərpa qərarı veribsə, bu sizcə niyə adamın biosunda olmamalıdır ki? Hə desəniz ki, bu çıxarılanları VK öz səhifəsində yazın başa düşərəm. Amma məncə ictimai şəxslərin biolarında obyektiv istinadlar çərçivəsində onların xoşuna gəlməyən faktlar da olmalıdır. (vikipediya qaydalarına ciddi bələd deyiləm deyə müzakirə açandan sonra bərpa edib etməmək qaydasının olduğunu bilmirdim) Kromvell 1968 (müzakirə) 21:04, 15 fevral 2026 (UTC)Cavabla
Məsələ belədir ki, bir həkimin icra etdiyi bütün əməliyyatlar və ya bir hakimin icra etdiyi bütün işlər barədə başdan sona detallı şəkildə onun məqaləsində qeyd etmək uyğun deyil. Balansı qorumaq lazımdır. Vikipediya qəzet deyil. Hörmətlə, Qədir (müzakirə) 21:14, 15 fevral 2026 (UTC)Cavabla
Salam @Qədir bəy necəsiz? Masallı rayonunun Göyəçöl kəndi Gəyəçöl olaraq qeyd edilmişdir. Bu ad düzgün deyil DSK saytında kəndin adı Göyəçöl olaraq qeyd edilir. Mən dünən kəndin adını dəyişsəmdə alınmadı. Məcburi olaraq Gəyəçöl kəndində ki, məzmunu Göyəçöl kəndinə qeyd etdim. Gəyəçöl kəndinə sil şablonu qeyd etdim səbəbilə bir yerdə amma gördüm ki, yenidən həmin məzmunu geri qaytarmısız. Amma kəndin adı Göyəçöldür. Gəyəçöl deyil mümkünsə kəndin kəndini ya silin yada adını Göyəçöl olaraq qeyd edin. Bunlardan biri silinməlidir bu qədər. Hörmətlə, Vikotals (müzakirə) 02:01, 19 fevral 2026 (UTC)Cavabla
Salam,hörmətli Qədir müəllim.Mən Elmira Farajullayeva haqqında məqalə yaratmışam,lakin görünür texniki səbəblərdən və ya adındakı "qaralama" sözünə görə silinib.Bildirmək istəyirəm ki,Elmira xanım BDU-nun kafedra müdiridir,filologiya üzrə fəlsəfə doktordur və Akademik Palma orden ilə təltif olunub.Məqalədə 10-dan cox etibarlı mənbə göstərilib.Xahiş edirəm,məqaləni bərpa etməyə kömək edəsiniz və ya hansı düzəlişlərin lazım olduğunu bildirəsiniz.Öncədən təşəkkür edirəm Baku Scientist 2026 (müzakirə) 15:58, 19 fevral 2026 (UTC)Cavabla
Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə və hüquq nəzəriyyəsinə görə "sui-qəsd" sözü həyata son qoyma ilə əlaqədar cinayətin başa çatmamasını (hədəfə nail olunmadığını) göstərir. Əli Xamnei halında isə şəxs konkret olaraq öldürülüb. Bu sui-qəsd deyil. Ya öldürülmədir, ya vurulma. Müvafiq məqalənin ingiliscə versiyasında "assassination" termini "öldürmə" və ya "xaincə öldürmə" mənasını verir Lawyer.F (müzakirə) 05:39, 4 mart 2026 (UTC)Cavabla
@Lawyer.F, salam. Şəxs eyni zamanda "yaşadığı ehtimal olunan şəxslər" kateqoriyasına daxil olduğundan, məhz bu baxımdan o cür adlandırma tətbiq etmişdim. "Öldürülməsi" düzgündür, məqaləni başlatdığınız digər versiya düzgün deyil (idi). Biz tanınmış adlara üstünlük veririk, adın qanunvericiliklə tənzimlənmiş forması ilə eyni olması prioritet deyil. Eyni zamanda, sui-qəsd planlanmış şəkildə birini öldürmək və ya ona zərər vermək mənalarına gəlir. Hörmətlə, Qədir (müzakirə) 05:51, 4 mart 2026 (UTC)Cavabla
salam. o halda belə sui-qəsd ifadəsi səhv idi. sui-qəsd milli qanunvericilikdə və ədəbiyyatda şəxsiyyət əleyhinə cinayətdir. raket hücumu isə beynəlxalq humanitar hüquqa və ya müharibə hüququna aid edilə bilər. Ona görə "vurulması" və ya "hücum" sözü ola bilər. Türk dilində versiyada isə Türkiyə qanunvericiliyinin terminologiyası əsas götürülüb. ona görə sizin sui-qəst yazmağınız səhv idi Lawyer.F (müzakirə) 18:33, 8 mart 2026 (UTC)Cavabla
İndiki ad okeydir. Vurulmasını hansısa obyektə ya da vasitəyə yazmaq məqbul olar. Sizin dediyiniz "sui-qəsd cəhdi" ola bilər, çünki lüğət də qeyd etdiyim formada deyir. Xülasə, ölməyən biriləri barədə mövzunu mənbələr necə əhatə edirsə, ad seçimimiz elə də olmalıdır. Belə mövzularda rəsmi şeylər əsas götürülmür, birinci mənbələrə baxılır. Hörmətlə, Qədir (müzakirə) 18:58, 8 mart 2026 (UTC)Cavabla
Salam hörmətli Qədir.
“Qaralama:Xuraman Muradova” səhifəsində məqaləni yenidən işlədim və mövzunun ensiklopedik əhəmiyyətini göstərmək üçün bir neçə müstəqil və etibarlı mənbə əlavə etdim (o cümlədən AZƏRTAC və digər media mənbələri).
Məqalə neytral ensiklopedik üslubda tərtib olunub və əlavə məlumatlarla zənginləşdirilib. Əgər uyğun hesab etsəniz, xahiş edirəm məqalənin əsas ad fəzasına qaytarılmasına baxasınız.
Əvvəlcədən təşəkkür edirəm. McRoyaL (müzakirə) 13:11, 5 mart 2026 (UTC)Cavabla
Məqaləni Vikipediyanın qaydalarına uyğun şəkildə hazırlamağa çalışmışam və mövzu ilə bağlı mövcud etibarlı mənbələrə əsaslanmışam. Mən həmin şəxsin özü deyiləm. Məqsədim yalnız mövcud mənbələrə əsaslanaraq ensiklopedik məqalə hazırlamaqdır.
Məqaləni VP:ŞƏXS və VP:ƏSAS qaydalarına uyğun olaraq yenidən işlədim. Reklam xarakterli ifadələri çıxardım və müstəqil media mənbələri əlavə etdim. Məqalə hazırda qaralama səhifəsindədir.
Komilkhuja tanımıram kimdi mən sadəcə Azərbaycan dilində redaktə edib səhifəni yaratmağa çalışıram şəxslə bir başa əlaqəm yoxdur
Zəhmət olmasa deyərdiz səhifəni qaralamadan çıxarmaq üçün nələr etməliyəm? Bu barədə köməklik göstərin müəllifin kitabları beynəlxalq saytlarda kitabların yayımı həmçinin kitab satış saytlarında belə nümayiş etdirilir yetərincə mənbə göstərdiyimi düşünürəm səhv hardadı zəhmət olmasa deyin McRoyaL (müzakirə) 17:31, 9 mart 2026 (UTC)Cavabla
Salam. Mən yaxşı və seçilmiş məqalə namizədi vermək hüququ əldə etmək istəyirəm. Qiymətləndirmədə çox məqalə yığılıb qalıb. Xahiş edirəm necə edəcəm mənə kömək edərdiz. 가웨인 (müzakirə) 21:19, 6 mart 2026 (UTC)Cavabla
Dəvətiniz üçün təşəkkür edirəm. Təəssüf ki, hazırda baxmağa vaxtım yoxdur. Quru-quru səs vermək istəmirəm. Bu bölmənin təkli sistemə keçirilməsi üçün konsensus qəbul etmişik, yaxın vaxtlarda ona nəzər yetirməyi planlaşdırıram. Hörmətlə, Qədir (müzakirə) 19:35, 8 mart 2026 (UTC)Cavabla
Vidadi Bərdəli (Vəliyev Vidadi Məhərrəm oğlu) haqqında yaratdığım məqaləni qaralama fəzasına köçürdüyünüz üçün təşəkkür edirəm. Məqalənin ensiklopedik əhəmiyyətini (notability) tam əks etdirmək üçün üzərində işləməyə davam edirəm.
Musiqiçinin fəaliyyəti ilə bağlı yeni dövlət arxivləri və rəsmi media qurumlarından (məsələn, Mədəniyyət Nazirliyinin saytı, rəsmi qəzetlər) daha çox mənbə əlavə etməyi planlaşdırıram.
Zəhmət olmasa, məqalədə konkret olaraq hansı hissələrin və ya mənbələrin çatışmadığını qeyd edə bilərsinizmi? Sizin tövsiyələriniz məqaləni standartlara uyğunlaşdırmağa kömək edərdi. Enigma8210 (müzakirə) 21:18, 8 mart 2026 (UTC)Cavabla
Vidadi Bərdəli (Vəliyev Vidadi Məhərrəm oğlu) haqqında yaratdığım məqaləni nəzərdən keçirdiyiniz üçün təşəkkür edirəm. Məqalənin ensiklopedik əhəmiyyətini (notability) təsdiq etmək üçün APA, Yeni Müsavat, Qafqazinfo və Axar.az kimi nüfuzlu və müstəqil media qurumlarından mənbələr əlavə etdim.
Bu mənbələr sənətçinin ölkə miqyasında tanınmış bir şəxs olduğunu və fəaliyyətinin geniş işıqlandırıldığını sübut edir. Xahiş edirəm, əlavə olunmuş istinadları nəzərə alaraq, məqalənin yenidən əsas ad fəzasına qaytarılması məsələsinə baxasınız.
VP:ŞƏXS və VP:ƏSAS ilə tanış olun. Şəxslə əlaqəniz nədir? Bunu açıqlayaraq redaktə etməlisiniz. Məqalə əsaslı redaktə olunmalıdır, belə ensiklopedikliyi müəyyən etmək mümkün deyil. Hörmətlə, Qədir (müzakirə) 15:04, 9 mart 2026 (UTC)Cavabla
Salam, hörmətli Qədir! Məqaləni tamamilə neytral ensiklopedik üsluba uyğunlaşdırdım. VP:ƏSAS və VP:ŞƏXS qaydalarına uyğun olaraq subyektiv ifadələr çıxarıldı, faktlar üçün APA, Qafqazinfo və Axar.az kimi mənbələrdən istinadlar yerləşdirildi. Zəhmət olmasa, yenidən nəzər yetirə bilərsinizmi?
Bu mənimlə əlaqəli deyil. Mən ilk dəfə Özbək Vikipediyasından tərcümə edirəm. Qeyd etmək lazımdır ki, bu şəxs ilə heç bir yaxınlığım yoxdur (Hamıya belə sual verirsiniz). Komilkhuja (müzakirə) 16:17, 9 mart 2026 (UTC)Cavabla
VP:YAZIÇI-də deyilir ki, şəxs müstəqil kitabın, filmin və ya çoxsaylı dövri nəşrlərin mövzusunu təşkil etmiş əhəmiyyətli və ya məşhur bir işin icraçısı və icrasında iştirakçı olmuşdur. Bu o deməkdir ki, şəxs ensiklopedik əhəmiyyətə malikdir.
Bundan əlavə, VP:ƏSAS-da deyilir ki, əgər şəxs haqqında etibarlı, bir-birindən və mövzudan asılı olmayan ikinci dərəcəli mənbələrdə əhəmiyyətli məlumat mövcuddursa, o ensiklopedik hesab oluna bilər. Mən gətirdiyim Kun.uz və Uza.uz veb-saytları müstəqil hesab olunur. Komilkhuja (müzakirə) 16:22, 9 mart 2026 (UTC)Cavabla
Əgər məqalə doğru və müstəqil mənbələr əsasında təsdiqlənmişdirsə, niyə qara siyahıya alınmasına ehtiyac var?
Əgər lazım gələrsə, mənə məqaləni dərc etməkdə və ‘redaktə olunur’ şablonunu yerləşdirməkdə kömək edə bilərsiniz. Mən qara siyahıda yaxşı işləyə bilmirəm. Komilkhuja (müzakirə) 16:25, 9 mart 2026 (UTC)Cavabla
Mən sizi başa düşdüm. Mənim qabağımda səhifə bir neçə dəfə dərc olunub və silinmişdir. Məncə bunun səbəbi onun neytral şəkildə yazılmaması, ensiklopedik əhəmiyyətinin açıqlanmaması, PR məqsədi ilə dərc olunması və müstəqil mənbələrin göstərilməməsidir. Belədir, elə deyilmi? Komilkhuja (müzakirə) 16:39, 9 mart 2026 (UTC)Cavabla
Salam, hörmətli Qədir! Məqaləni tamamilə neytral ensiklopedik üsluba uyğunlaşdırdım. VP:ƏSAS və VP:ŞƏXS qaydalarına uyğun olaraq subyektiv ifadələr çıxarıldı, faktlar üçün APA, Qafqazinfo və Axar.az kimi mənbələrdən istinadlar yerləşdirildi. Zəhmət olmasa, yenidən nəzər yetirə bilərsinizmi?
Təəssüf ki, xeyr. Ümumilikdə 5 mənbə, 4-ü təkcə ölümünü əhatə edən və təkrarlayan qısa xəbərdir, biri də müsahibə. Lütfən şəxslə olan əlaqənizi də qeyd edəsiniz. Hörmətlə, Qədir (müzakirə) 07:14, 12 mart 2026 (UTC)Cavabla
Salam @Qədir bəy, Aytac Vidadi qızın xaişi ilə yazılır, zəhmət olmasa yenidən yoxlayarsız.
Salam Qədir bəy necəsiniz? Qədir bəy səhv xatırlamıramsa şəhidlər haqqında vikiməqalə var idi siyahı kimi (şəhidin məlumatı və.s olurdu) o məqalə hal hazırda mövcuddur? və mövcuddursa zəhmət olmasa məqalənin adını deyə bilərsiniz? Hörmətlə, Javid (müzakirə) 20:11, 19 mart 2026 (UTC)Cavabla
Salam necəsiz? Vikibahar 2026 üçün yeni məqalə yaratmışdım Jeti Qazına Amma vikidata identifikatorunu əlavə edə bilmirəm Hər şeyi düz etsəm də avtomatik xəta verir . Vaxtınız varsa nəzər sala bilərsiz zəhmət olmaza? 🙂 Bozqurd77 (müzakirə) 23:04, 22 mart 2026 (UTC)Cavabla