REPORT: %C4%B0saak Xalatnikov | Latest Update
| İsaak Xalatnikov | |
|---|---|
| rus. Исаак Маркович Халатников | |
| Doğum tarixi | 17 oktyabr 1919[1][2] |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 yanvar 2021[4] (101 yaşında) |
| Vəfat yeri | |
| Təhsili | |
| Fəaliyyəti | fizik,universitet müəllimi[d] |
| Elmi dərəcəsi | |
| Elmi adları | |
| Partiyası | |
| Üzvlüyü |
|
| Mükafatları |
|
İsaak Markoviç Xalatnikov (ukraynaca: Ісаа́к Ма́ркович Халатников, rusca: Исаак Маркович Халатников; 17 oktyabr 1919 – 9 yanvar 2021) — ümumi nisbilik nəzəriyyəsi, kvant sahə nəzəriyyəsi və kvant mayeləri nəzəriyyəsi də daxil olmaqla nəzəri fizikanın bir çox sahəsinə əhəmiyyətli töhfələr vermiş aparıcı sovet nəzəri fiziki. O, Landau-Xalatnikov super axıcılıq nəzəriyyəsinin və ümumi nisbilik nəzəriyyəsində BKL fərziyyəsinin inkişafındakı rolu ilə tanınır.
Həyatı və karyerası
[redaktə | vikimətni redaktə et]İsaak Xalatnikov Yekaterinoslavda (indiki Dnepr, Ukrayna) Ukrayna yəhudi ailəsində anadan olub və 1941-ci ildə Dnepropetrovsk Dövlət Universitetini fizika üzrə bitirib. O, 1944-cü ildən Kommunist Partiyasının üzvü olub. 1952-ci ildə doktorluq dərəcəsi alıb. Həyat yoldaşı Valentina İnqilab qəhrəmanı Nikolay Şorsun qızı olub.
Xalatnikovun tədqiqatlarının böyük bir hissəsi, o cümlədən ifrat axıcılıq üzrə Landau-Xalatnikov nəzəriyyəsi Lev Landau ilə əməkdaşlığı və ya ondan ilham alması sayəsində ortaya çıxmışdır.
1969-cu ildə o, qısa müddətə Leyden Universitetində nəzəri fizika üzrə yarımştat professor kimi çalışıb.[7]
1970-ci ildə o vaxtlar Prinston Universitetində çalışan Çarlz V. Misnerin təqdim etdiyi miksmester modelindən ilhamlanan Xalatnikov, Vladimir Belinski və Yevgeni Lifşits ilə birlikdə, klassik cazibə nəzəriyyəsində ən görkəmli açıq problemlərdən biri kimi qəbul edilən BKL fərziyyəsini təqdim etdi.
Xalatnikov 1965-ci ildən 1992-ci ilə qədər Moskvadakı Landau Nəzəri Fizika İnstitutuna rəhbərlik edib. O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasına seçilib. O, Landau Qızıl Medalı, Humboldt mükafatı və Marsel Qrossman Mükafatına layiq görülüb. O, həmçinin London Kral Cəmiyyətinin xarici üzvü olub.
Onu "Hər şeyin Nəzəriyyəsi" filmində aktyor Georq Nikoloff canlandırıb.
Xalatnikov 9 yanvar 2021-ci ildə 101 yaşında Çernoqolovkada vəfat edib.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Халатников Исаак Маркович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Leidse Hoogleraren (nid.).
- ↑ Халатников Исаак Маркович // Халатников Исаак Маркович (rus.). 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ https://www.urdupoint.com/en/world/prominent-physicist-khalatnikov-involved-in-1136277.html.
- ↑ Riyazi genealogiya layihəsi (ing.). 1997.
- 1 2 3 Летопись Российской академии наук. Т. VII. 1946—1953 (rus.). Москва: Архив Российской академии наук, 2022. С. 776. 896 с. 300 экз. ISBN 978-5-6046932-6-1
- ↑ "Isaak M. Khalatnikov" (holland). Leiden University. 23 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ Prominent Physicist Khalatnikov, Involved In Building 1st Soviet Nuclear Weapon, Dies
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 17 oktyabrda doğulanlar
- 1919-cu ildə doğulanlar
- Dneprdə doğulanlar
- 9 yanvarda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 101 yaşında vəfat edənlər
- 100 il və daha artıq yaşayanlar
- Moskva vilayətində vəfat edənlər
- Moskva Dövlət Universitetinin məzunları
- Fizika-riyaziyyat elmləri doktorları
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- London Kral Cəmiyyətinin üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- "Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası)
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- 2-ci dərəcəli "Stalin" mükafatı laureatları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri
- SSRİ-nin "Aleksandr Nevski" ordeni ilə təltif edilənlər
- "Stalin" mükafatı laureatları
- Rusiya uzunömürlüləri
- Rusiya alimləri
- XX əsrin fizikləri
- Rusiya memuarçıları