Palmira — SuriyanınHüms mühafəzəsi ərazisində qədim semit şəhəri. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl II minillikdə Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi.
UEFA Kuboku və Avropa Liqasının finalları siyahısı — UEFA Avropa Liqası keçmişdə UEFA Kuboku adlanan futbol turniri 1972-ci ildə UEFA tərəfindən təsis edilmişdir. Bu turnir Avropanın futbol klubları üçün UEFA Çempionlar Liqası turnirindən sonra ikinci ən önəmli futbol yarışması kimi qəbul edilmişdir. Klublar daxili çempionatlarında və kubok yarışmalarında qazandıqları nəticələrə uyğun olaraq, UEFA Avropa Liqasına qatılmaq haqqı qazanırlar. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Belə formatda keçirilmiş sonuncu mövsümdə "Şalke" komandası "İnter Milan" klubu ilə üz-üzə gəlmiş və yekunda "İnter Milan" komandası qalib gəlmişdir. 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda, Parisdə yerləşən "Park de Prens" stadionunda keçirildi.
"My Dress-Up Darling" manqasının müəllifi anime adaptasiyasının ilk 2 seriyasını izlədikdən sonra sevincindən ağlamış və həmin seriyaları 13 saat ərzində təkrar-təkrar izləmişdir.