SHOCKING: Index - The Verge Report

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 212.615 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Technology news and reviews image
PalmiraSuriyanın Hüms mühafəzəsi ərazisində qədim semit şəhəri. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl II minillikdə Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Technology news and reviews image
Askalaf (Aresin oğlu)qədim yunan mifologiyasında personaj, müharibə tanrısı Aresin oğlu, Orxomen padşahı, arqonavt. O, Troya müharibəsi zamanı ordusu ilə axeylərə qoşulmuşdur. Homerin "İliada" əsərinə görə, Askalaf burada Troya şahzadəsi Deifob tərəfindən öldürülmüşdür. Askalaf Ares və Astioxanın oğlu idi. O, Mini Orxomeninin padşahı olmuşdur. Aleksey F. Losev vurğulamışdır ki, Askalaf atasına xas cilovsuzluq, vəhşilik və qəddarlıq xüsusiyyətlərini nümayiş etdirmişdir. Psevdo-Higin Askalaf və onun qardaşı İalmeni Lik və Pernidanın oğulları, Arqolida yerliləri adlandırmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Technology news and reviews image
UEFA Kuboku və Avropa Liqasının finalları siyahısıUEFA Avropa Liqası keçmişdə UEFA Kuboku adlanan futbol turniri 1972-ci ildə UEFA tərəfindən təsis edilmişdir. Bu turnir Avropanın futbol klubları üçün UEFA Çempionlar Liqası turnirindən sonra ikinci ən önəmli futbol yarışması kimi qəbul edilmişdir. Klublar daxili çempionatlarında və kubok yarışmalarında qazandıqları nəticələrə uyğun olaraq, UEFA Avropa Liqasına qatılmaq haqqı qazanırlar. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Belə formatda keçirilmiş sonuncu mövsümdə "Şalke" komandası "İnter Milan" klubu ilə üz-üzə gəlmiş və yekunda "İnter Milan" komandası qalib gəlmişdir. 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda, Parisdə yerləşən "Park de Prens" stadionunda keçirildi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli